İkimərtəbəli Britaniya və sovetdən qalan PAZ avtobusları təkcə turistlərin diqqətini cəlb etmir " />

Fotoəhvalat: Yerevanda köhnə, sıradan çıxmış avtobusları yenidən istifadəyə veriblər

İkimərtəbəli Britaniya və sovetdən qalan PAZ avtobusları təkcə turistlərin diqqətini cəlb etmir

Başqa ölkələrdə artıq çoxdan tətbiq olunan, şəhərdə hərəkət edən kafe və mağazalar artıq Ermənistanın paytaxtında da peyda olub. Yerevanın səyyar kafe və mağaza sahibləri etiraf edir ki, yerlilər üçün hələ ki, avtobusda köynək almaq və ya qəhvə içmək qeyri-adi haldır.

21 yaşlı Rafael Kazaryan ikimərtəbəli çəhrayı kafe sahibidir. O, bir neçə il əvvəl Böyük Britaniyada olub və məşhur ikimərtəbəli London avtobuslarından ilhamlanıb. Onlardan birini də Yerevana gətirib.

“Mən avtobusu London avtoparkından aldım. O, yarı sökük vəziyyətdə idi. Bu, 1970-ci ilin maşınıdır, köhnədir. Ancaq motoru işləyirdi. Bu avtobusun 20 nəfərlik kafeyə çevrilməsi üçün 5 ay vaxt lazım oldu. Dizaynı özüm işləyib hazırlamışam. Əvvəlcə onu qırmızı rəngə boyamaq istəyirdim, sonra da düşündüm ki, çəhrayı rəng Yerevanın çəhrayı tuflu binalarına daha çox yaraşacaq”, – Rafael deyir.

O, kafeyə hansı adı qoymaqla bağlı da çox düşünməyib. Əvvəldən qərar verib ki, səyyar kafenin sadə və asan yadda qalan adı olmalıdır – “Avtobus”.  

Avtobusun menyusu orijinallığı ilə seçilmir: salatlar, sendviçlər, qəhvə, çay. Qiymətlər də yetərincə münasibdir.

Adətən “Avtobus” Yerevanın mərkəzində, Respublika meydanında park edilir, özü də başqa avtomobillərlə eyni əsaslarla. Rafael müvafiq olaraq parkinqə icazə verilmiş ərazidə saxlamaq üçün hər ay lazımı məbləği ödəyir. Bəzən kafe Yerevanın başqa hissəsinə, şəhərin mərkəzi hissəsində yerləşən, Amerika Universitetinə yaxın yerə “köçür”. Amma meydana qayıdandan sonra bəzən özünə boş yer tapmır.   «

“Bu, bizim öz və daimi yerimiz deyil. Biz “Avtobusu” Amerika Universitetinin yanına sürəndə, burada başqa maşınlar saxlayır, sonra da biz onların buradan getməsini gözləyirik,” – müəllif danışır.

O, insanların çəhrayı “Avtobus”u görəndə sevindiklərini və gülümsədiklərini görüb. Deyir, bura bir fincan qəhvə içməyə girməsələr belə insanlarda müsbət emosiyalar yaratmağı yaxşıdır.

“Daimi müştərilərimiz yoxdur. Müştərilərimiz əsasən təsadüfi insanlardır. Qonşuluqdakı nazirliyin əməkdaşları fasilədə tez-tez nahar etməyə gəlir, “Avtobus”un şəklini internetdə görən və ikinci mərtəbədə qəhvə içmək istəyən yerli sakinlər də gəlir. Turistlər də tez-tez gəlir, çünki maşın turistik baxımdan şəhərin daha aktiv sahəsində yerləşir”, – Rafael deyir.

Bundan başqa, “Avtobus”u həqiqi avtobus kimi qəbul edən, bilet almaq istəyən, növbəti dayanacağın harada olacağını soruşanlar da olub.

“Bir dəfə bir ailə bizim kafeyə tərəf qaçır. Bütün ailə var gücü ilə qaçır, harasa gecikirlər. Çatandan sonra da ailə başçısı soruşur: nə vaxt çıxırsız? Biz heç hara getmədiyimizi dedik. Məyus olub, qaçmağa davam etdilər”, – Rafael xatırlayır.

Yerevanın başqa qeyri-adi avtobusu suvenir mağazasıdır. Bu tək ilk təkərli mağaza deyil, həmçinin sırf günəş enerjisi ilə çalışan ilk mağazadır. Mağazanı elektrik enerjisi ilə təmin edən günəş panelləri damda quraşdırılıb.

Müəllif gənc iş adamı Qurqen Vardanyandır. O deyir ki, mağaza köhnə sovet PAZ avtobusudur və yeni suvenir mağazası həmçinin turistlər üçün məlumat mərkəzi kimi də fəaliyyət göstərir.

“Mağazada internet, turistlər üçün çox vacib olan mobil telefonların enerjisini doldurmaq üçün qurğular var. İnsanlar başqa ölkələrə gedəndə öz yaxınları ilə ünsiyyətdə olmaq, onlara fotolar göndərmək istəyir və biz onlara bu imkanı yaradırıq. Bundan əlavə, biz onlara xəritələr, bələdçi kitabçaları təqdim edirik ki, görsünlər, Yerevanda harada olmaq, hansı görməli yerləri ziyarət etmək, harada axşam istirahət etmək olar”, –  Qurqen deyir.

O deyir ki, öz prestijli mağazasının yaradılması üçün 20 min dollara yaxın pul xərcləyib. Məbləğin böyük hissəsi sovet PAZ-ına müasir görünüş verməyə xərclənib.

“Biz mağazanın interyeri üzərində çox işlədik. Divarlarda erməni ornamentləri var, hətta  rəflər, asılqanlar belə təsadüfi deyil.  Biz mağazadan kiçik tarix muzeyi düzəltməyə çalışdıq ki, hər bir turist buradan tam məlumatlandırılmış çıxsın”, – Qurqen deyir.

Mağazada təqdim olunan bütün suvenirlər erməni istehsalıdır. Burada soyuducu üçün maqnit suvenirlər, gil fincanlardan tutmuş erməni çarlarının şəkilləri olan köynəklərə, maral buynuzundan bıçaqlara qədər hər şey var.

Əsas olanı isə odur ki, hər iki avtobus burada öz yerini tapa bilib. Onlar nə yerlilərin, nə də turistlərin diqqətindən yayınmır.

Fotoda: suvenir mağazasının satıcı-məsləhətçisi və məqalənin müəllifi


More on JAMnews