Şahid təqsiləndirilən oldu və tutuldu – bir ildən çoxdur ki, parlament komissiyası və öldürülmüş yeniyetmənin atası məhz bunu tələb edirdilər" />

Tbilisidə uşaqların səs-küylü qətl hadisəsinin araşdırılmasında həlledici məqam

Şahid təqsiləndirilən oldu və tutuldu – bir ildən çoxdur ki, parlament komissiyası və öldürülmüş yeniyetmənin atası məhz bunu tələb edirdilər

Şahid təqsiləndirilən oldu və tutuldu – bir ildən çoxdur ki, parlament komissiyası və öldürülmüş yeniyetmənin atası məhz bunu tələb edirdilər

Tbilisidə 2017-ci ilin dekabr ayının 1-də şəhərin Xorava küçəsində baş vermiş və aldıqları bıçaq yaralarından iki məktəblinin həlak olduğu davanın itirakçısısı Mixail Kalandia saxlanılıb. İndiyə kimi o, iş üzrə şahid kimi gedirdi, lakin indi ağırlaşdırıcı hallarda qrup şəklində qətl hadisəsində ittiham olunur.

Bir ildən çoxdur ki, etiraz aksiyalarında iştirak edən, yaxud da onları dəstəkləyən minlərlə insan, eyni zamanda bu işi üzləyən bir neçə qeyri-hökumət təşkilatı hesab edı bilərlər ki, onlar dəyişikliklərə nail ola biliblər.

DİN-in rəsmi nümayəndəsi rəsmi brifinqdə bildirib ki, istintaq Kalandianın qətldə iştirakçılardan biri olması versiyası üzərində fəal şəkildə işləyir. Onun sözlərinə görə, “apellyasiya məhkəməsinin 3 iyun tarixli qərarı Mixail Kalandianın cinayətdə iştirakçı olması baxımından istintaq istiqamətinin düzgünlüyünü bir daha təsdiq edib”.

• İşgəncə, adam oğurluğu, saxtalaşdırılmış işlər – Gürcüstanın keçmiş prokurorunun açıqlamaları dərc olunub

Qətl və ictimai reaksiya

Bütün Gürcüstanı lərzəyə salmış qətl günün günorta çağı Tbilisidə, çoxsaylı şahidlərin gözü qarşısında baş vermişdi. Yeniyetmələrdən ibarət iki qrup məktəbdə baş vermiş münaqişəni “çürütmək” qırarı veriblər və Xorava küçəsindəki həyətlərdən birində toplaşıblar.

Münaqişə dabaya keçib və onun gedişində iki yeniyetmə bıçaq yarası alıb. Onlardan biri hadisə yerində həlak olub, ikincisini isə xəstəxanaya çatdıra biliblər və burada bir neçə cərrahiyyə əməliyyatı keçirib, lakin dekabrın 2-də o da ölüb. DİN əməkdaşları qətl faktı üzrə iki yeniyetməni saxlayıblar.

Xorava küçəsindəki qətl işi üzrə məhkəmə araşdırması 4 ay davam edib və 2018-ci ilin may ayının 30-da başa çatıb. Tbilisi şəhər məhkəməsi ittiham olunanlardan birini Levan Dadunaşvilinin ölümündə təqsirli bilib və David Saralidzenin qətl işi üzrə bəraət qazandırıb.

Digər təqsirləndirilən qəsdən törədilməyən qətldə təqsirli bilinib və ittiham qətl törədilməsin cəhd kimi qiymətləndirilib.

Nəticədə məlum olub ki, yeniyetmələrin ölümündən yarım il sonra David Saralidzenin ölümündə təqsirlini müəyyən etmək mümkün olmayıb.

Məhkəmə qərarının elan edilməsindən sonra qətlə yetirilmiş David Saralidzenin atası – Zaza Saralidze ictimaiyyəti etiraz aksiyalarına çağırıb. Çaöırış eşidildi və minlərlə insan Tbilisinin küçələrinə çıxdı. Aksiyalar bir neçə həftə davam etdi.

