Yoldan ötənləri qonaq etmək üçün 40 metrlik qatanı hazırlayan konditerlər hesab edirlər ki, onun Ginnes rekordlar kitabına düşmək şansı var " />

Yerevanda 240 kiloqramlıq erməni deserti – qata hazırlayıblar

Yoldan ötənləri qonaq etmək üçün 40 metrlik qatanı hazırlayan konditerlər hesab edirlər ki, onun Ginnes rekordlar kitabına düşmək şansı var

Foto: Liliam Qalstyan, JAMnews

Yerevanlılar və şəhərin qonaqları bu gün indiyə qədər hazırlanan ən uzun qatadan dada biliblər. 240 kiloqramlıq, 40 metr uzunluğu, 40 santimetr eni olan deserti 30 konditer hazırlayıb. Bişirilmə prosesi iki gün, hazırlıq prosesi isə bir həftə sürüb.

Qata ərinmiş yağ, şəkər və undan hazırlanan içlikli erməni milli şirniyyatıdır. Qədim zamanlarda qata bayram günlərində süfrələrdə görünürdü, indi isə gündəlik təama çevrilib. Üstəlik ölkənin müxtəlif əyalətlərində bu şirniyyatı özünəməxsus bişirirlər: bir yerdə dairəvi, digər yerdə üçbucaq və ya kvadrat, hətta aypara formasında hazırlayanlar da olur. Qatanın ölçüsü də müxtəlif olur.

Bəzi etnoqraflar bildirirlər ki, qata ailə birliyinin rəmzidir, çünki toylarda onu əldə tutub rəqs edirlər.

“Biz ən sevimli və ənənəvi şirniyyatlardan birini, qatanı seçdik. Biz həmişə milli mətbəximizi orijinal şəkildə təqdim etməyə çalışırıq. Qata da istisna deyil. Ənənəvi içliyə – ərinmiş yağ, un və şəkər umacı – quru meyvə və badam da əlavə etdik”, – ən uzun qata hazırlayan kulinar şirkətin nümayəndəsi danışıb.

Şirniyyatın bişirilməsinin təşəbbüskarları hesab edirlər ki, onun Ginnes rekordlar kitabına düşmək şansı var. Bu gün isə o, çoxlarına ənənəvi erməni desertlərindən biri ilə tanış olmaq imkanı verdi.


More on JAMnews