Ağ Ev ABŞ prezidentinin Moskvaya münasibətdə mövqeyinə aydınlıq gətirib" />

Tramp Rusiyadan “Krımın qaytarılmasını” gözləyir

Ağ Ev ABŞ prezidentinin Moskvaya münasibətdə mövqeyinə aydınlıq gətirib

ABŞ prezidenti Donald Tramp Rusiyanın Krımı Ukraynaya qaytaracağını gözləyir. Bu haqda gündəlik brifinqdə Ağ Evin mətbuat katibi Şon Spayser bildirib.

“Prezident açıq aydın bildirib ki, Rusiya hökumətinin Ukraynadakı münaqişənin deskalasiyasına başlayacağını və Krımı qaytaracağını gözləyir”, – Spayser deyib.

Spayserin sözlərinə görə, tramp eyni zamanda Rusiya ilə münasibətləri düzəltmək istəyir.

Xatırladaq ki, ötən ilin iyulunda seçkiqabağı kampaniya zamanı Donald Tramp Krımın Rusiya ərazisi kimi tanınmasının mümkünlüyü ilə bağlı suala cavab verərkən belə bir ehtimalı istisna etməmişdi və bildirmişdi: “…Eşitdiyimə görə, Krım sakinləri əvvəl olduqları yerdənsə Rusiya ilə olmaq istəyirlər”.

Rusiya Krımın birləşdirilməsini 2014-cü ildə bəyan edib, bununla bağlı ABŞ və Aİ Moskvaya qarşı sanksiyalar tətbiq edib.


More on JAMnews