Qrup təslim olub
İyulun 17-də silahlı şəxslərdən ibarət qrup Polisin post-patrul xidməti alayı ərazisini zəbt edərək, bundan təxminən bir ay əvvəl həbs olunan müxalifətçi Jirayr Sefilyanın azad olunmasını tələb etdi. “Təsis parlamentinin lideri olan Jirayr Sefilyan silah və hərbi sursatların qanunsuz alınması, daşınması və saxlanması ittihamı ilə həbs edilib.
İyulun 17-də qiyamçılar onun gətirilməsini tələb edirdilər və ancaq onun əmrlərinə tabe olacaqlarını bildirdilər. Bundan əlavə, qrup üzvləri Ermənistan prezidenti Serj Sarqsyanın istefa verməsini tələb edirdilər. Qrup üzvləri və onların tələblərinə dəstək hələ konkret liderləri olmayan etiraz hərəkatına çevrildi.
31.07.2016 21.20
20:00 radələrində “Sasna tsrer qrupunun üzvü Varujan Avetisyan 1in.am şəbəkə kanalının redaksiyasına zəng edərək, qrupun hərbi əsir kimi təslim olmaq qərarını verdiyini bildirdi. Avetisyanın sözlərinə görə, son günlər polis bir neçə döyüşçünü yaralayıb, bir çoxları ayaqlarından güllə yarası alıblar, bu gün üzvlərdən biri snayper gülləsindən sinəsindən yara alıb. Hazırda PPX alayı ərazisində onlar təxminən 20 nəfərdirlər. O həm də ötən gecədən müəyyən səbəblər üzündən danışıqlara başladıqlarını dedi.
Avetisyanın sözlərinə görə, sonda onlar iki variantdan birini seçməlidirlər: ya polislə döyüşə başlayıb, rejimə az aidiyyəti olan insanların qanını tökmək, ya da qan axıdılmasına yol vermədən, “hərbi əsir statusunu götürmək. Çətin olsa da onlar bu qərarı qəbul etdilər.
Avetisyan bir daha bildirdi ki, onlar öz missiyalarını yerinə yetirdiklərini hesab edirlər – xalq etirazı başlayıb.
Birinci kanalın efirində artıq rəsmi məlumat səsləndirildi: qrup təslim olub.
2016-cı il 30 iyul 14:00-dan 31 iyul 14.00-a qədər hadisələrin xronikası
Bu zaman kəsiyi bəyanatlar sarıdan bol idi. Son bəyanat iyulun 31-də səhər etiraz aksiyasını idarə edən Antiböhran Təşəbbüs Şurasının üzvü Albert Baqdasaryan tərəfindən səsləndirilib. O, özünün “Facebook səhifəsində yazdı: şura öz fəaliyyətini dayandırır, çünki onun əksər üzvləri tutulub, həbs edilib, ya da başqa səbəblər üzündən hərəkatı idarə edə bilmir.
Baqdasryan təkbaşına Şura adından hərəkət etməyi mənasız və səmərəsiz sayır. O, bu məsuliyyəti xalqın etimadını qazanan insanların üzərinə qoyur, parlament deputatlarını “Sasna tsrer qrupunun başladığı hərəkata başçılıq etməyə, onları tək qoymamağa çağırır.
Bundan əvvəl, iyulun 30-da Antiböhran Təşəbbüs Şurasının bəyanatı dərc olundu. Bəyanatın məzmunu ondan ibarət idi ki, polis iyulun 29-da nümayişçilərə, jurnalistlərə qarşı zor tətbiq etdi, şuranın üzvlərini saxlamaqla və həbs etməklə onun fəaliyyətini iflic halına saldı. Bəyanatda həm də biganə olmayan vətəndaşlara təşkilatlanmaq və mübarizəni, itaətsizlik aksiyalarını davam etdirmək çağırışı səsləndirildi.
Eyni zamanda Milli Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq etdi ki, bütün zəbt edilən alay ətrafındakı qapalı zonaya daxil olmaq cəhdləri terror aktında iştirak kimi qiymətləndirilib və qiymətləndiriləcək, bu əməlləri törədən şəxslər tutduqları mövqedən asılı olmayaraq, cinayət məsuliyyəti daşıyacaq.
MTX həm də polis PPX alayı ərazisində yaralanan və xəstəxanaya çatdırılan silahlı qrup üzvü Artur Melkonyanın ifadəsini əks etdirən video-yazını da yayıb. Melkonyanın sözlərinə görə, silahlı basqın iştirakçılarının bir hissəsi hara və nə üçün getdiklərini bilmirdilər.
Polis əhalini təxribata uymamağa, təhlükəsizlik nöqteyi-nəzərindən bağlanan zonaya yürüş təşkil etməməyə, hüquq-mühafizə orqanları üçün əlavə problem yaratmamağa çağırırdı.
