İstintaq təcridxanasında olan Mirza Subeliani bildirir ki, əlində hakimiyyətə qarşı "terabaytlarla" kompromat var" />

İşgəncə, adam oğurluğu, saxtalaşdırılmış işlər – Gürcüstanın keçmiş prokurorunun açıqlamaları dərc olunub

İstintaq təcridxanasında olan Mirza Subeliani bildirir ki, əlində hakimiyyətə qarşı "terabaytlarla" kompromat var

8 saylı Qldan həbsxanası. Foto: REUTERS/ David Mdzinarişvili

Bazar günü “Rustavi-2” telekanalı gizli səs yazısı yayımlayıb. Audiomaterialdakı əsas fiqurant hazırda istintaq təcridxanasında saxlanılan prokurorluğun keçmiş yüksək vəzifəli əməkdaşı Mirza Subelianidir (Subeliani dekabrın 1-də Tbilisinin mərkəzində iki yeniyetmənin qətli ilə bağlı səs-küylü cinayət işi üzrə həbs olunub – JAMnews).

Səs qeydində Subeliani deyir ki, onun əlində hazırkı hakimiyyətə qarşı insan oğurluğu və işgəncələr də daxil olmaqla “ciddi kompromatlar” var.
Onun sözlərinə görə, bu kompromatlar “çox insanı Rustaveliyə çıxara” və “Gürcü arzusunun” hakimiyyətinə son qoya bilər.
Saat yarımlıq videoda söhbət bir neçə səs-küylü işdən gedir, həmçinin yeniyetmələrin qətli ilə bağlı da bəzi yeni təfərrüatlar aydın olur.
JAMnews lent yazısının xülasəsini təqdim edir.
__________________________

Audiomaterialda nə baş verir və başqa kimlərin səsi eşidirlir?

“Rustavi-2” kanalının məlumatına əsasən, lent yazısı Subelianinin Qaldianidəki (Tbilisinin kənar rayonu) 8 saylı cəzaların icrası müəssisəsində saxlanıldığı kamerada qeydə alınıb.
Lent yazısında Subelianidən başqa iki nəfərin də səsləri eşidilir. Teleşirkətin məlumatına görə, bu səslər “Gürcü arzusu” partiyasının deputatı Viktor Caparidze və Qaçqınlarla İş üzrə Nazirliyin keçmiş yüksək vəzifəli əməkdaşı, Baş Müfəttişliyin keçmiş əməkdaşı, həmçinin Subelianinin sağ əli David Tsuxişviliyə aiddir.
Lent yazısında ən çox Subeliani danışır. Ən az isə Tsuxişvili.
Aydın olur ki, Caparidze hakimiyyət və həbs olunmuş Subeliani arasında vasitəçidir. Caparidze müəyyən problemi həll etmək üçün onun yanına kameraya gəlib.
Subeliani ondan daxili işlər naziri Georgi Qaxariya ilə şəxsən danışmasını və ona əsas məsələni çatdırmasını xahiş edir – Subelianinin əlində hakimiyyətə  qarşı çoxlu kompromat var, amma o bunlardan heç vaxt istifadə etməyəcək. Buna görə də o, sədaqətinin əvəzində hakimiyyətdən daha çox diqqət gözləyir.
Subeliani hakimiyyətin ona qarşı laqeydliyindən narazıdır və səs yazısının əsas mövzusu da bundan ibarətdir.

Mirza Subeliani

Səs yazısı nə zaman qeydə alınıb?

“Rustavi – 2” telekanalının məlumatına görə, bu səs qeydi yenidir və bunu təsdiqləyən məqamlar var. Subeliani söhbət zamanı bildirir ki, onun əlindəki kompromatlar iki həftə əvvəl “Rustavi -2” telekanalının efirindən hakimiyyətə qarşı sərt ittihamlar səsləndirən biznesmen, “Omeqa” Qrupunun təsisçisi Zaza Okuaşvilinin əlində olan kompromatlardan daha çoxdur.
“Nəinki Okuaşvili, bizdə terebaytlarla möcüzə var ki, onlar bu haqda heç eşitməyiblər də”, – Subeliani səs yaszısında deyir.
Səs qeydini kim edib və o həqiqidirmi?
Məqalədə haqqında danışılan səs yazısı ekspertlər tərəfindən yoxlanılmayıb və müvafiq olaraq, onların həqiqiliyi təqdiqlənməyib.
“Rustavi – 2” əlbəttə ki, səs yazısını telekanala ötürən mənbəni açıqlamır.
Amma söhbət iştirakçılarındna biri – deputat Viktor Caparidze Subeliani ilə görüşdüyünü təsdiqləyib, amma qeyd edib ki, keçmiş prokurorun söylədiklərini “qeyri-ciddi” hesab edir. Gürcüstan Prokurorluğu artıq qanunsuz dinləmə və şəxsi həyata müdaxilə maddəsi ilə cimayət işi qaldırıb.

