Jurnalistlər Baltika ölkələrində nəşrlərin Rusiya holdinqi tərəfindən maliyyələşdirilməsi sxemini açıblar " />

Rusiya haqqında ancaq yaxşı fikirlər. Rusiyayönlü media xaricdə necə maliyyələşir və idarə olunur

Jurnalistlər Baltika ölkələrində nəşrlərin Rusiya holdinqi tərəfindən maliyyələşdirilməsi sxemini açıblar

Məqalənin orujinalı “Euroradio”nun saytında  

Amerikanın iri “BuzzFeed News saytı Estoniyanın “Postimees” və Latviyanın “Re:Baltica” saytları ilə birlikdə Rusiyanın “Rusiya bu gün” media holdinqi tərəfindən Baltika ölkələrində guya müstəqil nəşrlərin gizli şəkildə maliyyələşdirməsi sxemini açıb. Onlara müəyyən mövzuların işıqlandırılması ilə bağlı gödtərişlər və mütləq dərc olunmalı olan hazır kontent göndərilirdi.

Maliyyə üçüncü ölkələrdən gəlirdi

Baltika ölkələrində Rusiyayönlü saytların maliyyələşdirilməsi üçün ayrı-ayrı firmalar yaradılırdı. Pul üçüncü ölkələrdən gəlirdi. Saytlarla Kreml arasında əlaqəni sübut etmək sənədlər və yazışmalar sayəsində mümkün olub, onlara çıxışı jurnalistlər Estoniyada informasiyanın yayılması azadlığı haqqında qanuna müvafiq olaraq alıb. Sənədlər vergiləri ödəməməkdə ittiham olunan, Estoniyada Moskvadan gələn tapşırıqların əsas icraatçısı Aleksandr Kornilova qarşı açılan cinayət işinin əsasını təşkil edib.

Sxem çox sadədir: pullar həm Rusiya, həm də Baltika ölkələrindən kənarda qeydiyyatdan keçən şirkətlər vasitəsilə daxil olurdu. Hansı mövzuların mütləq işıqlandırılmalı olması ilə bağlı göstərişlər Skype vasitəsilə verilib. Redaksiyalar sifarişçilərə mütəmadi olaraq dərc olunan materialların siyahılarını göndərməklə görülən işlər barədə hesabat verməli idi. Bundan başqa, nəşrlər göstəriciləri yaxşılaşdırmaq üçün Rusiyanın “trol fabrikləri”ndə trafik və şərhlər alırdı.

Bütün saytların bir adı olub – Baltnews

Onların ancaq domen zonaları fərqlənib. Saytlarin dizaynları da bir-birinə oxşayır. Onlar bir gündə yaranıb və demək olar ki, eyni vaxtda demək olar ki, eyni məqalələr dərc edib. Bununla belə, Baltika ölkələrinin rusdilli əhalisi bu saytları müstəqil nəşr kimi qəbul edib.

Screenshot: postimees.ee

Saytlardan tələb olunurdu ki, hər ay maksimum yüz sözdən ibarət azı yetmiş, ən çox da beş yüz xəbər yaysın. Bundan başqa, hər ay ondan əlliyə qədər analitik məqalə, esse və publisistik yazı dərc olunmalıydı. Hər belə yazı üçün azı iki ekspertdən şərh almaq lazımıydı.  

Aylıq maliyyələşmə və gündəlik tapşırıqlar

Jurnalistlərin əldə etdiyi Skype yazışması ancaq Estoniyadakı “Baltnews”un işindən bəhs edir. Məlumdur ki, o, Niderlandda qeydiyyatdan keçən “Media Capital Holding BV” şirkəti vasitəsilə maliyyələşdirilib. Araşdırmaçılar belə bir nəticə çıxarır ki, Latviya və Litvada nəşrlər eyni sxemlə işləyib.

Qrafika: Lote Larmane. rebaltica.lv

Skype-dakı danışıqlardan məlum olur ki, Kornilov Moskvadan aylıq maliyyələşmə və gündəlik tapşırıqlar alıb. Əvəzində o, ay ərzində çıxan məqalələr haqqında tam hesabat göndərməliydi. Bu zaman o, hesabatlarda sayta giriş rəqəmləri ilə manipulyasiyalar edib.

Kornilov və köməkçisi, dostu Aleksandr Dorofeyev “Baltnews” saytına girənlərin sayının daha çox olması görüntüsünü yaratmaq üçün  “click”lər alıb. Auditoriyanı artırmaq üçün “Saytların populyarlaşdırılması” şirkəti ilə müqavilə bağlanıb.

Yazışmadan aydın olur ki, bir milyon baxışın qiyməti 10 min 990 Rusiya rublu idi [təxminən 160 dollar]. Bir neçə ay ərzində sayt sahibləri bie neçə belə sifariş verib. Bundan başqa, onlar şərhlər alırdı – bir dənəsinə görə 9 rubl (13 sent).

25 may 2016-cı il yazışmasında müxtəlif medialar üçün “Rusiya bu gün”ün nümayəndəsi Aleksandr Svyazin tərəfindən düşünülən on bir mövzudan siyahı var. Baltika nəşrlərindən başqa, orada “Sputnik” regional saytlarının adı çəkilir.

“Baltnews” və ona oxşar portalların məqsədi Rusiyanın xeyrinə olan kontenti yaratmaq və yerləşdirmık idi ki, sonra da onlar internetdə yayılsın. Araşdırma lokal xarakter daşısa da, biz Kreml üçün təsir agentlərinin olması vacib olan digər ölkələrdə Rusiyayönlü medianın maliyyələşdirilməsinin necə işlədiyini görə bilərik. Maliyyə axınlarının dolaşdırılması, aydın olmayan idarəçilik, sayta girişin süni şəkildə artırılması. Və tək Rusiya təşviqatı deyil, müxtəlif mövzularla bağlı məlumat.


More on JAMnews