Merin bildirdiyinə görə, ərazi “çox acınacaqlı vəziyyətdədir” və bərpa işlərinin aparılmasına ehtiyac var" />

Tbilisidə parlament qarşısında mitinq keçirilən ərazi hasarlanıb. Müxalifət aksiyaları davam etdirmək niyyətindədir

Merin bildirdiyinə görə, ərazi “çox acınacaqlı vəziyyətdədir” və bərpa işlərinin aparılmasına ehtiyac var

Gürcüstan parlamenti qarşısında Yeni il şənliklərinə qədər etiraz aksiyaları keçirilən və əvvəlcə etirazçı çadırlarının, sonra isə uşaqlar üçün bayram attraksionlarının qurulduğu ərazini Tbilisi meriyası hasarlayıb.

Tbilisi meri Kaxa Kaladze bildirib ki, parlament ətrafındakı ərazi “çox pis vəziyyətdədir”, buna görə də meriya orada bərpa işlərinə başlayır.

Tbilisinin mərkəzində “Berlin divarı”. Parlament binası ətrafını polis metal lövhələrlə hasarlayıb

Tbilisi etirazları haqda bilməli olduğunuz hər şey – üç dəqiqəlik videoda

Foto: Nino Bidzinaşvili / “Netqazeti”

“Orada hər şey qaydasına salınacaq. Yeni plitələr döşənəcək, fəvvarələr təmir olunacaq, yaşıl örtüklər yenilənəcək və biz işimizi bitirdiyimiz zaman bura ən gözəl yerlərdən biri olacaq”, – Kaladze deyib.

Bütün bunlarla yanaşı meriya 1989-cu il 9 aprel qurbanlarının xatirəsinə ucaldılmış memorialı da “yeniləməyi” planlaşdırır.

“Mən həmçinin müavinimə doqquz aprel memorialının yenilənməsini tapşırmaq istəyirəm. Biz ötən ilin mayında, yoxsa iyununda layihəni əldə etmişik və günü bu gün işləmməyə başlamışıq”, – Kaladze deyib.

Ötən ilin iyunundan vətəndaş cəmiyyəti fəalları və müxalifətçilər parlament qarşısında hökumət əleyhinə etiraz aksiyaları keçirir. Əsas tələb seçki islahatının keçirilməsi və növbəti parlament seçkilərinin tam proporsional sistem üzrə təşkil olunmasıdır. Hakimiyyət bu tələblə razı deyil. Yeni il tətilindən sonra müxalifət parlament qarşısında yenidən toplaşmaq və bina özündə piket keçirmək niyyətindədir.

Bundan başqa bir neçə ay ərzində 2017-ci ilin sonunda Pankisi dərəsində xüsusi təyinatlılar tərəfindən ölümcül yaralanan və həyatını itirən Temirlan Maçalikaşvilinin atası Malxaz Maçalikaşvili parlament binası qarşısında çadır qurub. O, oğlunun ölümünün qərəzsiz araşdırılmasını tələb edir.

Malxaz Maçalikaşvili deyir ki, ərazinin hasarlanmasına baxmayaraq, o, etirazlara davam edəcək:

“Onlar hətta Çin səddi ucaltsalar belə, mənim orada etirazım davam edəcək… Çadırlar və plakatlar yenə də olacaq və onların (hakimiyyətin) axırına çıxana qədər mənim etirazım davam edəcək”, – o, “Azadlıq Radiosuna” müsahibəsində deyib.


More on JAMnews