Səs yazısından nə aydın olur? Ən başlıcası

Audiomaterialda Subeliani bildirir ki, o uzun illər “qara işləri” görüb, hakimiyyət isə sədaqətinə görə onu lazımınca mükafatlandırmayıb.
Amma Subelianinin sözlərinə görə, o, mütəmadi olaraq kompromat toplayıb, hakimiyyət nümayəndələri ilə danışıqlarını yazıb və bütün bunları saxlayıb.
“Sən nə bilmişdin, mən bu qədər əbləhəm ki, onların bu cür s… göstərişlər verdikləri iclaslara özümü sığortalamadan, ehtiyatsız [səs qeydi etmədən] gedim?!” – səs yazısında eşidilir.
Subeliani bildirir ki, hakimiyyət üçün ciddi problemlər yarada bilər:
“Siz sonra görəcəksiz insanların küçələrə çıxması nə deməkdir, bunun üçün heç nə lazım deyil, bir-iki səs yazısı kifayətdir… və hamı Rustaveliyə [bütün prospektə] tökülər və “Arzu” daha olmaz, inan mənə”, – o, deputat Caparidzeyə deyir.

Subelianinin əlindəki kompromatlar nədən ibarətdir və o hansı işlər haqda danışır?

Mirza Subeliani həllində şəxsən iştirak etdiyi konkret faktlar və işlərdən söz açır – əsasən də bunlar keçmiş hakimiyyət nümayəndələrinin məhkum edildiyi cinayət işləridir. Məsələn, hazırda  Serqo Tetradzenin qətli ilə bağlı cəza çəkən keçmiş müdafiə naziri Baço Axalaiyanın işi, “Navtluqdakı xüsusi əməliyyat” və “həbsxana qiyamı” ilə bağlı işlər. “Vanonun işi” də xatırlanır – söhbətin keçmiş baş nazir Vano Merabişvilinin həbsxanadan qanunsuz yolla çıxarılması və onun o zamankı baş prokuror Otar Partsxaladze tərəfindiən qeyri-rəsmi “dindirilməsi” haqda söz açdığı güman olunur. (Hakimiyyət indiyə qədər belə bir faktın baş verdiyini inkar edir).

Subeliani bildirir ki, bu “qara işləri” məhz o “yoluna qoyurmuş”.

