Hakimiyyət mitinqçiləri şəhər kənarına göndərmək istəyib, amma müxalifətçilər razılaşmayıb " />

Saxtakarlığa cavab: Azərbaycanda razılaşdırılmamış mitinqə hazırlaşırlar

Hakimiyyət mitinqçiləri şəhər kənarına göndərmək istəyib, amma müxalifətçilər razılaşmayıb

Müxalif Respublikaçı Alternativ və Müsavat partiyaları Bakıda parlament seçkilərinin saxtalaşdırılmasına qarşı razılaşdırılmamış mitinq keçirməyə hazırlaşırlar. Şəhər hakimiyyəti mitinqi Lökbatanda keçirməyə icazə verib, amma müxalifət bu təklifdən imtina edib və şəhər mərkəzində toplaşmaq qərarı verib.

Mitinq fevralın 16-a təyin edilib. 

Çoxdan vəd edilən mitinq

Azərbaycanda  növbədənkənar parlament seçkiləri fevralın 9-da baş tutub. Seçkilərdə “Yeni Azərbaycan” iqtidar partiyası növbəti dəfə qələbə qazanıb.

Müxalif və müstəqil namizədlərin əksəriyyəti seçkilərin nəticələrini saxtalaşdırılmış və qeyri-demokratik hesab edib. Seçkiləri izləyən beynəlxalq təşkilatlar da bununla razılaşır. Amma Azərbaycan hakimiyyəti seçkilərin ədalətli keçdiyini bildirir.

Fevralın 11-də müstəqil namizədlərdən ibarət bir qrup Mərkəzi Seçki Komissiyasının binası qarşısında etiraz aksiyası keçirib, amma polis aksiyanı sərt şəkildə dağıdıb.

Hələ seçkilərdən əvvəl Respublikaçı Alternativ (ReAl) Partiyasının lideri saxtalaşdırma baş verərsə, mitinq təşkil edəcəkləri haqda bildirmişdi. Bununla belə “ReAl” üzvü Erkin Qədirli parlamentə keçə bilib və seçkilərdə qələbə qazanan yeganə müxalif namizəd olub.

Bakıda polis seçki saxtakarlığına qarşı etiraz aksiyasını dağıdıb. Video

Parlamentə keçən yeganə azərbaycanlı müxalifətçi tənqid hədəfinə çevrilib

Azərbaycanda ailə hakimiyyətinə alternativ haqda – İlqar Məmmədovla müsahibə 

 

Müxalifətin bir hissəsi kənarda qalır

Azərbaycanda müxalifət əsasən üç böyük və tanınmış partiyadan ibarətdir: Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), “Müsavat” Partiyası və nisbətən “gənc” qeydiyyatdan keçməmiş Respublikaçı Alternativ (ReAl) Partiyası.

Böyük müxalif birlik də var – Demokratik Qüvvələrin Milli Şurası. Bura bir neçə xırda partiya ilə yanaşı AXCP daxildir.

Demokratik Qüvvələrin Milli Şurası ən başdan seçkilərin ədalətsiz keçəcəyinə əmin olduğu üçün seçkidə iştirakdan imtina edib. Onların 16 fevral mitinqində iştirak edib-etməyəcəkləri hələlik bəlli deyil, amma onlar belə bir niyyətdə olduqlarını ifadə etməyiblər.

Ən azsaylı müxalif birlik parlament seçkilərindən öncə yaradılan “Hərəkət” blokudur ki, bura da müxtəlif əqidələrə sahib əsasən gənclərdən ibarət müstəqil namizədlər daxildir. “Hərəkət” üzvləri bildirirlər ki, böyük ehtimalla “ReAl” və “Müsavat”ın etiraz aksiyasına qoşulmayacaqlar.

Gözlənilən mitinqin miqyası necə olacaq?

Azərbaycanda sonuncu böyük mitinq 2019-cu ilin əvvəlində, həbsdə aclıq elan eləmiş bloger Mehman Hüseynovun azadlığa buraxılması tələdi ilə müxalif partiyalar qüvvələrini birləşdirdikləri zaman keçirilib. Məhsul stadionunda hakimiyyətin razılığı ilə keçirilən aksiyaya 10 min nəfərə yaxın insan toplaşıb.

“ReAl” partiyasında 3 min üzv qeydiyyatdan keçib, amma “ReAl”çıların özlərinin bildirdiklərinə görə, tərəfdarlarının sayı dəfələrlə çoxdur. “Müsavat” partiyası ətrafında isə on minlərlə insan birləşib.

 


More on JAMnews