Gənclər permanent etiraz aksiyalarının anonsunu verir" />

Tbilisidə ağır gecə. Polis eyni zamanda üç gecə klubunda xüsusi əməliyyat keçirib

Gənclər permanent etiraz aksiyalarının anonsunu verir

Facebook / Mari Nikkuradze

Mayın 12-də gecə saat 1-in yarısında Tbilisidə eyni zamanda üç gecə klubuna maskalı silahlı xüsusi təyinatlılar basqın edib. DİN-in bəyanatına əsasən, narkotik satıcılarına qarşı xüsusi əməliyyat keçirilib. “Rustavi-2” telekanalının kadrlarından insanların klublardan necə çıxarıldığı görünür. Bəzilərinin əynidə paltarları cırılmış vəziyyətdədir; canlı yayımda onlarda adamın saxlanıldığı nümayiş olunub. “Basiani” klubunun əsasını qoyan bir neçə nəfər də saxlanılıb, klub isə bağlanıb və möhürlənib.

“Basiani”də olan şahidlər jurnalistlərə danışıblar ki, polis çox kobud davranır və narkotik maddələri özləri klub ərazisinə səpələyirmişlər.

Səhər tezdən DİN fövqəladə bəyanat yayıb. Bəyanatda deyilir ki, “Tbilisinin “Basiani” və “Qalereya” klublarında narkotik satışı faktlarının üzə çıxarılması üçün 3 ay müddətində intensiv əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilib. 2018-ci il mayın 12-də bu klublarda lazımı istintaq hərəkətləri aparılıb və nəticədə 8 narko-diler saxlanılıb”.

Gürcüstanda narko-siyasət – repressiyalardan imtina

Ombudsmen Nino Lomcariya “Basiani” klubuna gəlib. Onun sözlərinə görə, o, keçirilmiş xüsusi əməliyyat haqda daha ətraflı məlumat əldə etmək üçün DİN ilə sıx əlaqədədir.

“Məndə yalnız KİV-in yaydığı məlumat var. Nümayəndələrim artıq müvəqqəti saxlama təcridxanasında olublar. Mən DİN ilə birbaşa əlaqə saxlayıram. Mənim xüsusi əməliyyatın forması və vacibliyi ilə bağlı suallarım var”, – Nino Lomcariya deyib.

Çox qısa zamanda “Basiani” klubunun ətrafında yüzlərlə iinsan toplaşıb. Onlar Rustaveli prospekti ilə piyada parlamentə doğru yollanıblar. Səhər saat 4-də ölkənin ali qanunvericilik qurumunun binası önündə spontan aksiya keçirilib. Aksiya iştirakçıları və polis arasında bir neçə qarşıdurma yaşanıb və bundan sonra bir neçə etirazçı saxlanılıb. Səhər saat 5-ə yaxınTbilisinin mərkəzi küçələri – Tsereteli və Rustaveli prospektləri polislə dolub. Aksiya iştitakçıları bildiriblər ki, hakimiyyətin narkotiklə bağlı siyasətinin liberallaşması üçün permanent etirazları davam etdirəcəklər.

Bir neçə faciə klublarda xüsusi əməliyyat aparılmasına səbəb olub – naməlum narkotik qəbulundan sonra azı beş nəfər ölüb, ondan çox adam isə ağır formada intoksikasiya ilə xəstəxanalara yerləşdirilib. Bütün faciəvi hadisələr Tbilisinin müxtəlif gecə klubları ilə bağlıdır. Bundan dərhal sonra bir neçə siyasətçi və KİV gecə klublarına qarşı fəal kampaniyaya başlayıb. DİN isə öz növbəsində narko-cinayətlərə qarşı mübarizəni sərtləşdirdiyini bəyan edib.

Gecə klublarında keçirilən xüsusi əməliyyatlara Facebook sosial şəbəkəsinin Gürcüstan seqmentinin istifadəçiləri də reaksiya verib. Bəziləri xüsusi əməliyyata haqq qazandırır:

“Barıqaları türməyə! İstifadəçilərə inzibati cəza!…”

Amma çoxları hesab edir ki, narkotik satışı ilə bu cür mübarizə ölkə nüfuzuna xələl gətirir.

“Gənclər rəqs eləməyə gəlib, burdan da xüsusi təyinatlılar soxulur!”

“Bütün bunları turistlər də görür. Biabırçılıq”.

“Varfolomey gecəsi qurublar! Dəhşət”.

Çoxları xüsusi əməliyyatla bir gün öncə, mayın 11-də “Gürcü arzusu” iqtidar partiyasının qurultayında keçmiş baş nazir Bidzina İvanişvilinin sədr seçilməsi arasında paralel görür. İvanişvilinin sədr seçilməsi onun rəsmən siyasətə qayıtması anlamına gəlir. Paralel görənlərin fikrincə, əməliyyatların əsas məqsədi narko-dilerlərlə mübarizə yox, siyasi cəhətdən aşkar güclənən Tbilisi meri Kaxa Kaladzenin nüfuzdan salınmasıdır. Sonuncu Tbilisinin gecə həyatını və gecə klublarının inkişafını dəstəkləyir.

“Siyasətə qayıdaraq Bidzina elə ilk gündən kimin həm rəhbər, həm çar, həm Tbilisi və bütün Gürcüstanın meri olduğunu göstərdi”.

“Kaladze, hardasan? Sənin gecə iqtisadiyyatın məhv oldu!”

“İndi bir neçə satıcını tutacaqlar. Sonra Kaladze gələcək və narahatlığa görə üzr istəyəcək, bütün cəmiyyət də razılaşacaq ki, hər şey elə bizim yaxşılığımız üçün edilir”.


More on JAMnews