Yerevanda Frankofoniya Beynəlxalq Təşkilatının forumu keçirilir

Baş nazir Paşinyan forum iştirakçılarını və qonaqları fransız dilində salamlayıb və bununla da ilk növbədə öz həmvətənlərini təəccübləndirib

Yerevanda Frankofoniya Beynəlxalq Təşkilatının forumu keçirilir. Ermənistanın baş naziri Nikol Paşinyan forum iştirakçılarını və Frankofoniya Beynəlxalq Təşkilatının baş katibi Mikael Janı fransız dilində salamlayıb:

“Bir çox gənclərin və yaşlı nəslin bu cür tədbirlərdə iştirakı bizim ölkəmizdə  vətəndaş cəmiyyətinin, demokratik dəyərlərin və həmrəyliyin necə vacib olduğunu, göstərir. Bu dəyərləri biz Frankofoniyadan olan dostlarımızla bölüşürük. Ölkəmizin Frankofoniya forumunda iştirak ediyinin önəmini qürurla qeyd edirəm”.

Bir ay sonra Yerevanda Frankofoniya Beynəlxalq Təşkilatının 17-ci sammiti keçiriləcək. Yerevana müxtəlif ölkələrdən yüzə yaxın nümayəndə heyəti, ümumilikdə 5 mindən çox qonaq toplaşacaq. Frankofoniya sammiti Ermənistanda keçirilən ən kütləvi tədbir ola bilər.

Ermənistanda hesab edirlər ki, Yerevanda sammitin keçirilməsi faktının özü və Frankofoniya Beynəlxalq Təşkilatında sədrlik unikal imkanlardır. Məsələ burasındadır ki, Ermənistan cəmi beş il əvvəl təşkilatın tam hüquqlu üzvü statusunu qazanıb.

Təşkilatın baş katibi Mikael Jan qeyd edib ki, sammitə hazırlıq tam sürətlə davam edir:

“Bizim üçün məxməri inqilabın, dinc yolla hakimiyyət dəyişikliyinin baş verdiyi ölkədə sammit keçirmək böyük şərəfdir”.

Sammit iştirakçılarının sammitin devizi olan “Bir yerdə yaşamaq” paktını imzalayacaqları gözlənilir. Həmçinin biznes-forum keçirilməsi də nəzərdə tutulub ki, bu da Ermənistana fransızdilli ölkələrlə iqqtisadi əməkdaşlığı genişləndirmək imkanı verəcək. Yerevan biznes-forumu zamanı Frankofoniya ölkələrindən olan biznesmenlərin şəbəkəsi yaradılacaq.

Frankofoniya fransızdilli ölkələri birləşdirən beynəlxalq təşkilatdır. Onun dünyanın müxtəlif dövlətlərini və ya dövlətlərinin bir hissəsini təmsil edən 58 üzvü var. Təşkilata daxil olarkən, əhalinin fransız dili biliyinin səviyyəsi yox, Fransa ilə mədəni əlaqələrin və əməkdaşlığın səviyyəsi nəzərə alınır


More on JAMnews