Aksiya Azərbaycanın Sumqayıt şəhərində baş verən basqınların otuz birinci ildönümü ilə əlaqədar keçirilib " />

Yerevanda “Azərbaycana güzəştə gedəcək ərazi yoxdur” şüarı altında etiraz aksiyası baş tutub

Aksiya Azərbaycanın Sumqayıt şəhərində baş verən basqınların otuz birinci ildönümü ilə əlaqədar keçirilib

Yerevanda Azadlıq meydanında etiraz aksiyası keçirilib. Təxminən iki min nəfərə qədər insan küçəyə çıxaraq Ermənistan hakimiyyətindən Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində ərazi güzəştinə getməməyi tələb edib.

Mitinqçilərin tələbi məhz nə olub?

Mitinq itirakçıları 100 metrlik Ermənistan bayrağı və çox sayda trasparant qaldırıblar. Etiraz aksiyasının əsas şüarları bunlar olub: “Azərbaycana güzəşt ediləcək ərazi yoxdur”, “Azadlığın qarantı güclü milli ordudur”, “Qarabağ ərazi deyil – müqəddəs vətəndir”.

İştirakçılar bəyan ediblər ki, bu yolla onlar yalnız Ermənistan hakimiyyətinə yox, həm də dünya ictimaiyyətinə müraciət edirlər: ölkə Dağlıq Qarabağın ərazilərini təhvil verməyəcək.

Ən başından təşkilatçılar bildiriblər ki, aksiya siyasi kontekst daşımır. Bu cür şüarla mitinq keçirmək qərarı haqda isə onlar xəbərdarlıq tədbiri ilə elan ediblər.

“Həmişə bu haqda danışmağın əhəmiyyəti var. Aksiya ondan ötrüdür ki, hər vaxt sayıq olaq. Bu ittiham deyil, aksiya hakimiyyətə qarşı yönəlməyib”, – Ermənistan Milli Məclisinin keçmiş deputatı Ruben Gevorqyan bildirib.

Nümayişdə Qarabağ müharibəsi veteranları da iştirak edib.

Niyə aksiya məhz bu gün keçirilib?

Aksiyanın məhz bu gün keçirilməsi Azərbaycanın Sumqayıt şəhərində törədilən basqınların otuz birinci ildönümü ilə əlaqədar olub.

Sumqayıt basqınları 1988-ci il fevralın 26-ı axşamdan başlayıb, fevralın 29-a qədər davam edib. Şahidlərin bildirdiyinə görə, əllərində taxta və dəmir dəyənəkli izdiham mənzilləri gəzərək erməni ailələrini axtarırmış. Basqınlar qarət, qətl, mənzillərin yandırılması ilə maşayiət olunub. Erməni mənbələrinin məlumatına əsasən, qurbanların sayı yüzlərlə olub. Yüzə yaxın insan həyatını itirib. Sumqayıt hadisələrindən sonra Azərbaycandan Ermənistana ilk qaçqınlar gəlib. Britaniyalı jurnalist Tom de Vaal Qarabağ münaqişəsinin tarixindən bəhs edən “Qara bağ” kitabında yazıb: “Bu hadisələr müasir sovet tarixində ilk kütləvi zorakılıq qığılcımı oldu”.

• Yerevanda “Azərbaycana güzəştə gedəcək ərazi yoxdur” şüarı altında etiraz aksiyası baş tutub

Yerevanda yürüş Tsisernakaberd memorial kompleksindən başlayıb. İştirakçılar əvvəlcə Sumqayıt hadisələri zamanı həlak olanların xatirə abidəsi önünə gül qoyub, sonra Azadlıq meydanına doğru irəliləyiblər.

Qarabağ danışıqları

Ermənistanda hakimiyyət dəyişikliyindən sonra baş nazir Nikol Paşinyan elan edib ki, Qarabağ münaqişəsinin nizamlanması üzrə yeni siyasət yürüdəcək. O, israr edir ki, Qarabağ tərəfinin də yenidən danışıqlarda iştirakı təmin olunsun. Bunu Qarabağ xalqının onu seçməməsi ilə izah edir. O, yalnız Ermənistan adından danışıqlar apara bilər, Qarabağ adından yox.

Bununla belə Ermənistanın baş naziri və Azərbaycan prezidenti artıq bir neçə qeyri-formal görüş küçiriblər. Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, onlar Qarabağ nizamlamasının gedişatında ərazi güzəştlərini müzakirə etmirlər. O, xüsusi olaraq vurğulayıb ki, “ərazi əvəzinə sülh” konsepsiyasının, yəni Dağlıq Qarabağ ətrafındakı rayonların və bir növ təhlükəsizlik zolağının sülh sazişinin imzalanması qarşılığında Azərbaycana qaytarılmasının müzakirəsini yolverilməz sayır.

Son zamanlar Ermənistan və Azərbaycanın XİN rəhbərləri də dəfələrlə görüşüblər. Bu danışıqların yekununda bildirildiyinə görə, tərəflər “xalqları sülhə hazırlamaq” haqda razılığa gəliblər.

Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır.


More on JAMnews