Bu, Moskvanın Ukrayna kilsəsinin müstəqilliyinə cavabıdır " />

Rusiya pravoslav kilsəsi Konstantinopolla bütün əlaqələri kəsir

Bu, Moskvanın Ukrayna kilsəsinin müstəqilliyinə cavabıdır

Moskva patrizrxı Kirill. REUTERS /Vasili Fedosenko

Rusiya pravoslav kilsəsinin sinodu Konstantinopol patriarxiyası ilə bütün əlaqələrin kəsilməsi haqqında qərar qəbul edib. Bu barədə rəsmi bəyanatı Sinodun Minskdə keçirilmiş iclasəndan sonra Moskva patriarxatının mitropoliti İlarion səsləndirib.

Rusiya kilsəsi Konstantinopolun Ukrayna pravoslav kilsəsinə avtokefaliyanın (müstəqilliyin) təqdim olunması qərarına bu cür reaksiya verib.

Həmçinin saytda oxuyun: Gürcüstan patriarxatı indiyə kimi hansı tədbir görüləcəyini qərarlaşdırmayıb – Ukrayna kilsəsinin avtokefakiyası tanınacaq, ya yox. Əsas arqumentlər və kilsə mübahisəsinin tarixi

Oktyabrın 11-də Konstantinopol patriarxiyası tanınmamış Ukrayna pravoslav kilsəsinin Kiyev patriarxiyasının başçısı Filareti tam hüquqlu patriarx kimi tanıyıb. Eyni zamanda, Konstantinopol Rusiya kilsəsinin yurisdiksiyasının Ukrayna ərazisinə şamil edilməsi barədə 17-ci əsrə aid sənədi ləğv edib.

Patriarx Kirillin mətbuat katibi Aleksandr Volkov bildirib ki, Konstantinopol bu qərarı ilə “qırmızı xətti keçib”.

Volkovun sözlərinə görə, sinodun dünənki qərarı ilə Rusiya kilsəsi Konstantinopola “adekvat və sərt cavab” verib.


More on JAMnews