Şəhər məhkəməsinin qərarından sonra Gürcüstanın baş prokuroru İrakli Şotadze istefa verdi.

Həmin günlərdə prokurorluğun yüksək vəzifəli əməkdaşı Mirza Subeliani – dava iştirakçılarından birinin atası və digərinin – Mixail Kalandianın dayısı həbs edildi.

Öldürülmüş yeniyetmənin atası Mirza Subelianini cinayətkarın gizlədilməsində ittiham etdi. 2018-ci ilin may ayının 31-də Mirza Subeliani cinayətin təfərrüatlarının gizlədilməsinə görə 1 il 1 ay müddəyinə azadlıqdan məhrum edilmişdi.

Apellyasiya məhkəməsinin qərarı

İyulun 3-də apellyasiya məhkəməsi yeniyetmələrin qətli ilə bağlı işə yenidən baxıb və qətlin törədilməsində təqsirləndirilənlər Q.C. və Q.B.-ni hər birini 11 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmənin qərarında bildirilir ki, onların hər biri qrup şəklində qətlin törədilməsində və diər müəyyənləşdirilməmiş şəxlə əlbir olmaqda ittiham olunublar.

Öldürülmüş Zaza Saralidzenin atası məhkəmənin qərarından razılığını bildirib, lakin vurğulayıb ki, ədalətin tam bərpa olunması uğrunda mübarizəni davam etdirəcək.

“İlk dəfə məndə belə bir hiss yarandı ki, ədalət bərpa olunacaq. Hələliksə o, qismən bərpa olunub. Mən sonra qədər mübarizəmi davam etdirəcəyəm”, – Saralidze bildirib.

Parlament komissiyası

Müxalifətin tələbi ilə Xorava küçəsindəki qətlin təfərrüatlarının araşdırılması üçün 2018-ci ilin iyununda müvəqqəti parlament komissiyası yaradılıb. Komissiya iş materiallarını araşdırıb, işlə məşğul olan müstəntiqləri dindirib. Komissiyanın sentyabr ayında açıqlanmış nəticəsinə görə, istintaq pozuntularla və qərəzli aparılıb.

Komissiyanın tövsiyələrindən birində bir neçə şahidin ifadələrinə əsasən cinayətdə iştirakı nəticəsinə gəlinmiş Mixail Kalandiaya qarşı cinayət işinin başlanmasının zəruriliyi haqqında deyilirdi.

Parlament komissiyasının üzvlərinin əksəriyyəti müxalif “Avropa Gürcüstanı” partiyasının iştirakçılarıdır. Komissiya üzvü olan çoxluq təmsilçiləri hazırlanmış sənədlə razılaşmadıqlarını bildiriblər və öz yekun sənədlərini hazırlayıblar ki. həmin sənədə əsasən, istintaqın gedişatında yol verilmiş pozuntular guya işin araşdırılmasına təsir etməyiblər.

Müvəqqəti komissiyanın sədri Sergi Kapanadze Mixail Kalandianın saxlanılmasından sonra bildirib ki, komissiya çoxdan bəri bunu etməyi tələb edirdi, lakin Daxili İşlər Nazirliyi deputatların mövqeyini diqqətdən kənarda saxlamışdı.

“Bu işdə ədalətin zəfər çalması üçün vacindir ki, bizim digər tövsiyələrimiz də yerin yetirilsin, xüsusilə bu işi dolaşığa salmış və pozuntulara yol vermiş prokurorluq və DİN işçilrinin məsuliyyəti məsələsində”, – Kapanadze deyib.

Onun sözlərinə görə, komissiya işin saxtalaşdırılmasında iştirak etmiş 10 nəfərin adını çəkib və onların məsuliyyətə cəlb eduilməsi məsələsini qoyub.

Öldürülmüş yeniyetmələrdən birinin atası Zaza Saralidze apellyasiya məhkəməsinin iclasında vəkillə birlikdə. Foto: “Azadlıq” radiosu

None found


More on JAMnews