Rusiyada media və sosial şəbəkələrdə yeni mədəniyyət naziri Olqa Lubimovanın ekstravaqant bəyanatları və əməlləri ətrafında bum yaşanır" />

Rusiyanın yeni mədəniyyət naziri: söyüşə sevgi, mədəniyyətə nifrət

Rusiyada media və sosial şəbəkələrdə yeni mədəniyyət naziri Olqa Lubimovanın ekstravaqant bəyanatları və əməlləri ətrafında bum yaşanır

Rusiya Federasiyasının yeni mədəniyyət naziri Olqa Lubimova təyin edilib və o, Rusiyada çox da tanınan fiqur olmadığı üçün jurnalistlər və müxalifət onun kim olduğu ətrafında onlayn araşdırmaya başlayıblar. 

Çoxlu maraqlı məlumatlar aşkarlanıb. Rusiyanın “Mediazona” nəşri onun sosial şəbəkələrdə paylaşdığı şəkillərdən birini dərc edib.Новый министр культуры России Ольга Любимова

Hələ o vaxt nazir olmayan, amma bu nazirlikdə kino departamentinə rəhbərlik edən Olqa Lubimovanın köynəyinin yaxasında bunlar yazılıb:

“Siz kimsiz? Mən sizi tanmıram. Gedin s…in”

Həmçinin mediada və sosial şəbəkələrdə onun internetdə yazdığı şərhlərdə sitatlar paylaşıblar. Məsələn, gələcək nazir 16 yaşı olduğu zaman tutduğu gündəlikdə “turşudan aldığı həzzi” və “Müqəddəs üçlü məbədindəki möcüzəvi atmosferi” təsvir etdiyi haqda danışıb. 

Lubimova həmçinin “qarşı cinsin diqqətini cəlb etmək üçün 20 vasitə” kimi postlar da paylaşıb.

Amma Rusiyanın yeni mədəniyyət nazirinin baxışları haqda ən yaxşı təsəvvürü “Jivoy Jurnal”da yazdığı postları yaradır.

Lubimova orada yazıb ki, o, “mədəni insan deyil” və “zəhləsi gedən”  şeylərin siyahısını tərtib edib. Siyahıda muzeylər, opera, balet, klassik musiqi, teatrlar, arthouse kino və bir çox şeylər sadalanıb.

Sosial şəbəkələrdəki digər paylaşımlarında Lubimova yazıb ki, vətəndaş cəmiyyətinin nə olduğunu anlamır, həmçinin Moskvada gedən izdihamlı etiraz aksiyalarını belə şərh edib:

“Mənim uşaqlığımda mitinqlərə əyyaşlar və tüfeylilər gedirdi – orada araq paylayırdılar”.

Putin həmişəlik hakimiyyətdə qalmaq üçün dövlət çevrilişi edib – niyə ekspert rəylərində bu nəticə liderlik edir?

 Rəy: Necə olub ki, Rusiyada vətəndaş cəmiyyəti yerinə dövlət cəmiyyəti çiçəklənir?

İndi bütün bu postlar bloqdan silinib, amma onlar hələ də veb-arxivdə mövcuddur. Paylaşımlar Twitter istifdəçilərinin və müxalif siyasətçi Aleksey Navalnının diqqətini çəkəndən sonra yoxa çıxıb.

Lubimova mədəniyyət naziri vəzifəsinə yanvarın 21-də, baş nazir Mixail Mişustin yeni hökumətin tərkibini açıqlayandan sonra təyin edilib.


More on JAMnews