Almazbek Atambayev korrupsiyada ittiham olunur. O isə bütün ittihamları rədd edir və tərəfdarlarını etiraza çağırır" />

Qırğızıstanın keçmiş prezidenti toqquşmalardan sonra iqamətgahında saxlanılıb. Bir nəfər öldürülüb, 50 nəfər yaralanıb

Almazbek Atambayev korrupsiyada ittiham olunur. O isə bütün ittihamları rədd edir və tərəfdarlarını etiraza çağırır

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev avqustun 8-də ölkə paytaxtının kənarındakı iqamətgahında saxlanılıb. Bu haqda Qırğızıstanın müstəqil media resursu Kloop.kg hadisə yerində olan güc strukturlarına istinadən xəbər verib. Ölkə hakimiyyəti hələlik eks-prezidentin həbsini rəsmən təsdiqləməyib. Atambayev tərəfdarları ilə xüsusi təyinatlı polis arasında baş verən toqquşmadan demək olar ki, bir sutka sonra saxlanılıb.

2 avqust, 13:18 

Qırğızıstanın hüquq mühafizəçiləri keçmiş prezident Almazbek Atambayevi saxlamağa çalışarkən onun iqamətgahı ətrafında əsl döyüşlər başlayıb. Qırğızıstanın Kloop.kg resursunun informasiyasına görə, xüsusi təyinatlı polis və Atambayevin tərəfdarları arasında baş verən toqquşmalar nəticəsində bir nəfər həlak olub, 52 nəfər yaralanıb. Eks-prezidentin həbs edilməsi cəhdi nəticə verməyib – xüsusi təyinatlılar iqamətgahı hücumla ələ keçirəndən sonra Atambayevin tərəfdarları binanı mühasirəyə alıb və onu hüquq mühafizəçilərinin əlindən ala biliblər. Eks-prezidentin tərəfdarları bir neçə xüsusi təyinatlını girov götürüb.

Qırğızıstanın keçmiş prezidentinin tərəfdarları onu saxlamaq istəyən polisə müqavimət göstərir, 7 avqust 2019. REUTERS/Vladimir Pirogov

Hakimiyyət keçmiş prezidenti niyə təqib edir?

Almazbek Atambayev 2011ci ildən 2017-ci ilə qədər Qırğızıstana rəhbərlik edib. İyunun 27-də Qırğızıstan parlamenti xüsusi parlament komissiytasının qərarına əsasən, Atambayevi toxunulmazlıq hüququndan məhrum edib.

Buna səbəb korrupsiya ilə bağlı bir neçə iş olub. O cümlədən də Bişkek istilik elektrik stansiyasının modernləşdirilməsi ilə bağlı iş. Bu layihəyə Çin tərəfindən ayrılmış 386 milyon dollar həcmində kredit xərclənib. 2018-ci ilin yanvarında stansiyada qəza baş verib, bunun da nəticəsində paytaxt qış vaxtı bütün bir həftəni isti susuz və istiliksiz qalıb. İES ilə bağlı iş üzrə iki baş nazir və maliyyə naziri də daxil olmaqla bir neçə yüksək vəzifəli şəxs müttəhimlər kürsüsündə əyləşməli olub.

Şərh: Gürcüstanda seçkilər və müxalif bədbinlik

Ukraynalılar hakimiyyətlə zarafat edib

Keçmiş prezidentə qarşı digər ittiham 2013-cü ildə kriminal “avtoritet” Əziz Baytukayevin həbsdən azad edilməsi ilə bağlı məsələdir. O, kütləvi iğtişaşlar təşkil etmək ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilmiş, amma qısa müddətdə “qan xərçəngi” diaqnozu ilə azadlığa buraxılmışdı. Daha sonra bəlli olub ki, Baytukayevin heç bir xəstəliyi yoxdur, amma o zamana qədər kriminal “avtoritet” artıq Rusiyaya qaçmağa imkan tapıb.

Eks-prezident bir neçə dəfə dindirilmək üçün DİN-ə çağırılıb. Atambayevib özü bütün ittihamları qəti şəkildə rədd edir.

“Hakimiyyət mənə qarşı bu ittihamlarla şou düzəldir, onlar bütün qanunları, Konstitusiyanı pozublar, onlar hüquq sahəsindən kənara çıxıblar”, – Atambayev deyib.

Штурм дома Атамбаева: спецназ отступил, есть один погибший.

Штурм дома Атамбаева: спецназ отступил, есть один погибший. Как это было. Читайте полный материал по ссылке:https://kloop.kg/blog/2019/08/07/srochno-strelba-v-koj-tashe-prishli-zaderzhivat-atambaeva/

Posted by Kloop on ოთხშაბათი, 07 აგვისტო, 2019

Hadisələr necə inkişaf edib?

İyulun 24-də Almazbek Atambayev Kant şəhərindəki Rusiya bazasından Moskvaya uçub. Orada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Bu görüşdən sonra o, bildirib ki, məqsədi Rusiya prezidentindən özü üçün təhlükəsizlik zəmanəti almaq olmayıb.

Bişkek kənarındakı iqamətgahına Atambayev iyulun 25-də qayıdıb.

