Ermənistan prezidenti bildirib ki, Türkiyə Ermənistanın ratifikasiya etməyə hazır olduğu iki ölkə arasında diplomatik münasibətlərin qurulması və inkişafı haqda protokolları girov saxlayır " />

Rəsmi Yerevan müsbət irəliləyişlər olmazsa Ermənistan-Türkiyə protokollarını ləğv edəcək

Ermənistan prezidenti bildirib ki, Türkiyə Ermənistanın ratifikasiya etməyə hazır olduğu iki ölkə arasında diplomatik münasibətlərin qurulması və inkişafı haqda protokolları girov saxlayır

2018-ci ilin yazında Ermənistan-Türkiyə protokolları ləğv olunacaq. Bu haqda Ermənistan prezidenti Serj Sarqsyan BMT-nin 72-ci Baş Assambleyasında bildirib. O, qeyd edib ki, Sürix protokolları Ermənistanın başlatdığı proses sayəsində tərtib olunub, amma indiyə qədər bu sənədlər ratifikasiya edilməyib, çünki Türkiyə hökuməti ön şərtlər irəli sürüb.

Ermənistan-Türkiyə protokolları Sürix protokolları adı altında tanınır. “Ermənistan Respublikası və Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulması haqda” və “Ermənistan Respublikası və Türkiyə Respiblikası arasında münasibətlərin inkişafı haqda” protokollar 2009-cu il oktyabrın 10-da Sürixdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və onun türkiyəli həmkarı Əhməd Davudoğlu tərəfindən imzalanıb.

1991-ci ildə Türkiyə Ermənistanın müstəqilliyini de-fakto tanıdı, amma indiyə qədər bu ölkə ilə diplomatik münasibətlər qurmaqdan imtina edir. 1993-cü ildən Türkiyə birtərəfli şəkildə Ermənistanla hava və quru sərhədini bağladı, amma dünya ictimaiyyətinin səyləri ilə 1995-ci ildə hava sərhədi açıldı. Sürix protokollarında Ermənistan-Türkiyə sərhədinin açılmasını da nəzərdə tutur. İmzalanandan sonra sənədlər ratifikasiya olunmaq üçün Ermənistan və Türkiyə parlamentlərinə göndərilib.

2009-cu ilin dekabrında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, Qarabağ münaqişəsi həll olunmayana qədər Ankara bu protokolu ratifikasiya etməyəcək. Bununla da sənədin Türkiyə parlamentində ratifikasiyası prosesi donduruldu. Cavabında Ermənistan tərəfi bildirdi ki, protokollar ön şərtsiz ratifikasiya olunmalıdır və 2010-cu il aprelin 22-də protokolların ratifikasiyası prosesini dayandırmaq qərarı alındı. Beş ildən sonra fevralın 16-da Ermənistan prezidenti Ermənistan-Türkiyə protokolunu Milli Məclisdən geri çağırdı.

Bununla bağlı olaraq Serj Sarqsyan Ermənistan parlamentinin spikerinə məktubla müraciət etdi. Bu məktubda deyilirdi: “Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması prosesinə ön şərtsiz başladarkən, biz hadisələrin gələcək axarını təyin edəcək bütün mümkün yolları nəzərə almışdıq. Biz protokolların ratifikasiyası yolu ilə münasibətlərin ümumilikdə nizamlanmasına hazır olduğumuz kimi, müvəffəqiyyətsizliyə də hazır idik, çünki bizim gizlədəcək heç nəyimiz yoxdur, dünya ictimaiyyətinə isə Avropa ilə sonuncu bloklanmış sərhədin kimin günahı ucbatından açılmadığı və açılmaq imkanının əldən verildiyi məlum oldu”.

İndi BMT-nin 72-ci Baş Assambleyasında çıxış edərkən Serj Sarqsyan deyib:

“İndi əlavə izahatlar vermək zamanıdır. Türkiyə rəhbərliyi bu sənədləri daima girov saxlaya və onlara uyğun zamanda ratifikasiya edə biləcəyini düşünürsə, yanılır. Protokollar üzrə danışıqlar mövcud problemlərin həlli üçün hazırkı şəraitdə aparılırdı. Bu sənədlərin həyata keçirilməsi istiqamətində uzun müddət heç bir müsbət irəliləyişin olmaması vəziyyətində Ermənistan hər iki protokolu ləğğv edəcək. Biz 2018-ci ilin yazına təcrübənin göstərdiyi kimi çox təəssüf ki, baş tutmamış bu protokollar olmadan daxil olacağıq”.

Ermənistan prezidenti vurğulayıb ki, bununla belə Ermənistan yenə də istənilən iki qonşu dövlətin onlar arasında mövcud olan bütün ziddiyyətləri müzakirə və həll etmək üçün mütəmadi əlaqə qurmalı olduğuna əmindir.


More on JAMnews