Əlillərin hüquqlarının müdafiəsinə həsr olunmuş aksiyanın iştirakçılarına belə cavab verilib " />

Azərbaycanda əlillərin müavinətlərinin artırılması üçün vəsait yoxdur – VİDEO

Əlillərin hüquqlarının müdafiəsinə həsr olunmuş aksiyanın iştirakçılarına belə cavab verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısında əlillərin hüquqlarının müdafiəsi ilə bağlı aksiya keçirilib. Aksiya iştirakçılarını buraya əlillərə ödənən müavinətin həcminin azlığı, sosial dəstəyin olmaması və digər problemlər gətirib.

“Mənim övladım DSP-dən əziyyət çəkir, ona verilən müavinət isə ayda 82 manatdır (48 dollar). Bu pulun yarısı bezə gedir. Bəs nə yesin? Digər xərcləri hardan ödəyək?” – aksiya iştirakçılarından biri, Şəhla Cəfərova gileylənir.

Digər iştirakçıların şikayətləri də oxşardır – heç nəyə yetməyən çox cüzi müavinət və əlillərin qeydinə qalmağa mükəlləf olan qurumların biganəliyi.

Nazir Sahil Babayev etirazçıları qəbul edib, şikayətlərini dinləyib və bildirib ki, hazırda pensiya və müavinətləri qaldırmaq üçün nazirliyin vəsaiti yoxdur. Amma Babayev söz verib ki, bu və ya növbəti il tədbir görməyə çalışacaqlar.

“Biz onların özlərindən eşitmək istəyirdik ki, bizim üçün pul yoxdur. Və bunu eşitdik. Dedilər ki, maliyyə dəstəyi yoxdur. Allah canlarını sağ eləsin. İndi biz Nazirlər Kabinetinə müraciəti müzakirə edirik”, – Qarabağ müharibəsi əlili Əhməd Rəhmanov nazirlə görüşün yekunları haqda danışıb.


More on JAMnews