Aksiya Cənubi Osetiyada naməlum şəraitdə həlak olan Gürcüstan vətəndaşına həsr olunub " />

“Sülh müharibədən böyükdür” – Tbilisidə Rusiya işğalına qarşı aksiya keçirilib

Aksiya Cənubi Osetiyada naməlum şəraitdə həlak olan Gürcüstan vətəndaşına həsr olunub

Tbilisi və Gürcüstanın bir neçə başqa şəhərində martın 4-də axşam “Sülh müharibədən böyükdür” – “Peace > war!” adlı aksiya keçirilib.

Tbilisidə, Azadlıq meydanında minlərlə insan toplaşıb, aksiya Cənubi Osetiyada naməlum şəraitdə həlak olmuş Gürcüstan vətəndaşı Arçil Tatunaşvilinin xatirəsinə həsr olunub. Aksiya iştirakçıları həm də Rusiya işğalına qarşı etiraz ediblər.

Arçil Tatunaşvili daha iki Gürcüstan vətəndaşı Cənubi Osetiya güc qurumları tərəfindən fevralın 22-də Axalqoridə saxlanılıb. Fevralın 23-də de-fakto Cənubi Osetiya hakimiyyətinin DTK-da bildiriblər ki, Tatunaşvili istintaq təcridxanasına keçirilərkən müqavimət göstərib, bu səbəbdən də ona qarşı fiziki güc tətbiq olunub. Nəticədə də Cənubi Osetiya DTK-nın versiyasına görə o pilləkəndən düşüb və sonra guya Sxinval xəstəxanasında ürək çatışmazlığından ölüb. Tatunaşvilinin ailə üzvləri bu versiyaya inanmır. Sxinvali hakimiyyəti hələ də mərhumun cəsədinə təhvil verməkdən imtina edir ki, bu da Tbilisi nümayəndələrinin fikrincə, Tatunaşvilinin qətlə yetirilməsinin bir sübutudur.  

Aksiya iştirakçıları Azadlıq meydanına gül gətirib, şamlar yandırıb və “müharibə bitməyib” adlı fleşmob (war is not over!) keçiriblər.

Aksiyada gürcü rejissoru Tako Robakidzenin işğal xəttində insanların həyatı haqqında qısametrajlı sənədli film nümayiş olunub.

Aksiyanın təşkilatçıları sıravi vətəndaşlar olub, tədbir “Facebook” vasitəsi ilə təşkil olunub. Təşkilatçılar siyasətçiləri, vəzifəli şəxsləri və müxtəlif təşkilat nümayəndələrini şəxsi maraqlarını bir kənara qoyub hər hansı bir status olmadan, vətəndaş cəmiyyətinin bir hissəsi kimi aksiyaya qoşulmağa çağırıblar.  


More on JAMnews