Ona qarşı əsas iradlar Britaniyanın Avropa İttifaqından ölkə üçün sərfəli olmayan şərtlərlə çıxması planı ilə bağlıdır" />

Tereza Mey Böyük Britaniyanın baş naziri qalır. Hələlik

Ona qarşı əsas iradlar Britaniyanın Avropa İttifaqından ölkə üçün sərfəli olmayan şərtlərlə çıxması planı ilə bağlıdır

Britaniya parlamentinin aşağı palatasının Mühafizəkarlar Partiyasından olan deputatları səs çoxluğu ilə Tereza Meyə etimad göstəriblər – ВВС xəbər verir. İndi söz parlamentindir.

Partiya lideri olaraq Tereza Meyə qarşı etimad məsələsinin səsə qoyulmasının səbəbi Böyük Britaniyanın Avropa İttifaqından çıxışı ilə bağlı onun təklif etdiyi razılaşma olub. Çoxları bu razılaşmanın Britaniya tərəfi üçün sərfəli olmadağı qənaətindədir. Etiraz əlaməti olaraq iki nazir Mey hökumətini tərk edib.

2016-cı ilin mayında Böyük Britaniyada ölkənin Avropa İttifaqında üzvlüyü ilə bağlı referendum baş tutub. Bu referendumda təşkilatdan çıxmaq tərəfdarı olanlar minimal üstünlüklə qələbə qazanıblar. Sosioloji tədqiqatların göstərdiyi kimi o zaman təşkilatdan çıxışın lehinə səs verənlər əsasən mühafizəkar baxışlara sahib yaşlı insanlar olub. Əsasən gənclərdən və əhalinin iqtisadi fəal hissəsindən ibarət olanlar isə bunun əleyhinə səs veriblər.

 

O zamandan bəri Avropa İttifaqı və Böyük Britaniya arasında ayrılıq şərtləri ətrafında danışıqlar gedir, prosedur hələlik dalana dirənib.

Partiya məsələsi

Tereza Meyin partiya lideri olaraq qalmasının lehinə 200 deputat səs verib. Əleyhinə isə 117 deputat. Səsvermə gizli keçirilib.

Britaniyanın Avropa İttifaqından çıxışını kim istəyir, kim istəmir? Tarixçə, arqumentlər və proqnozlar

ABŞ prezidenti nəticədə Rusiya agenti çıxa bilərmi?

Türkiyədə iqtisadi böhran: polis çörəyin qiymətini nəzarətdə saxlayır

Beləliklə, Mey mühafizəkarların partiya lideri olaraq qalır və baş nazir səlahiyyətlərini davam etdirir. İndi bir il ərzində heç kim partiya lideri kimi Meyə qarşı etimadsızlıqla bağlı səsvermə tələb edə bilməz.

Daha əvvəl, çərşənbə günü Mühafizəkarlar Partiyasının 48 deputatı partiya rəhbərliyinə rəsmi məktublar yönəldərək, Mühafizəkarlar Partiyasını təmsil edən baş nazirə qarşı etimadsızlıq bəyan edib.

İcma Palatasındakı torilərin ümumi sayının 15 faizi tərəfindən imzalanan bu məktublar partiya liderinə qarşı etimad məsələsini mühafizəkarlar fraksiyasında səsə qoymaq üçün yetərli olub.

Parlament məsələsi

İndi intriqa Britaniya parlamentinə keçir, ölkənin Avropa İttifaqından çıxışı ilə bağlı Meyin təklif etdiyi plan orada səsə qoyulacaq.

Bu planın qəbul olunması şansı 50:50-dir. Həm müxalifət, həm də iqtidarda olan Mühafizəkarlar Partiyasının bir çox deputatları ondan narazıdır. Əsas mübahisəli məsələ – Şimali İrlandiya və Böyük Britaniyanın tərkibinə daxil olan Aİ üzvü İrlandiya Respublikası arasında sərt sərhədin (tam mənalı gömrük prosedurlarını nəzərdə tutur) tətbiqi ilə əlaqədardır.

Hadisələrin inkişafı ilə bağlı variantlar

Böyük Britaniya Avropa İttifaqı ilə artıq iki ildir ki, gedən, intriqalar, milyonların iştirak etdiyi etiraz aksiyaları və yeni referendum keçirilməsi çağırışları ilə müşayiət olunan ayrılıq prosesini davam etdirəcək.

Böyük Britaniya Tereza Meyin Avropa İttifaqından çıxış planını rədd edəcəyi halda ölkəni bunlar gözləyə bilər:

  • Aİ üzvlüyü ilə bağlı yeni referendum
  • Aİ-də razılaşmasız çıxış, bu isə Böyük Britaniya iqtisadiyyatı üçün ağır nəticələrə gətirib çıxara bilər
  • Növbədənkənar parlament seçkiləri

More on JAMnews