Sankt-Peterburqdakı terror aktından sonra bütün MDB ölkələrinin metropolitenləri əlavə təhlükəsizlik tədbirləri görüb" />

Yerevan metropoliteni təhlükəsizlik tədbirlərini gücləndirib

Sankt-Peterburqdakı terror aktından sonra bütün MDB ölkələrinin metropolitenləri əlavə təhlükəsizlik tədbirləri görüb

Sankt-Peterburqda baş vermiş terror aktından sonra Yerevanın metro stansiyalarında təhlükəsizlik tədbirləri gücləndirilib, nəzarət sərtləşdirilib.

Polis metro və yeraltı keçidlərdə şübhəli vətəndaşların çanta və rükzaklarını yoxlayır. Həmçinin video-müşahidə ilə nəzarət həyata keçirilir.

Yerevan metropoliteninin mətbuat xidmətində qeyd ediblər ki, “metro strateji obyektdir, biz sayıqlığı əldən verməməliyik”.

Bu cür tədbirlər vətəndaşların təhlükəsizliyi üçün lazımdır”, – Yerevan metropoliteninin mətbuat xidmətinin əməkdaşı deyib və əlavə edib ki, eyni addımı bütün MDB ölkələrinin metropolitenləri də atıb.

Ermənistan sakinləri Sankt-Peterburqda baş verən, 14 nəfərin həyatına son qoyan faciəyə etinasız qalmayıb.

Aprelin 3-ü axşamdan etibarən insanlar Rusiyanın Ermənistandakı səfirliyi önünə gül aparır, Peterburq metrosunda baş vermiş partlayış qurbanlarının xatirəsinə şam yandırırlar.


More on JAMnews