Heykəl üzərində yazı 22 yaşlı fəala baha başa gəldi" />

Qraffitiyə görə 10 il həbs

Heykəl üzərində yazı 22 yaşlı fəala baha başa gəldi

Bu il mayın 10-da Heydər Əliyevin ad günü ərəfəsində keçmiş prezidentin heykəli üzərində “Qul bayramınız mübarək! yazısı peyda oldu. Həmin gün qalmaqallı qraffitinin müəllifləri hesab olunan gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov narkotik alveri ittihamı ilə həbs olundular. Oktyabrın 25-də isə Qiyas İbrahimova 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası verildi.

Maraqlıdır ki, bundan bir qədər öncə prokuror İbrahimov üçün 9 il həbs istəmişdi.

Sosial şəbəkələrdə gənc fəalları gah “heykəl məhbusları, gah da “qraffiti məhbusları adlandırırlar. Hökm oxunandan sonra başı bəlalı yazı şəhərin daha bir neçə yerində peyda oldu.

“22 yaşlı tələbədən qorxan əclaflar, – tanınmış jurnalist və keçmiş siyasi məhbus Xədicə İsmayıl Facebook səhifəsində yazır.

“Yarım il, bir il oturub, məşhur qiyamçı kimi çıxacaq. Əfvlə. “Müxalifətçi istehsalının konveyer üsulu, – istifadəçilərdən biri “Facebookda yazır.

“Mən oğlumla qürur duyuram, olsun 10 il Qiyas üçün, Qiyas gəncdir, 10 il onun üçün heç nədir. Mənim oğlumdan 10 il çaldı İlham Əliyev oğlunun vəzifədə oturması üçün, – Qiyasın anası Şura İbrahimova deyir. – Eybi yox, Azərbaycanda çox oğullar var Qiyas kimi. Qiyasın gələcəkdə adı qalacaq, özü olmasa da.

Vəkil Elçin Sadıqovun sözlərinə görə, məhkəmə prosesi “əvvəldən axıra qədər siyasi xarakter daşıyıb, çox sayda pozuntulara yol verilib. “Məhkəmənin hökmü qanuna zidd olaraq qapalı iclasda elan olunub, bundan başqa Qiyas İstintaq təcridxanasının rəhbərliyi tərəfindən təhdid edilib, – vəkil deyir. Sadıqovun sözlərinə görə, müdafiə etdiyi şəxsin son iclasda səsləndirəcəyi nitqin mətnini əlindən alıblar. Sadıqov müdafiə etdiyi şəxsin azad edilməsinə nail olmaq niyyətindədir.

“Azərbaycanda bir qayda olaraq tətbiq edilməyən praktikaya başlanıldı, dövlət ittihamçısının istədiyi cəzadan daha artıq cəza təyin edildi bu gün, – keçmiş siyasi məhbus və hüquq müdafiəçisi Rəsul Cəfərov yazır.

Son məhkəmənin şahidlərindən biri də keçmiş siyasi məhbus və fəal Rəşadət Axundov olub. Onun sözlərinə görə, özünün son nitqində Qiyas deyib “Mən burada olmamalıyam, – məhkəmə sədri Ənvər Seyidov onun sözünü kəsərək, gülə-gülə “Bəs sən harada olmalısan? – deyə soruşub.

Son sözündə Qiyas bildirib: “Mənə verilmiş ittiham üzrə özümü müdafiə etmək fikrim yoxdur. Əsl cinayət fəaliyyətim püskürtmə boyamın rəngi kimi ağdır. Əsl səbəbi insanı olduğum bu ölkənin, bu ölkədə mövcud olan siyasi sistemin yalanlarına və dərəbəyli zehniyyətinə yetəri qədər sivil şəkildə adi tələbə gənc olaraq etiraz etmiş olmağımdır. Heç bir yazılı qanunu pozmamışam. Hansı ki, yazılı qanunda etdiyim əməl cinayət hesab olunmur. Pozduğum sistemin yazılmamış qanunudur. Hansı ki, sistem bu yazılmamış qanunlarıyla ayaqda qalmağa, ədalətsizliyi ədalət, köləliyi azadlıq kimi göstərmək üçün istifadə edir. Dövlətin yazılı qanunları olan, kağızda əksini tapmış qanunları pozmaqla cəzasız qalmaq mümkündür. Yetər ki, sistemin mövcudluğunda hansısa rol oynayasan. Yaxud bu rol oynayanlardan kimlərisə, yaxud kimisə satın almaq iqtidarında, gücündə olasan. Belə olan halda yazılı qanunları pozub cəzasız qala bilərsən, ancaq bu sistemin yazılmamış qanunlarını pozanda cəzasız qalmaq mümkün deyil…”  

“Mənə təcridxanada hədə-qorxu gəlirlər ki, özümü dərin quyuya salmışam. Bəli, elədir, mən də Bayram Məmmədov da, bizdən əvvəlkilər də özümüzü quyuya salmışıq. Bunu bilirik. Ona görə salmışıq ki, bu quyunun suyunu tapıb çıxardaq və onun suyu bütün bu çirkabları, bütün bu iyrənclikləri yuyub aparsın. Bəlkə də bu quyunun suyu bizi boğa bilər, fərqi yoxdur, amma bu çirkabların təmizlənəcəyinə inandığımız üçün biz özümüzü bu quyuya salmışıq, – çıxışının sonunda Qiyas İbrahimov deyib.

İqtidar yönlü KİV həbs barədə məlumatı məhkəmə qərarı haqda adi xəbər kimi verərək vurğulayıb ki, məhkum NIDA gənclər hərəkatının üzvüdür, ittihamın bütün maddələri də ətraflı qeyd olunub: narkotik maddələrin hazırlanması və satışının təşkili.

Amnesty International, Human Rights Watch və digər beynəlxalq təşkilatlar məhkəmənin qərarını pisləyərək, onu siyasi və antidemokratik adlandırıblar.

“Freedom House təşkilatının Azərbaycanda Heydər Əliyevin heykəli üzərində yazılan “Qul bayramınız mübarək“ sözlərinə görən məhkəmənin 22 yaşlı gənci 10 il müddətinə azadlqdan məhrum etməsi ilə bağlı bəyanatında deyilir:

“22 yaşlı Qiyas İbrahimova hökm oxunandan əvvəl işgəncə və narkotik alverində saxta ittihamlar oldu, – beynəlxalq proqramın vitse-prezidenti Robert Herman deyir, – Dövlət dissident və istənilən azad fikrə qarşı dözümsüzdüz, bu da onun ictimai fikir qarşısında qorxusunu nümayiş etdirir.

Dərc olunub 26.10.2016


More on JAMnews