ABŞ və Rusiya prezidentləri bir-birindən razı qalıblar. Qalan hər kəs çaşqındır" />

Tramp və Putin danışıqlarına reaksiya: anlamazlıqdan tutmuş qəzəbə qədər

ABŞ və Rusiya prezidentləri bir-birindən razı qalıblar. Qalan hər kəs çaşqındır

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin Finlandiya paytaxtında görüşüb, – bu haqda CNN xəbər verir.

İkitərəfli görüş iki hissəyə bölünüb. Əvvəlcə Putin Trampla təkbətək qalıb və tet-a-tet danışıblar, daha sonra isə nümayəndə heyətlərinin üzvləri də onlara qoşulub.

Nə haqda danışılıb, nə haqda danışılmayıb?

Birgə mətbuat konfransında Donald Tramp Amerika-Rusiya münasibətlərinin hazırkı misligörünməz pis vəziyyəti haqda “hər iki tərəf günahkardır, hər iki ölkə keçmişdə səhvə yol verib” bəyanatı ilə furor yaradıb.

Dünya mediası həmrəyliklə Amerika prezidentinin Rusiyanın Suriyada vətəndaş müharibəsində iştirakı, Krımın ilhaqı və Rusiyanın Ukraynanın cənub-şərqinə müdaxiləsi kimi məsələləri tamamən iqnor etdiyinə diqqət yetirib, baxmayaraq ki, məhz bu amillər ikitərəfli münasibətlərin böhranına səbəb olub.

Rusiya prezidentinin sözlərinə görə, Tramp yenə də Rusiyanın Amerika seçkilərinə mübadiləsi məsələsinə toxunub. Putin növbəti dəfə bütün ittihamları rədd edib. Sammitdən sonrakı mətbuat konfransında ABŞ prezidenti bildirib ki, Kremlin ABŞ-dakı seçkilərin nəticələrinə təsir etdiyini ehtimal etmək üçün onun heç bir əsası yoxdur.

O bildirib: “Heç bir qəsd olmayıb. Mən bu prezidenti [Putini] tanımırdım. Mənim əlbir olacağım heç kim yox idi və kampaniyamın arxasında heç bir gizli razılaşma olmayıb”.

Tramp həmçinin Rusiyanın Amerikada prezident seçkilərinə müdaxiləsinin araşdırılması ilə məşğul olan prokuror Robert Mülleri də tənqid edib. Sammitdən bir neçə gün öncə Müller Amerika seçkilərinə müdaxilə ilə bağlı Rusiya kəşfiyyatının 12 əməkdaşına qarşı ittiham irəli sürüb (ümumilikdə bu cinayətlə bağlı ittiham olunanların sayı 20 nəfərdən çoxdur).

Vladimir Putin görüşdən razı qalıb. “Biz prezident Trampdan razı qalmışıq, bir-birimizi daha yaxşı anlamağa başlamışıq və mən Donalda buna görə minnətdaram”, – o, mətbuat konfransında bildirib.

Tərəfdarlar və rəqiblər şokdadır

ABŞ-da Tramp bəyanatlarına görə sərt tənqidə məruz qalıb. Hazırkı ABŞ prezidentini ilə bağlı ənənəvi tənqidlər arasında “rüsvayçı uğursuzluq” ifadəsi ən çox səslənir, – ВВС  yazır.

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Con Brennan hamıdan daha sərt çıxış edib, o öz Twitter-ində yazıb: “Baş verənlər ciddi cinayyət çərçivəsini aşır. Bu xəyanətdir”.

Amma Trampın bəyanatlarından qəzəblənənlər arasında bu dəfə ABŞ prezidentinə qarşı adətən loyal olan siyasətçilər də çoxdur.

Məsələn, respublikaçı senator Pol Rayan bildirib: “Rusiyanın bizim seçkilərimizə müdaxilə etdiyinə şübhə yoxdur və bütün dünyada demokratiyaya qarşı hücumlarını davam etdirir. Prezident anlamalıdır ki, Rusiya bizim müttəfiqimiz deyil. Birləşmiş Ştatlar diqqətini Rusiyanın məsuliyyətə cəlb dedilməsinə və Putinin demokratiya üzərinə hücumlarına son qoyulmasına yönəltməlidir”.

CNN müxbiri Anderson Kuper Putin və Tramp danışıqlarından sonra baş tutan mətbuat konfransını “ABŞ tarixində  prezidentin keçirdiyi ən rüsvayçı mətbuat konfransı” adlandırıb.

Respublikaçılara və Trampa qarşı hədsiz loyallığı ilə seçilən Fox News telekanalı Helsinki danışıqlarını “təslimçilik” kimi dəyərləndirib.

Hər ikisinə ünvanlanıb

Son iki gündə Helsinkidə Putin və Trampa qarşı etiraz aksiyaları keçirilirdi. Etirazçıların böyük hissəsi istirahət günü olduğu üçün iyulun 15-də şəhərin küçələrinə çıxıb. Onlar ABŞ-ın miqrasiya siyasətini və prezident Trampın islamofobiyasnı, Rusiyanın geylərin təbliği haqda qanununu və Rusiyada söz azadlığına qarşı basqıları qınayıblar. Helsinkinin iki qadın sakininin qaldırdığı “Cəhənnəm olun ikiniz də!” yazılmış plakatlı fotosu bütün dünya KİV-lərini dolaşıb.

 


More on JAMnews