“Biz Baço Axalianın şahidlərinə işgəngə verdiyimiz zaman”, – Subeliani səs yazısında belə bir ifadə işlədir. O həmçinin bildirir ki, Axaliaya qarşı ifadə almaq üçün “oğruları… ifadə verməyə məcbur edib. Misilsiz bir şey oldu, tarixdə belə şey olmamışdı. Bircə elə bu iş nəyə desən dəyər, ancaq bu işə görə Baçoya hökm oxunub”.
“Həbsxana qiyamı” dedikdə isə Tbilisinin Ortaçala rayonundakı beş saylı cəza müəssisəsində (hazırda bağlıdır) 2006-cı il martın 27-də baş verən məhbus üsyanı nəzərdə tutulur. Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları ilə toqquşma zamanı bir neçə məhbus həlak olmuşdu, bu qiyam kəskin siyasi debatların mövzusuna çevrilmişdi.
Səs yazısında əsasən söhbət Milli Hərəkatın iqtidarı dövrü iə bağlı işlərdən gedir, amma “Xardzianinin işi” də xatırlanır.
Bu iş “Gürcü arzusu”nun hakimiyyəti dövründə baş verən sifarişli qətl haqdadır və Subelianinin nəyi nəzərdə tutduğu, bu işi niyə xatırlatdığı və hakimiyyətin bu işlə necə bağlı olduğu aydın deyil.
“Tetradzenin işindən tutmuş “Navtluq” xüsusi əməliyyatına… qədər, onların öz vəzifələrini əldə etmələrinə səbəb olmuş hər şey, “Xardzianinin işi”, ya da “Vanonun işi”, səncə bunları kim yerinə yetirib?” – Subeliani səs qeyddində deyir.
Yeniyetmələrin qətli haqda iş və “dövlətin xilası” naminə həbxana
Əgər Subelianinin səs yazısının həqiqiliyi təsdiqlənərsə, dekabrın 1-də Xorava küçəsində baş verən yeniyetmələrin qətli ilə bağı iş alt-üst olacaq.
Prokurorluğun keçmiş yüksək vəzifəli əməkdaşı Subeliani haqda geniş ictimaiyyət məhz Xorava küçəsində baş verən qətl hadisəsi kontekstində xəbər tutdu. Bu işdə Subelianinin yetkinlik yaşına çatmamış qohumu, həyat yoldaşının qardaşı oğlu Mixail Kalandianın adı hallanır. Qətlə yetirilən David Saralidzenin atası Zaza Saralidzenin sözlərinə görə, Subeliani öz qohumunun cinayətini ört-basdır edib, işin materiallarını saxtalaşdırb və məhz buna görə də David Saralidzenin kim tərəfindən qətlə yetirildiyi hələ də bəlli deyil.
Subeliani məhz bu işlə bağlı həbs olunub. O, cinayəti ört-basdır etməkdə ittiham edilir.
Amma səs yazısından aydın olur ki, Subelianinin həbsdə olması ədalətin təzahürü yox, onun hakimiyyətlə sövdələşməsinin bir hissəsidir.
Subelianinin sözlərinə görə, yeniyetmələrin qətli ilə bağlı iş ətrafındakı ajiotaj səbəbindən “dövlətin” xilası üçün ondan həbsə girməyi xahiş ediblər, o da könüllü şəkildə razı olub. Onun içəridə nə qədər olacağı da hakimiyyətlə razılaşdırılıb – bir il həbs və bir il şərti cəza.
Subeliani hər dəfə vurğulayır ki, “dövlət” üçün hər şeyi edir, amma konteksdən Subelianinin “dövlət” deyərkən hazırkı hakimiyyəti nəzərdə tutduğu bəlli olur.
“Mən düşünürdüm, dövlət görəcək ki, bizdən ötrü həbsə getdi, bizi xilas etdi… və deyəcəklər, Mirza, çıxanda buna sahib olacaqsan, onu əldə edəcəksən… Mən nəticədə nə əldə etdim?”
Subeliani deputat Viktor Caparidzedən xahiş edir ki, DİN rəhbəri Qaxariyaya sövdələşmə şərtlərini xatırlatsın.
“Bilirsən, nə de Qaxariyaya?… Mesajımı ona düzgün çatdır, mən heç kimi “batırmağı” düşünmürəm, qoy məni rahat buraxsınlar, söz veriblər, qoy bu sözü tutsunlar… Yeni ilə qədər qoy haqqımda hökm çıxarsınlar… Prosesim noyabrın 15-dədir”, – Subeliani deyir.
Subelianinin narazılığının əsas səbəbi keşmiş Tbilisi prokuroru Mixail Şakulaşvilinin Parlament komissiyasına Xorava küçəsindəki qətllə bağlı verdiyi ifadənin onun ifadəsi ilə zddiyyət təşkil etməsindən ibarətdir.
İfadə verdiyi zaman o çaşqın olub, çünki heç kim onun yanına həbsxanaya gəlməyib və müstəntiqlə nə danışacağı ilə bağlı ona təlimat verməyib, Subeliani izah edib.
Hakimiyytin diqqətsizliyi üzündən onun və ailəsinin yenidən jurnalistlərin diqqət mərkəzinə gəlməsi onu qəzəbləndirib. İndi onu yalan ifadə verməkdə ittiham edə bilərlər:
“Qoy o zaman yalan ifadə verməkdə ittiham etməsinlər, bir dəfəlik Baço Axalaiyanın şahidlərinə işgəncə verdiyi üçün mühakimə etsinlər… “Həbsxana qiyamı” məsələsini xatırla”, – Subeliani deyir və yenə də həmsöhbəti deputat Caparidzeyə eyham vurur ki, hakimiyyətin tapşırığı ilə həyata keçirdiyi çox qaranlıq işləri xatırlayır.
Mirza Subeliani bildirir ki, Şakulaşviliyə qarşı Almaniyada saxladığı ayrıca kompromat arxivi var. Əsasən söhbət Tbilisi prokurorunun 192 telefon mesajından gedir, onların məzmununu isə Subeliani açıqlamır.

Subelianinin 50 nəfərlik dəstəsi

Səs qeydindən bəlli olur ki, prokurorluğun keçmiş əməkdaşı Mirza Subelianinin tapşırıqlarını yerinə yetirən əlli nəfər silahlıdan ibarət dəstəsi olub. Epizodlardan birində Subeliani onları “avtomatlılar” adlandırır və bildirir ki, onların qorxusundan “bizə yaxın durmağa çəkinirdilər”.
Mirza Subeliani vurğulayır ki, o, öz qərarı ilə həbsə girməyə razılaşıb, bunu istəməsəydi, heç kim adamlarının qorxusundan ona toxuna bilməzdi.
O, illərlə hakimiyyət üçün hansı yollarla iş həll etdiyini xatırlayır – insan oğurluğu, işgəncə.
“Buna görə də mən Sozardan (qaçaınlarla iş üzrə nazir və keçmiş cəzaların icrası naziri Sozar Subari, Mirza Subelianinin yaxın qohumu) xahiş etdim ki, bu uşaqları işlə təmin etsin. Bu xüsusi əməliyyatı onlar həyata keçiriblər. Hər şeyi onlar edib. Bu cür mövzuları adam eləyir, biz insanları oğurlayırdıq… qabağımızda heç nə durmurdu”, – Subeliani deyir.

 


More on JAMnews