Vardaşen cəzaçəkmə müəssisəsində saxlanılan Jirayr Sefilyanın özü də bəyanatla çıxış etdi. Bəyanatda deyilir ki, onun dostları artıq 14-cü gündür ki, xalqı üsyana qaldırmaq üçün müqavimət göstərir. Hamı da anlamalıdır ki, onlar azad, ədalətli, demokratik və müstəqil Ermənistan dövləti naminə özlərini qurban verir:
“İndiyə qədər mənə susmaq çox çətiniydi, amma qan axıdılmasının qarışısını almaq və danışıqlara mane olmamaq üçün susurdum. Amma Serj Sarqsyan problemi danışıqlar yolu ilə həll etmək istəmir, o üsyan qaldıran oğlanların mənəvi və fiziki məhvi yolunu seçib… Qan axıdılmasının qarşısını almaq üçün Post-patrul xidməti ilə [qrupun ələ keçirdiyi ərazi] polis arasında canlı divar qurmağı təklif edirəm.
Sözsüz ki, bunun üçün çoxlu sayda insan lazımdır. Rejimi ancaq bu yolla xalqın sözünü qəbul etməyə, nə qələbə, nə də məğlubiyyəti nəzərdə tutmayan ortaq məxrəcə gəlmək üçün danışıqlara başlamağa məcbur etmək olar.
Baş prokurorluq bildirib ki, iyulun 29-na keçən gecə silahlı qrup tərəfindən zəbt edilən polis alayına bitişik küçələrdə jurnalistlərə qarşı fiziki zorakılığın tətbiq olunması halları ilə bağlı məlumat toplanılır. O da bildirilib ki, Baş Prokurorluqda artıq müvafiq cinayət işi açılıb.
Bununla belə, 11 jurnalist təşkilatı cavab bəyanatı il çıxış edərək, polisin jurnalistlərə qarşı zorakılığın tətbiq olunması hallarının araşdırılması vədlərini “gülünc adlandırdı.
Təєkilatlar bildirdi ki, onlarэn fiziki zorakэlэрэ dayandэrmaq, jurnalistlərin peюəkar fəaliyyətinə mane olmamaqla baрlэ зoxsaylэ bəyanat və зaрэrэюlarэ bu gьnə qədər də cavabsэz qalэb. Bundan зэxэю edərək, jurnalist təєkilatlarэ “polis və digər gьc qurumlarэndan nə isə tələb etməyi mənasэz sayaraq, jurnalistlərin hьquqlarэnэn mьdafiəsi ьзьn baюqa qanuni metodlarэn istifadəsi hьququndan istifadə etmək niyyətindədir.
Milli Təhlükəsizlik Xidməti iyulun 30-da növbəti dəfə “Sasna tsrer qrupunun üzvlərinə silahı təhvil vermək və saat 17:00-a qədər müqavimət göstərmədən təslim olmaq çağırışı ilə müraciət etdi.
Qrup üzvləri isə nəinki təyin olunan vaxtı təslim olmadılar, həm də özləri atəş açdılar, nəticədə də 1986-cı il təvəllüdlü polis əməkdaşı Yura Tepanosyan həlak oldu. Bu hadisənin səbəbini və məğzini izah edə biləcək heç bir informasiya yoxdur, ancaq aşağıdakı məlumat verildi: alay ərazisindən 350-400 metr aralıda yerləşən və içərisində polis əməkdaşının olduğu maşına snayper silahından atəş açılıb.
Bir qədər sonra “Sasna tsrer qrupunun üzvü Varujan Avetisyan aşağıdakı bəyanatı verdi: “Bütün məsuliyyəti ilə bildiririk ki, polis əməkdaşı bizim açdığımız atəş nəticəsində həlak olmayıb.
Belə bir hadisə 17 iyula qədərki Ermənistanın bütün diqqətini özünə cəlb edərdi, indi isə ona fikir verən də olmadı.
Üsyançılıq ruhu, mümkün dəyişikliklərdən ilhamlanma hissi elə bir səviyyəyə gəlib çatıb ki, insanları nə liderlərin olmaması, nə hərəkatı hələ də idarə etməyə çalışanların arasındakı fikir ayrılığı, nə hətta bu axşamla, misal üçün, yürüşün hansı marşrutla getməsi ilə bağlı dəqiq məqsədlərin olmaması məyus etmir.
Azadlıq Meydanında keçirilən ənənəvi mitinq zamanı iyulun 30-da Antiböhran Təşəbbüs Şurasının üzvü Albert Baqdasaryan bildirib: “Sasn tsrer qtupu üzvlərinin zərərsizləşdiriləcəyi ilə bağlı məlumat alınıb, hakimiyyət sovet dövründə adamları aradan götürmək prinsipi ilə hərəkət edir, “adam yoxdur, problem də yoxdur.
Şuradan ancaq iki nəfər iştirak edirdi. Bir daha parlament deputatlarına mikrofona yaxınlaşıb, hərəkata başçılıq etmək çağırışı səsləndirildi. Azadlıq Meydanında olan iki deputat bu təklifə cavab vermədilər.
Nümayişçilər uzun müddət etiraz yürüşünün hansı marşrutla gedəcəyi ilə bağlı qərara gələ bilmirdilər. Nəticədə iyulun 29-da polisin tətbiq etdiyi zorakılıqdan qorxmadıqlarını nümayiş etdirmək üçün yolları bağlamaq, paytaxtın mərkəzində hərəkəti iflic halına salmaq qərarına gəldilər.
