Söhbət bir neçə milyard dramın oğurlanmasından gedir" />

“Qazprom Ermənistan” şirkəti vergidən yayınmaqda günahlandırılır

Söhbət bir neçə milyard dramın oğurlanmasından gedir

Ermənistan Dövlət Gəlirləri Komitəsi “Qazprom Ermənistan” şirkətində yoxlama aparıb və iri maliyyə pozuntuları aşkarlayıb. Cinayət işi qaldırılıb.

Şirkət hansı pozuntulara yol verib?

Dövlət Gəlirləri Komitəsinin məlumatına əsasən, “Qazprom Ermənistan” şirkəti “xüsusilə iri həcmdə” vergi ödəməsindən yayınıb. Məsələn, 2016 və 2017-ci illərdə struktur gəlir vergisi və ƏDV haqda yanlış məlumatlar təqdim edib və bunun nəticəsində bir neçə milyard dram həcmdə vergidən yayına bilib.

Dövlət Gəlirləri Komitəsi dövlətə dəymiş ziyanın həcmini dəqiqləşdirmək üçün araşdırmanı davam etdirir.

Ermənistan İran və Türkmənistan qazı almaq üçün imkanlar axtarır

Ermənistan-Rusiya: qazla isidilən hisslər  

 

Korrupsiya riskləri

Rusiyadan Ermənistana qaz təchizatı sistemində korrupsiya sxeminin ola biləcəyi haqda Ermənistanın baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan daha əvvəl bildirmişdi.

“Ermənistan vətəndaşları Rusiyadan ucuz qaz alındığını hiss etmirlər. Bunun səbəbi səmərəsiz idarəetmə, o cümlədən də korrupsiya riski ola bilər. Düşünürəm ki, biz bu məsələni ciddi araşdırmağa başlasaq, Rusiya hakimiyyəti buna anlayışla yanaşacaq”.

Ermənistan hökuməti artıq bir neçə aydır ki, qaz tariflərinin ucuzlaşdırılması məsələsini müzakirə edir.

İndi Rusiyanın “mavi yanacağının” min kubmetri Ermənistan üçün sərhəddə 150 dollaradır. Amma 10 min kubmetrdən çox qaz işlətməyən son istehlakçı üçün tarif demək olar ki, iki dəfə bahadır – 290 dollar.

“Qazprom Ermənistan”ın mahiyyəti nədir?

“Qazprom Ermənistan” Rusiyanın “Qazprom” enerji holdinqinin 100 faizlik törəmə şirkətidir. Bu şirkət Ermənistan ərazisinə qaz çatdırılması və satışı ilə məşğuldur.

“Qazprom-Ermənistan” ənənəvi olaraq Ermənistanın ən iri vergi ödəyicisidir. Bu ilin 9 ayı ərzində şirkət artıq dövlət büdcəsinə 30,3 milyard dram (təxminən 62,5 milyon dollar) vergi ödəyib.

Facebook Comments

More on JAMnews