İllik inflyasiya 7 faizə qədər yüksəlib" />

Süd, pendir, yumurta, çörək – 2019-cu ildə Gürcüstanda həyat əhəmiyyətli ərzaqlar 14 faiz bahalaşıb

İllik inflyasiya 7 faizə qədər yüksəlib

Son bir ay ərzində Gürcüstanda gündəlik istifadə olunan ərzaqlar: süd, pendir və yumurta 2,7 faiz, çörək və un məhsulları 1,3 faiz bahalaşıb. Tütünün qiyməti 3,4 faiz qalxıb.

Bu göstəriciləri Gürcüstanın Milli Statistika Departamenti açıqlayıb.

•Əhalinin yarısı kommunal xərcləri ödəmir. Gürcüstanda necə yaşayırlar?

UNICEF-in tədqiqatı: Gürcüstanda yoxsulluq və işsizlik səviyyəsi yüksəlib

“Sakstat”ın məlumatına görə, 2019-cu ildə ümumilikdə əhali üçün qiymətlər 7 faiz yüksəlib.

2019-cu ildə inflyasiya səviyyəsi 7 faiz təşkil edib, bu da 2017-ci ildən bəri ən yüksək göstəricidir.

2019-cu ildə ən çox ərzaq və alkoqolsuz içkilər bahalaşıb – 13,9 faiz.

Süd, pendir və yumurtanın qiyməti 15 faizdən çox, ət və ət məhsullarının 13 faiz, tərəvəzlərin 16 faiz yüksəlib. Ən çox bahalaşan isə meyvələrdir – 30 faiz. Çörək və un məhsulları, şəkər və digər şirniyyatlar demək olar 12 faiz bahalaşıb.

İctimai nəqliyyatda gedişhaqqı 3,1 faiz artıb. Alkoqol və tütün 15,4 faiz bahalaşıb.

İtirahət və əəyləncə sahəsində 7 faizlik bahalaşma qeydə alınıb.

Restoran və kafelərdə yemək 8,4 faiz bahalaşıb.

Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına əsasən, 2018-ci ildə əlkə əhalisinin 20,1 faizi tam yoxsulluq həddindən aşağı vəziyyətdə yaşayırdı. Tam yoxsulluq səviyyəsi insanların ən minimum yaşam şərtlərinin olmaması nəzərdə tutulur. Kənd yerlərindəəhallinin 23,1 faizi yoxsulluq içində yaşayır, şəhərlərdə isə əhalinin 18 faizi. 2019-cu ilin göstəriciləri hələlik açıqlanmayıb.

 


More on JAMnews