Türkiyə hakimiyyəti Suriyanın şimal-şərq ərazilərində, Türkiyə ilə sərhəddə “təhlükəsiz zona” yaratmaq istəyir. Bu isə kürd dəstələri ilə toqquşmalarla nəticələnə bilər" />

Suriyadakı kürdlər Türkiyəyə niyə mane olur?

Türkiyə hakimiyyəti Suriyanın şimal-şərq ərazilərində, Türkiyə ilə sərhəddə “təhlükəsiz zona” yaratmaq istəyir. Bu isə kürd dəstələri ilə toqquşmalarla nəticələnə bilər

Türkiyə öz sərhədləri boyunca “təhlükəsiz zona” yaratmaq üçün Suriyanın şimal-şərqində təhlükəsiz zona yaradacağını elan edib. Vaşinqton bəyan edib ki, Türkuyə həbçilərinə mane olmayacaq və həmin ərazidən öz qoşunlarını çıxarmağa başlayıb. Yaranmış durumda Türkiyə ilə Suriyanın şimal-şərq ərazilərini nəzarətdə saxlayan kürdləri arasında münaqişənin eskalasiyası təhlükəsi yaranır.  BBC hadisələrin görünməyən tərəflərini izah edir.

 

Əməliyyat Türkiyənin nəyinə lazımdır?

Türkiyənin anons etdiyi əməliyyatın əsas məqasədi Ankaranın terrorçu hesab etdiyi kürd xalq özünümüdafiə dəstələrini öz sərhədlərindən sıxışdırıb uzaqlaşdırmaqdır.

Türkiyə hakimiyyəti Suriyanın şimal-şərq ərazilərində öz sərhədi boyu kürd silahlılarından azad 32 kilometrlik “təhlükəsizlik zonası” yaratmaq istəyir.

Ankara bu “təhlükəsiz zonaya” hazırda Türkiyədə yaşayan 2 milyona yaxın suriyalı qaçqını köçürmək istəyir (ümumilikdə ölkədə 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsi səbəbilə ölkədən qaçan 3,6 milyon qaçqın yaşayır).

Türkiyə nədən ehtiyat edir?

Ankara kürd özünümüdafiə dəstələrini Türkiyədə qadağan edilmiş Kürd Fəhlə Partiyasının (PKK) qanadı hesab edir. PKK 1984-cü ildən Türkiyənin cənub-şərqində kürd mutariyyatı yaratmaq uğrunda mübarizə aparır.

Türkiyə hakimiyyəti Suriya daxilində özünüidarə statuslu ərazinin yaradılmasına nail olmaq istəyən (İraqda geniş muxtariyyata sahib olan Kürdistan kimi) Suriya kürdlərinin Türkiyə kürdlərini Türkiyədə analoji ərazinin yaradılmasınahəvəsləndirəcəyindən ehtiyat edir.

ABŞ-ın rolu və Trampın ünvana səslənən ittihamlar

2018-ci ilin dekabrında ABŞ prezidenti Donald Tramp Suriyada İslam Dövlətinin darmadağın edildiyini və İŞİD-ə qarşı mübarizədə koalisiyaya dəsdək verən 2 min nəfərlik Amerika hərbi qüvvələrinin dərhal Suriyadan çıxarılması haqda göstəriş verdiyini bəyan edib. Kürd özünümüdafiə dəstələri bu koalisiyaya daxil idi.

ABŞ-ın xarici müttəfiqləri və bəzi Respublika Partiyasının yüksəkvəzifəli üzvləri İŞİD-in süqutu haqda deyiləri tələskən bəyanat adlandırıblar və ABŞ-ın müdafiəsi olmadan kürd qüvvələrinin halının necə olacağı ilə bağlı narahatlıq bildiriblər. 

Bir neçə gündən sonra Tramp öz Twitter-ində əgər Türkiyə qüvvələri kürdlərə zərbə endirərsə, “Türkiyə iqtisadiyyatını müflis edəcəyini” vəd edib. “20 millik (32 km – BBC) təhlükəsiz zona yaradın” – Amerika lideri Ankaraya məsləhət görüb.


More on JAMnews