Politoloq Suren Sarkisyan: qəbul olunmuş sənəd sadəcə hüquqi qüvvəsi olmayan bəyanatdır " />

Şərh: “Osmanlı imperiyasında erməni soyqırımı üzrə ABŞ Senatının qətnaməsi qanun deyil”

Politoloq Suren Sarkisyan: qəbul olunmuş sənəd sadəcə hüquqi qüvvəsi olmayan bəyanatdır

Osmanlı imperiyaslnda erməni soyqırımı, ABŞ Senatı, Robert Menendes

Dekabrın 12-də ABŞ Senatı Birinci Dünya Müharibəsi illərində Osmanlı imperiyasında ermənilərin kütləvi qırğınını soyqırım kimi tanıyan qətnaməni yekdilliklə qəbul edib.

Amerika mediasında qeyd olunur ki, qətnamə yekdilliklə qəbul olunsa da, bu, yalnız dördüncü cəhddən sonra baş verib. Bir neçə həftə ərzində demokrat Robert Menendes sənədi səsverməyə təqdim etsə də, respublikası senatorlar onu bloklayıb. Amerikalı ekspertlər bu sənədin qəbul edilməsinin Amerika-Türkiyə münasibətlərinə ciddi zərbə olacağından narahatdır.

Ankaranın kəskin reaksiyası gözlənilən idi və özünü çox gözlətmədi. Qətnamənin qəbul edilməsi haqda xəbər yayılandan cəmi iki saat sonra Türkiyə XİN-i bəyanatla çıxış edib. Bəyanatda qəbul olunmuş qətnaməni “hüquqi əsası olmayan və Türkiyə-Amerika münasibətlərinin inkişafına yönələn səyləri zədələməyə yönəlmiş” sənəd kimi xarakterizə edilib.

ABŞ Senatının Osmanlı imperiyasında erməni soyqırımı haqda qəbul etdiyi qətnamənin bütün təfərrüatları

Ermənistanlı politoloq Suren Sakisyan da ABŞ Senatının qəbul etdiyi qətnamənin qanun olmadığını bildirib.

Ekspert Facebook səhifəsində Amerika Konqresində onun nəzərincə nə baş verdiyini vəbütün bunların anlamını şərh edib:

“Bu, sadəcə bəyanatdır, hüquqi qüvvəsi yoxdur və prezident Trampın imzasına göndərilməyəcək.

ABŞ Konqresinin hər iki palatası erməni soyqırımının tanınması haqda qətnamə qəbul edib.

Prezident və dövlət məmurları “soyqırım” sözündən istifadə etmək məcburiyyətində deyil”.

Politoloq bu haqda ona görə yazır ki, hər il aprelin 24-də Ermənistanda soyqırım qurbanlarının anım günü qeyd olunanda insanlar ABŞ prezidentinin öz ənənəvi çıxışında Osmanlı imperiyasında ötən əsrin əvvəllərində baş verən hadisələri soyqırım adlandırmasını gözləyir. Hələlik prezidentlərdən heç biri bu sözdən istifadə etməyib.

Sarkisyan qətnamənin niyə məhz indi qəbul olunmuğunu maddələr üzrə qısaca izah edir:

• “Bu gün Vaşinqtonda Türkiyəyə qarşı əhval çox qabarıqdır.

• Türkiyəni müdafiə etmək səmərəsiz işdir.

• Veto qoyan senatorlara ictimaiyyət tərəfindən ciddi təzyiq göstərilib və bu təzyiq Ağ Evin ricalarından daha güclü olub. Buna görə də onlar artıq vetonu dəstəkləməyib.

• Qələbə sırf bizim diasporamızın nailiyyətidir...

• Türkiyə-Amerika münasibətləri hələ heç vaxt belə pis olmamışdı”.

Yazısının sonunda politoloq qeyd edib ki, “Trampla işləməyin zamanı yetişib”. Böyük ehtimalla o, ABŞ-dakı erməni lobbisinin və Ermənistan hakimiyyətinin işi nəzərdə tutur.


More on JAMnews