On beş illik fasilədən sonra ABŞ-da beş ölüm hökmü icra olunmalıdır. Artıq müddət təyin edilib" />

Tramp administrasiyası ölüm hökmünün geri qaytarılmasına israr edir

On beş illik fasilədən sonra ABŞ-da beş ölüm hökmü icra olunmalıdır. Artıq müddət təyin edilib

ABŞ Ədliyyə Nazirliyi elan edib ki, federal hakimiyyət tərəfindən mühakimə olunmuş məhbuslara münasibətdə ölüm hökmünün icrası təcrübəsini bərpa edir. Artıq ilk beş hökmün icrası müddəti təyin edilib. Bu hökmlərin hamısı amansız qətl və seksual əsasda cinayət törədənlərə qarşı elan edilib.

Federal hakimiyyət tərəfindən mühakimə olunnan məhbuslara münasibətdə ölüm hökmü son on beş ildə icra edilməyib. Ölüm hökmü ləğv edilməyib, amma ölüm hökmünə məhkum edilmişlərin öldürülməsi metodları ilə bağlı uzun sürən məhkəmə araşdırmaları üzündən həyata keçirilmirdi.

Prezident Donald Tramp hakimiyyətə gələndən federal hakimiyyət tərəfindən ölüm hökmünün tətbiqi təcrübəsinin bərpası və ştatlar tərəfindən onun istifadə prosedurasının asanlaşdırılmasına nail olmağa çalışıb.

Ümumilikdə ABŞ-da federal hakimiyyət tərəfindən məhkum edilən 62 nəfər ölüm hökmünün icrasını gözləyir. Onların arasında 2013-cü ildə Boston marafonunda terror aktı törədən Çeçenistan əsilli Cövhər Tsarnayev də var.

Ölüm hökmünün bərpa edilməsi haqda qərar ABŞ Konqresində demokratlar və BMT baş katibinin nümayəndəsi tərəfindən tənqidə məruz qalıb. Xatırladaq ki, bütün Avropa İttifaqı ölkələrində ölüm hökmü ləğv edilib.

Kaliforniya ştatında San-Kventin şəhərindəki həbsxanada ölümə məhkumların kamerası. REUTERS/Stephen Lam


More on JAMnews