Rusiya XİN rəhbərinin müavini Karasin Gürcüstanı təhdid edir: “Biz sizinlə Ukrayna probleminin nədən başladığını xatırlayırıq”" />

Rusiyalı diplomat Tbilisiyə seçim etməyi məsləhət görür – ya Qafqazda stabillik, ya da NATO

Rusiya XİN rəhbərinin müavini Karasin Gürcüstanı təhdid edir: “Biz sizinlə Ukrayna probleminin nədən başladığını xatırlayırıq”

 

Photo: RFE/RL

Fevralın 27-də Praqada Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze və Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin növbəti görüşü baş tutub.

Üç saat sürən görüşdən əvvəl və sonra səslənən bəyanatlar hədsiz qalmaqallı olub. Karasin Tbilisiyə xəbərdarlıq edib ki, NATO-nun Qafqazda möhkəmlənməsinin ardınca “naxoş gözlənilməzliklər” gələ bilər. Rusiyalı diplomat Ukrayna ilə paralel aparıb.

Karasinin bəyanatı Gürcüstanda böyük rezonans doğurub. Onun sözləri birbaşa təhdid kimi dəyərləndirilib.

______

 Birinci təhdid: “Naxoş gözlənilməzliklər”

Zurab Abaşidze ilə görüşə qədər Qriqori Karasin Azadlıq Radiosuna bildirib ki, gürcüstanlı həmkarlarına “naxoş gözlənilməzliklərlə” bağlı xəbərdarlıq etmək istəyir:

JAMnews-un arayışı: Abaşidze-Karasin formatı nə deməkdir? (baxmaq üçün linki tıklayın)

+

Gürcüstanda 2012-ci ildə “Gürcü arzusu” hakimiyyətə gələndən sonra Rusiya ilə bir neçə il bundan qabaq kəsilən birbaşa dialoq bərpa olunub. Gürcüstanın keçmiş hökumət başçısı Bidzina İvanişvili Rusiya ilə əlaqələr üzrə baş nazirin xüsusi nümayəndəsi vəzifəsini təsis edərək, onu peşəkar diplomat, bir vaxtlar RF-də Gürcüstanın diplomatik missiyasına başçılıq edən Zurab Abaşidzeyə tapşırıb. Yeni birbaşa danışıqlar formatı da onda yaradılıb.

Bu format çərçivəsində Zurab Abaşidze ilə Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin mütəmadi olaraq görüşürlər. Onlar iqtisadi, humanitar və mədəniyyət məsələlərini müzakirə edirlər. Məhz “Karasin-Abaşidze” formatı çərçivəsində əldə olunan razılaşma əsasında 2013-cü ildə gürcü mallarının (meyvə, tərəvəz, çaxır, mineral su) Rusiyaya ixracı bərpa edilib.

Mütəmadi aviareyslər bərpa olunub. Rusiya ilə birbaşa dialoq Gürcüstan tərəfindən 2008-ci il avqust müharibəsindən sonra kəsilib, çünki ölkənin o vaxtkı rəhbərliyi hesab edirdi ki, təcavüzkar olan Rusiya ilə ancaq beynəlxalq müşahidəçilərin iştirakı ilə danışıqlar aparmaq mümkündür. 2008-ci il müharibəsindən sonra Rusiya ilə Gürcüstanın əlaqə qurduğu yeganə format beynəlxalq müşahidəçilərin vasitəçiliyi ilə keçirilən Cenevrə danışıqları idi.

“Münasibətləri bütün sahələrdə inkişaf etdirməyə çalışmaq və gürcüstanlı tərəfdaşlarımızı naxoş gözlənilməzliklərdən çəkindirmək lazımdır”, – Karasin Azadlıq Radiosuna deyib.

İkinci təhdid: Tbilisi seçim etməlidir – ya regionda stabillik, ya da NATO

“Tbilisi seçim etməlidir: ya Cənubi Qafqazda regional əlverişli atmosferin yaradılmasını seçirlər, ya da Avroatlantik gündəliyi. Bunları eyni zamanda eləmək çətindir və ən ciddi nəticələrlə sonuclana bilər”, – Karasin Rusiyanın “Kommersant” nəşrinə bildirib.

Onun sözlərinə görə, son zamanlar gürcü siyasətçilərin – prezident Salome Zurabişvilədən tutmuş, baş nazir Mamuka Baxtadze və XİN rəhbəri David Zalkalianiyə qədər kəskin bəyanatları çoxalıb.

“Onlar NATO-da sürətlənmiş hərəkət haqda, Rusiyanın bütün demokratik Avropaya sözdə təhdidi haqda və sairə danışırlar. Təbii ki, bu bizə xoş deyil. Bu, Rusiya və Gürcüstan münasibətlərində qarşılıqlı cəlbedicilik atmosferi yaratmır”,  – o deyib.

Üçüncü təhdid: Ukrayna hadisələrinin nədən başladığını xatırlayırıq

“Kommersant”la söhbətində Karasin Tbilisiyə və gürcüstanlı siyasətçilərə xatırladıb ki, Ukraynanın problemləri bu ölkənin siyasətçilərinin ritorikasında NATO mövzusu fəallaşandan sonra yaranb:

“Aydındır ki, əgər Cənubi Qafqazda NATO-nun hərbi fəallığı artacaqsa, gec, ya tez bu, problemlərə gətirib çıxaracaq. Biz sizinlə Ukraynanın problemlərinin nədən başladığını xatırlayırıq. Bu, məsələnin tam eyni qoyuluşudur”, – rusiyalı diplomat deyir.


More on JAMnews