İstehlak səbətindən az olsa da, əvvəlkindən daha yaxşıdır" />

Sosial müavinətlər iki dəfədən çox artırılır

İstehlak səbətindən az olsa da, əvvəlkindən daha yaxşıdır

Azərbaycanda sosial müavinətlərin bəzi növləri artırılır. O cümlədən də əlillər və uşaqlar üçün olan müavinətlər. Artım 2019-cu il aprelin 1-dən qüvvəyə minəcək.

• Azərbaycanda əlillər müavinətlərin artırılmasını tələb edir

Rəqəmlər

Məsələn,

– Dərəcəsindən asılı olaraq əlillərin müavinəti 150, 130 və 110 manat olacaq. Əvvəl müvafiq olaraq 82, 61 və 52 manat idi;

– 18 yaşına qədər əlil uşaqların müavinəti 150 manat olacaq (əvvəl 82 manat idi);

– Beşdən çox övladı olan qadınların müavinəti hər uşağa görə 55 manat olacaq (33 manat idi);

– Uşaq doğulduğu zaman müavinət 200 manat olacaq (109 manat idi);

– Dərəcəsindən asılı olaraq müharibə əlilləri üçün prezident təqaüdü – 250, 210 və 158 manat olacaq (182, 158 və 121 manat idi).

Bütün bunlar üçün büdcədən 300 milyon manat ayrılıb (təxminən 176 milyon dollar).

Ekspert rəyi

İqtisadçı Toğrul Maşallı hesab edir ki, bu yüksəliş həqiqətən də dəyişikliklərin əhatə etdiyi insanların maddi durumunu yaxşılaşdıracaq. Amma digər tərəfdən Azərbaycanda minimum istehlak səbətinin həcmi rəsmən 106 dollar təşkil edir (əlilliyə görə maksimum müavinətdən daha çox).

“Hərçənd, mənə elə gəlir ki, əlillərdən az qismi bu müavinət hesabına dolanır”, – Maşallı deyir. – “Bundan başqa, bu və az əvvəl qəbul olunan digər sosial tədbirlər dövlət büdcəsində növbəti dəyişikliklərə gətirib çıxara, aydın və planlı hədəf olmadığı təqdirdə inflyasiya səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Bunlardan görünən odur ki, kəskin qiymət artımına yol verməmək üçün onları gömrük rüsumları, ucuz kreditlər və digər alətlərin köməyilə tənzimləmək lazımdır”.

Sosial şəbəkələr

Sosial şəbəkə istifadəçiləri də bu yeniliyi o qədər də sevinclə qarşılamayıblar:

“İşləyə bilməyən əlil 88 dollarla necə yaşaya bilər?!”;

“Ay, necə də çox! Siz neyləyirsiz, büdcə bu cür ziyana tab gətirməz!”

Dəyişikliyin əhatə edəcəyi insanlar isə artıma sevinir və bildirirlər ki, “yenə də əvvəlkindən daha yaxşıdır”.


More on JAMnews