Ukraynada Mail.ru, “ВКонтакте” və “Одноклассники”-yə giriş qapanacaq" />

Ukrayna prezidenti Rusiyaya aid sosial şəbəkələrin bloklanması haqda sərəncam imzalayıb

Ukraynada Mail.ru, “ВКонтакте” və “Одноклассники”-yə giriş qapanacaq

Ukrayna prezidentinin sərəncamı ilə Ukrayna ərazisində Rusiyanın “ВКонтакте”, “Одноклассники” sosial şəbəkələri və digər Rusiya saytlarına giriş bloklanacaq. Pyotr Poroşenkonun sərəncamı dövlət başçısının saytında dərc olunub.  

Sənədə əsasən, məhdudlaşdırma tədbirləri bu sosial şəbəkələrin məxsus olduğu Mail.Ru Group-a tətbiq edilən sanksiyalar çərçivəsində nəzərdə tutulub. Provayderlər həmçinin Mail.ru saytının özünə girişi də bloklamalıdırlar.

Bundan başqa “Yandex”in baş səhifəsi istisna olmaqla axtarış sisteminin bütün servisləri üç il müddətinə bağlanacaq. “Laboratoriya Kasperskoqo” və DrWeb anti-virus şirkətlərinin saytları da bloklanmaya məruz qalacaq.

Sanksiyalar həmçinin “RBK”, “TV Sentr”, “VQTRK”, “NTV Plus” və “Zvezda” telekanallarına da tətbiq ediləcək.

Bu il martın ortasında prezident Pyotr Poroşenko Rusiya dövlət kapitalı ilə Ukraynada işləyən beş bankla bağlı da sanksiyalar tətbiq etmişdi.

Ötən gün Ukrayna Mərkəzi Bankı Rusiya dövlət banklarının törəmələrinə (Sberbank, VTB, VEBa) ölkə hüdudundan kənara kapital çıxarmağı qadağan etməyi təklif etmişdi. Ötən ilin sentyabrından ölkə ərazisində Rusiya ödəniş sistemlərinin fəaliyyəti məhdudlaşdırılıb.


More on JAMnews