2019-cu ildə Moldovada hakimiyyət dəyişəndən sonra orada müəllimlərin Türkiyəyə təhvil verilməsi haqda qərar qəbul edən məmurlara qarşı cinayət işi qaldırılıb" />

Türkiyənin tələbilə Moldovanın təhvil verdiyi müəllim 7,5 il müddətinə azadlıqdan məhrum edilib

2019-cu ildə Moldovada hakimiyyət dəyişəndən sonra orada müəllimlərin Türkiyəyə təhvil verilməsi haqda qərar qəbul edən məmurlara qarşı cinayət işi qaldırılıb

2018-ci ildə Moldovadan deportasiya olunan türkiyəli müəllim Amerikada yaşayan din xadimi Fətullah Gülənlə əlaqələrinə görə yeddi il yarım müddətə azadlıqdan məhrum edilib. Sonuncu Türkiyədə bir nömrəli terrorçu hesab edilir – Moldovanın  News Maker nəşri məlumat verir.

Foto: David Pipia, JAMnews

“Orizont” liseyinin keçmiş direktoru Feridun Tüfekçi Türkiyə vətəndaşı olan digər altı müəllimlə birlikdə 2018-ci ilin sentyabrında Moldovadan deportasiya olunmuşdu.

Onların hamısı Türkiyə hakimiyyətinin 2016-cı ilin yayında Türkiyədə baş verən dövlət çevrilişi cəhdinin təşkilatçısı hesab etdiyi din xadimi Fətullah Gülənlə əlaqədə olmaqda günahlandırılırdılar.

Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülən kimdir?

Moldovanın “ərdoğanlaşdırılması”: ölkə Türkiyyədən nəyi və necə öyrənir?

“Terrorçular üçün məktəblər” – Türkiyə vətəndaşlarının Gürcüstanda açdığı məktəblər necə bağlanır?

Buna qədər Moldovadan artıq beş müəllim deportasiya olunmuşdu. Onlar 6 ildən 12 ilə qədər müxtəlif müddətli həbs cəzası alıblar.

2019-cu il iyunun 11-də Avropa İnsan Haqları Məhkəməsi Moldovanı həmin müəllimlərin azadlıq və toxunulmazlıq, o cümlədən də ailə həyatlarına hörmət haqlarını pozmaqda günahkar bilib. Qərarda Moldova İnformasiya Təhlükəsizliyi Xidmətinin, bir də Miqrasiya və Sığınacaq üzrə Büronun hərəkətlərinin qanunsuz olduğu xüsusilə vurğulanıb.

Sentyabrın 6-da müəllimlərin Moldova tərəfindən Türkiyəyə təhvil verilməsinin bir ili tamam olduğu zaman Kişinyovda İnformasiya Təhlükəsizliyi Xidməti rəhbərinin keçmiş müavini Aleksandr Baltaqa saxlanılıb. Müəllimlərin qanunsuz deportasiyası ilə bağlı Miqrasiya və Qaçqınlar üzrə Büronun direktoru Olqa Poalelunja qarşı da qaldırılıb və onun ölkədən çıxışına qadağa qoyulub.

Bütün regionda “gülənçilərin” təqib olunması

2016-cı ildə Türkiyədə dövlət çevrilişi cəhdindən sonra Türkiyə hakimiyyəti bütün bunlara görə məsuliyyəti ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin üzərinə qoydu. Bütün Türkiyəni Gülən və onun hərəkatı ilə əlaqələrdə şübhəli bilinən insanların həbs və işdən qovulma dalğası bürüdü. 2017-ci ildə Gülənin Türkiyədəki bütün təhsil müəssisələri bağlandı (dünyanın hər yerində Gülənin rəhbərliyi altında təhsil müəssisələri mövcuddur), onun minlərlə tərəfdarı həbsə atıldı. Türkiyə hakimiyyəti dost ölkələrdən də analoji addımların atılmasını tələb edirdi.

Artıq 2016-cı ilin iyulunda Azərbaycanda özəl Gülənlə bağlı olduğu ehtimal edilən “Qafqaz Universiteti” bağlandı. Halbuki ölkənin ən yaxşı ali məktəblərindən biri hesab edilirdi.

2017-ci ildə Gürcüstanda Gürcüstanın paytaxtında Dəmirəl adına nüfuzlu özəl kollec və Batumi şəhərində Şahin adına məktəb bağlandı. Hər iki təhsil müəssisəsi Gülənlə assosiasiya olunurdu, rəsmi səbəb kimi isə hakimiyyət bu təhsil ocaqlarında yol verilmiş nöqsanları göstərdi.

Gürcüstan hüquq-mühafizə orqanları Türkiyənin tələbi ilə Dəmirəl adına kollecin direktoru Emre Çabuki həbs etdi. Türkiyədə o, terrorçuluqda ittiham olundu və Türkiyə Gürcüstandan onun ekstradisiyasını tələb etdi. Amma ilkin istintaq dövründə bir neçə ay həbsdə qalandan sonra Çabuk azad edildi və Türkiyəyə təhvil verilmədi.

2018-ci ildə Gürcüstanın ən nüfuzlu ali məktəblərindən biri olan Qara dəniz Universiteti tələbə qəbul etmək hüququndan məhrum edildi. Səbəb kimi təhsil müəssisəsinin guya fəaliyyətində buraxdığı nöqsanlar göstərildi. Bu universitet də Gülən hərəkatı ilə assosiasiya olunurdu. Daha sonra bu qərar ləğv edildi.


More on JAMnews