Avqustun 7-də saat 19.00-a yaxın Koy-Taş kəndindəki iqamətgahının ətrafına DİN-in xüsusi təyinatlıları gətirilib – güc strukturları Atambayevin tərəfdarları ilə birlikdə olduğu binanın içinə daxil olub və eks-prezidenti həbs etməyə cəhd göstəriblər.

Paralel olaraq Koy-Taş kəndində Atambayevin daha çox tərəfdaşı toplaşmağa başlayıb. Gecə onlar xüsusi təyinatlıların olduğu binaya hücum edib, hüquq mühafizəçilərini tərksilah edərək iqamətgahdan sıxışdırıb çıxarıblar. Atışma və partlayış səsləri eşidilib. Həm polis, həm də Atambayevin tərəfdarları odlu silahdan istifadə olunduğunu inkar edir. Keçmiş prezident etiraf edib ki, öz şəxsi silahından atəş açıb, amma havaya.

 

Posted by Irina Karamushkina on ოთხშაბათი, 07 აგვისტო, 2019

 Keçmiş və indiki prezidentlər nə deyir?

Tərəfdarları tərəfindən azad ediləndən sonra ilk çıxışında Almazbek Atambayev deyib ki, xüsusi əməliyyat zamanı bir nəfərin həlak olmasına görə məsuliyyəti şəxsən prezident Sooronbay Jeenbekov daşıyır. Onun sözlərinə görə, istintaqla əməkdaşlıq etməyə və ittiham olunduğu bütün işlərlə bağlı danışmağa hazırdır.

“Ammma hakimiyyət məni eşitmək istəmir. Onlar məni sındırmaq, həbs etmək, öldürmək istəyirlər. Bütün bu vəziyyət Jeenbekovun vicdanındadır. Mən heç nədən qorxmuram”, – Almazbek Atambayev deyib.

O, tərəfdarlarını paytaxtda hazırkı prezidentin istefası tələbi ilə fasiləsiz etiraz aksiyalarına çağırıb.

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov avqustun 8-də səhər Təhlükəsizlik Şurasının iclasında bəyan edib ki, Almazbel Atambayev “qanuni istintaq tədbirlərinin görülməsinə qarşı amansız silahlı müqavimət göstərməklə Konstitusiyanı və ölkə qanunlarını kobud şəkildə pozub”.

Dövlət başçısı vurğulayıb ki, ölkədə qanunçuluğu, sülhü və təhlükəsizliyi qorumaq lazımdır, buna görə də “təxirəsalınmaz tədbirlər” görmək lazımdır.

Bununla belə, uğursuz hücumdan sonra güc strukturları daha heç bir tədbir görməyib.

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev tərəfdarları ilə birlikdə, iyul 2019-cu il. REUTERS/Vladimir Pirogov

Dinc yolla hakimiyyət dəyişikliyindən sonra hadisələrin dinc olmayan inkişafı 

Atambayev 2010-cu il inqilabından sonra keçirilən prezident seçkiləri nəticəsində dövlət başçısı kürsüsünə əyləşib və bu vəzifədə keçid dövrü prezidenti Roza Otunbayevanı əvəz edib.

Onların sələfləri – Askar Akayev və Kurmanbek Bakiyev inqilab nəticəsində devriliblər.

2005-ci və 2010-cu il inqilablarından sonra keçmiş prezidentlərin tərəfdarları etiraz aksiyalarının güc yolu ilə yatırmaqda günahlandırılaraq məhkəmə qarşısında cavab verməli olublar.

2017-ci ildə hakimiyyətin Atambayevdən hazırkı prezident Sooronbay Jeenbekova verilməsi prosesi dinc yolla baş tutub. Amma tezliklə yeni hakimiyyət keçmiş dövlət başçısı və onun tərəfdarlarına qarşı cinayət təqibinə başlayıb.

Şərh: hər şey razılığa gələ bilməməkdən irəli gəlir

Orta Asiya üzrə tanınmış mütəxəssis Arkadi Dubnov Qırğızıstan hadisələrini şərh edib:

“Qırğızıstanda baş verən və kulminasiyası keçmiş prezident Almazbek Atambayevin iqamətgahına hücumla yekunlaşan hadisələr ölkənin şimal və cənub klanlarının toqquşmasının nəticəsidir. Atambayev şimal klanının təmsilçisidir, yeni prezident Sooronbay Jeenbekov isə cənub.

Ölkədə baş verənlərə görə məsuliyyət hər iki liderin üzərinə düşür. Atambayev prezident kürsüsündə özünü sərbəst və həyasızca aparırdı, dövlət başçısı olmağın nə demək olduğunu anlamırdı.

Jeenbekov da çox sayda mülki şəxsin olduğu binaya hücum əmri verməklə özünü məsuliyyətsizcə apardı.

Bu münaqişədə heç bir kənar müdaxilə – nə Rusiya, nə Çin tərəfindən yoxdur. Bu, iki qruplaşmanın toqquşmasıdır. Qırğızıstanöz yeni tarixində iki inqilabi vəziyyət yaşayıb. İndi liderlərinin razılığa gələ bilməməsi üzündən üçüncü dəfə eyni palçığa batmaq riski ilə qarşı-qarşıyadır”.

 


More on JAMnews