Açıqcalar üçün qeyri-adi kağız - əbədi xatirə, hüzn və izzətin özünəməxsus rəmzi" />

Yerevanda genosid qurbanlarının xatirəsinə həsr olunmuş Memorial üzərinə qoyulmuş çiçəklərdən açıqca hazırlanacaq

Açıqcalar üçün qeyri-adi kağız - əbədi xatirə, hüzn və izzətin özünəməxsus rəmzi

Bu gün könüllülər “Çiçək toplama” aksiyasına başlayıblar. əvvəllər hər il aprelin 24-də, genosid qurbanlarının anım günündə əbədi məşələ gətirilən nəhəng çiçək kütləsi sadəcə yandırılırdı. Vəhşi Təbiətin Mühafizəsi Fondu çiçəklərə ikinci həyat vermək qərarına gəlib. Aksiya artıq yeddinci ildir ki həyata keçirilir.

Toplanmış çiçəklərin ləçəkləri memorial qarşısındakı meydançada qurudulur, daha sonra emala göndərilir. Xüsusi texnologiya ilə əldə olunan kağız Erməni Genosidi Muzey-İnstitutuna yollanır və təşəkkür məktubları, diplomlar, sertifikatlar, açıqcalar və fotoalbomlar üçün istifadə olunur.

Çiçəklərin saplaqlarından isə memorialın yanında yerləşən Xatirə parkında gübrə kimi istifadə edilir.

Avsiya təşkilatçıları hesab edirlər ki, genosid qurbanlarına mərhəmət, hüzn, xatirə rəmzi olan çiçəkləri yandırmaq heç xoş deyil: “Bu, çox rəmzidir – rəsmi məktub və ya dəvətnaməni məhz bu kağızda yazıb göndərmək. Ünvanlanan şəxs əlində tutduğu kağızın nədən hazırlandığını bilərək erməni genosidi ilə bağlı mövqeyi haqda ciddi düşünəcək”.

Bir kiloqram ləçəkdən A3 formatında 40 vərəq kağız hazırlanır. Hər il erməni genosidi qurbanlarının Anım Günündə əbədi məşəlin ətrafına 2 tondan artıq çiçək qoyulur.

Aksiya təşəbbüskarları əmindirlər ki, çiçəklərin toplanması ideyası insanlarda müəyyən mədəniyyət və dəyərlər sistemi formalaşdırır: “Bir daha ekologiya haqda danışmaq, təbiətə və sahib olduğumuz resurslara qarşı həssas münasibət mədəniyyəti aşılamaq imkanı yaranır”.


More on JAMnews