Yürüş dinc şəraitdə keçdi, əhaliyə hərəkata qoşulmaq və rejimi qan axıdılmadan məhv etməklə bağlı əvvəlki çağırışlar səsləndirildi, hakimiyyətə zəbt edilmiş alay ərazisində atışmanı dayandırmaqla bağlı müraciət olundu. Polis nümayişçilərin hərəkət təhlükəsizliyini təmin edirdi, prezident iqamətgahının girişi isə bağlı idi.
Aksiya iştirakçıları bir il əvvəl elektrik enerjisinin qiymətlərinin qalxmasına qarşı oturaq tətilin, etiraz aksiyasının keçirildiyi yerdə dayandılar. Bu yer yeni dalğanın, insanların öz hüquqları uğrunda mübarizəsinin yeni mərhələsinin rəmzinə çevrilib.
İnsidentsiz də ötüşmədi. Etiraz aksiyası iştirakçılarından biri özünü yandırmağa cəhd etdi, amma ona mane oldular. Birgə səylərlə yanğın söndürüldü.
Özü özünü təşkilatlandıran mübarizə davam edir. Ona başçılıq etmək istəyənlər isə hələ ki, yoxdur.
Sosial şəbəkələrdə
Birinci trend: gec-tez prezident istefa verəcək
“Mənə maraqlıdır, erməni “elitası hansı tərkibdə Serj Sarqsyanın “təslim etmə variantlarını müzakirə edir. Müzakirə etdiklərinə şübhəm yoxdur. Necə ki, Sej Sarqsyanın da bunu bildiyinə şübhə etmirəm.
İkinci trend: iyulun 29-da polisin əməllərindən zərər çəkənlərə dəstək olmaq lazımdır
“Zərər çəkənlərin, polis və kriminalların amansızcasına döydüyü adamların müalicəsinin pulunu indi kim ödəyir? Onlar dövlət sifarişi əsasında, pulsuz müalicə alır, yoxsa öz hesablarına sağlamlıqlarını bərpa etməlidirlər? Bəs zərər çəkən uşaqların aqibəti necə olacaq? Bəs insanların ziyan dəymiş əmlakı? İnsanın sağlamlığına zərər yetirənin öz cibindən onun müalicə xərclərini ödəməsi üçün hüquqi mexanizmlər var? Bəlkə bu məbləği polisin büdcəsindən kəssinlər?
“Bir gözünü itirən oğlan sabah özünün məhv olmuş daxili dünyası ilə baş-başa qalacaq. O, tək və ola bilsin ki, qəzəb içində olacaq. Yandırılan evin sahibi də öz problemləri ilə baş-başa qalacaq. O, tək və ola bilsin ki, qiyama, üsyana hazır olacaq. Polisin qorxuya saldığı uşaqların atası sabah ola bilsin ki, özündə bağışlamağa güc tapmayacaq və çıxış yolunu əlinə silah almaqda görəcək.
Ekspert rəyi
Analitik İqor Muradyan Lragir.am saytında öz fikrini bildirdi:
“Varujan Avetisyan [polis PPX alayının ərazisini zəbt edən “Sasna tsrer qrupunun üzvlərindən biri] nəhayət ki, Rusiyanın qiyamla birbaşa əlaqəsinin olduğunu bildirdi, amma arqumentlər səsləndirilmədi.
Amma problem heç bunda da deyil, məsələ ondadır ki, bu qiyamın tələbi Rusiya ilə münasibətləri yenidən nəzərdən keçirmək – Rusiya ilə müqavilələri pozmaq, Ermənistanın KTMT və Avrasiya ittifaqından çıxması, nəhayət hava hücumundan müdafiə üzrə müqaviləni pozmaqla bağlı olsaydı həmin qiyam daha geniş diapazon ala bilərdi. Və Qərb ictimaiyyətini narahat edən əsas məsələ Gümridəki hərbi bazadır.
Ermənistanın siyasi rəhbərliyi şübhəsiz ki, rusları etibarlılığının son damlasını itirən satqın və xain millət hesab edir. Amma siyasi rəhbərliyin bununla bağlı söz deməyə heç vaxt iradəsi və cürəti çatmayacaq. Ruslar Ermənistanda onun müstəmləkə olduğunu düşünən zərərverici bakteriyaya çevrildilər…
Viranə qoyulmuş Ermənistan yoxsulluq içindədir, əhali buranı kütləvi şəkildə tərk edir. Belə böyük sayda təslimçiləri olan Ermənistan ayağa qalxa bilməyəcək, bu təslimçilər parlamentdə də var, öz murdar ağızlarını açıb, Qarabağ əyalətində torpaqları verməyə çağırırlar. Özü də əraziləri Rusiya və Azərbaycanı razı salmaq üçün verməliyik…
Bu qiyamın lap əvvəlində baş versəydi, Ermənistan fərqli fikirlərlə oyanardı… Yəni doğrudanmı Rusiyanın Ermənistanın düşməni olduğunu anlamaq üçün müharibədə təmiz məğlub olmaq lazımdır?
Dərc ediilb: 31.07.2016