Gürcüstan paytaxtı ən dinamik və sərmayəçilər üçün ən cəzbedici meqapolislər sırasına daxil olub" />

Tbilisi və 2018-ci ildə sərmayə yatırmağa dəyən daha altı şəhər

Gürcüstan paytaxtı ən dinamik və sərmayəçilər üçün ən cəzbedici meqapolislər sırasına daxil olub

 

Daşınmaz əmlak üzrə ixtisaslaşmış Spaces jurnalının rəyincə, Gürcüstan paytaxtı ən dinamik və sərmayəçilər üçün ən cəzbedici müqapolislər sırasına daxil olub.

Bu haqda CNN məlumat verir.

  1. Toronto, Kanada

Sidewalk Labs şirkəti 2018-ci ildə Torontoda mini-şəhər tikmək niyyətindədir. “Ağıllı” rayonun “nəqliyyat sahəsində ən yeni texnologiyaların sınaqdan çıxarılması üçün poliqon” olması planlaşdırılır. Kanadanın baş nazirinin sözlərinə görə, bu layihə gələcəkdə “təmiz, yaşıl və uyğunlaşdırılmış şəhərlərin” inşasına imkan verəcək.

Rayon ərazisində pilotsuz marşrutlar fəaliyyət göstərəcək, velosiped yollarının inkişaf etmiş sistemi isə avtomobillərdən imtina etməyə imkan verəcək.

Torontoda Ontario Kral Muzeyinin bərpası başa çatıb, bu isə o deməkdir ki, muzey yenidən tam gücü ilə işləyəcək.

  1. Maskat, Oman

Maskat Yaxın Şərqdəki bəzi qonşularından fərqli olaraq total müasir inşaat qurbanı olmayıb. Oman paytaxtında təvazökar müasir yaşayış binaları tarixi, daha çox da dini tikililərlə gözəl ahəng təşkil edir.

Maskatda böyük aeroport inşa edilir, bu da gələcəkdə şəhərin nəqliyyat sarıdan daha əlçatan olmasına, eyni zamanda turistlərin sayının artmasına imkan verməlidir.

  1. Dandi, Şotlandiya

Nə zamansa Dandi yetərincə böyük sənaye şəhəri idi, amma iyirminci əsrin ikinci yarısında tənəzzülə uğradı. Bu da yerli hakimiyyəti şəhərin inkişaf planını yenidən gözdən keçirməyə və onu mədəniyyət mərkəzinə çevirməyə vadar edib.

2001-ci ildən Dandidə yeni muzeylər, konsert zalları və kitabxanalar açılıb Şəhər hakimiyyəti “Avropanın mədəniyyət paytaxtı 2023” müsabiqəsində iştirak etmək niyyətində idi, amma “Breksit” üzündən onlara icazə verməyiblər. Müsabiqənin təşkilat komitəsinin bu qərarı Dandi sakinlərini məyus edib.

Dandidə təsviri sənət aşiqlərinin mütləq görməli olduğu bir neçə muzey var.

  1. Paris, Fransa

Emmanuel Makron artıq bir ildir ki, Fransa prezidentidir. O, xırda biznesin və innovasiyalı texnologiyanın inkişafına xüsusi diqqət ayırır.

Bu, Parisə də təsirsiz ötüşmür. Yayda şəhərdə nəhəng kovorkinq açılıb. Keçmiş dəmiryolu deposunun ərazisi özündə mindən çox sratrtap kollektivi üçün təchizatlı iş yerlərini birləşdirir.

Payızda Fransa paytaxtında İv Sen-Loran muzeyi açılıb. Muzey əfsanəvi modelyerin keçmiş atelyesində təşkil olunub.

  1. Tokio, Yaponiya

Cəmi iki il sonra Tokioda Yay Olimpiya Oyunları keçiriləcək. Şəhər indidən yarışlara fəal şəkildə hazırlaşmağa başlayıb: bahalı stadionlar və yaşayış kompleksləri inşa edilir.

Payızda Yaponiya paytaxtında məşhur rəssam Yaoy Kusamanın muzeyi açılıb. Bu muzeyi “Instagram istifadəçisinin xəyalı” adlandırırlar.

  1. Tbilisi, Gürcüstan

Son illərdə Gürcüstan paytaxtı demək olar ki, bütün yaradıcı peşələrin nümayəndələri üçün getdikcə daha çox cəlbedici yerə çevrilib. Musiqiçilər, rəssamlar, kinematoqraflar Tbilisiyə gəlir. Az əvvəl məşhur rejissor Devid Linç şəhərdə olub və yerli hakimiyyətlə Tbilisidə kinoteatr açmaq imkanını müzakirə edib.

Tbilisini ziyarət edən turistlərin ildən ilə artan sayı şəhərin və sakinlərinin nə dərəcədə qonaqpərvər olmasından xəbər verir. Burada həmişə mövcud olan möhtəşəm təbiətdən başqa şəhərin infrastrukturu getdikcə yenilənir.

Tbilisinin yeni meri – keçmiş görkəmli futbolçu Kaxa Kaladze 2018-ci ildə 334 milyon dollarlıq büdcə ilə şəhəri idarə edəcək. Bu pullar ilk növbədə nəqliyyat sisteminin inkişafı və şəhərin abadlaşdırılması üçün nəzərdə tutulub.

  1. San Migel de Alyende, Meksika

Bütün dünyadan olan turistlər San Migel de Alyendeni Yer üzünün ən möhtəşəm yerlərindən biri hesab edir. Şəhər memarlıq abidələri ilə doludur və onlardan çoxu Dünya İrsi siyahısına daxil olan obyektlərdir.

Hər il San Migel de Alyendedə çox sayda festival təşkil olunur. Bu il onsuz da uzun olan bayramlar siyahısına martda keçiriləcək Dünya Xoşbəxtlik Günü də daxil edilib.

Facebook Comments

More on JAMnews