Hər yaşda və zövqdə olan turistlərin vaxt keçirməyi üçün müəllif məsləhətləri " />

Yerevanda gəzinti – Ermənistan paytaxtında ilk dəfə olanlar üçün məsləhət

Hər yaşda və zövqdə olan turistlərin vaxt keçirməyi üçün müəllif məsləhətləri

Əgər siz hava limanının Duty Free dükanlarında nar və üzüm formalı maqnitlər, həmçinin kabab və torpaq ətri saçan şəffaf qablar görürsünüzsə, deməli siz Yerevan aeroportu “Zvartnots”dasız. Ermənistana xoş gəlmisiz.

Əgər siz hazırda Yerevanda və ya hələ ki, yoldasızsa və google-da maraqlı yerlər axtarırsızsa bu məqalə sizə kömək edə bilər.

Yerevanla tanışlığa paytaxtın mərkəzindən – rəqs edən və oxuyan fəvvarələr, şəhərin əsas saat qülləsi, Tarix Muzeyi və Milli Qalereyanın yerləşdiyi Respublika Meydanından başlamaq olar.

Meydandan Abovyan küçəsi ilə yuxarı qalxmaq olar, burada siz həmin o çəhrayı tufdan tikilən bir neçə köhnə bina görəcəksiz. Təəssüf ki, onların bir hissəsi artıq yoxdur, buna baxmayaraq, Abovyan küçəsi sizi köhnə Yerevana qaytaracaq.

Fotoəhvalat: Yerevanda köhnə, sıradan çıxmış avtobusları yenidən istifadəyə veriblər

Ermənistan. Xalq rəqsi küçələrə çıxır

Street fashion. Dəbli heç də həmişə bahalı deyil

Bu küçədə çoxlu suvenir dükanları tapmaq , “Dalan”a girmək, Ermənistanı simvolizə edən, nar, üzüm, ərik, xaçkar (daşdan xaç), duduk və İncildəki Ararat dağının təsviri ilə suvenir almaq olar. “Dalan”ın arxasında üzüm tənəkləri və taxta pilləkənli əsl qədim Yerevan həyəti görəcəksiz. Burda şam yeməyi də yeyə bilərsiz.

Erməni mətbəxi ilə demək olar ki, hər yerdə tanış olmaq olar. Tənək yarpaqlarından və mal ətindən özünə məxsus şəkildə hazırlanmış dolma, uzun müddət bişirilən buğdadan və toyuq ətindən hazırlanmış arisa sıyığı, həzm üçün xeyirli olan matsunidən hazırlanmış spas şorbası, xırt-xırt, ətirli lavaşa bükülmüş ənənəvi kababı Yerevanın demək olar ki, hər yerdə sifariş vermək olar.

Gəzintini Şimal prospektində davam etdirə bilərsiz, burada sizi yeni Yerevan: hündür binalar, müasir arxitektura, qərb üslublu kafelər, brend mağazalar gözləyir.

Gəzişərkən də ətrafınıza nəzər yetirin. Yerevanda məşhur olan, diyircəkli konki sürən Levon babaya da rast gələ bilərsiz. Yerevanda bütün cavanlar və turistlər onunla selfi edir. Yeri gəlmişkən, ona yalnız adı ilə müraciət edin – ona baba – deyə müraciət edəndə xoşuna gəlmir.

Daha sonra  Milli Opera və Balet Teatrı tərəfə gedə bilərsiniz. Orada kirayə velosiped götürüb binanın ətrafında,  “Azadlıq” meydanı adlanan yerdə bir neçə dövrə vura bilərsiz. Ancaq bu, hansısa müxalif partiyanın növbəti mitinqi keçirilməsə, mümkün olacaq.

Səhər o başdan gəlsəz, hərbi formada ağsaqqala rast gələ bilərsiz. Uzaqlaşmağa tələsməyin.  Bu, müharibə veteranı Sasun babadır, səhərlər göyərçinləri yemləyir, sizə də ona qoşulmağı təklif edəcək.

Opera teatrı yaxınlığında “Kaskad” adlanan məkan var, yay aylarında burada əsasən caz qrupları küçə konsertləri verir. Bura müasir kafelərlə yanaşı, maraqlı müasir memarlıq nümunələri ilə əhatələnir.

Burada dünya incəsənəti şedevrlərinin nümayiş olunduğu Qafesçyan incəsənət mərkəzi yerləşir. Mərkəzin sayəsində “Kaskad” parkında  müasir heykəllər quraşdırılıb: Fernando Boteronun “Roma döyüşçüsü”, Linna Çedvikanın “Oturan fiqurlar”ı, Barri Flanaqanın “Zəng üzərində dovşan”ı.

Vizual olaraq “Kaskad”  hər bir keçidində şəhərə gözəl mənzərənin açıldığı, özünəməxsus amfiteatrı xatırladan hündür pilləkəndir. Burada gecə Yerevanı seyr etmək, kafelərdən birində bir qədəh erməni şərabı da içmək olar, niyə də ki yox?

Əgər siz şərab həvəskarısınızsa “Kaskad”da yerləşən kafedən əlavə, Saryan küçəsinə də baş çəkməyiniz məsləhətdir, burada balaca küçə kafelərində sizi şəraba qonaq edəcəklər.

Siz “Ararat” konyak-şərab-araq kombinatında nəinki şərabın birbaşa çəlləkdən dadına baxa, hətta hazırlanmasını görə bilərsiz. Burada sizə maraqlı ekskursiya keçirib, şərabın yaranmasından, onun hazırlanmasının incəliklərindən danışacaqlar, köhnə böyük çəlləklərin üzərində isə kombinatı ziyarət etmiş məşhur insanların avtoqrafı ilə yanaşı öz imzanızı da ata bilərsiniz.

Axşamı Yerevan klublarından və ya pablarından birində keçirmək olar. Yerevanlılar pivə içmək, canlı erməni və ya xarici musiqisi dinləmək, yerli gənclər və digər turistlərlə tanış olub, söhbət etmək imkanı olan yeraltı pabları sevirlər. Parpetsi küçəsi və ətraf qonşu küçələrdə çoxlu pablar var. Burada siz əsasən hündür binaların zirzəmilərində zövqünüzə uyğun pab tapa bilərsiz.

Geri dönmədən öncə sucuq, basdırma və lavaş almağı unutmayın, onlar yolda xarab olmayacaq və onları rahatlıqla çamadana yerləşdirmək olar.


More on JAMnews