Tələbələr arasında oğlanların sayı qızların sayından iki dəfə çoxdur " />

Qadına təhsil lazımdırmı? Azərbaycan mediasında və sosial şəbəkələrdə əsas mövzu

Tələbələr arasında oğlanların sayı qızların sayından iki dəfə çoxdur

Azərbaycanın ali məktəblərində 2017-ci ildə 163 min oğlan və 79 mindən çox qız təhsil alırdı. Başqa sözlə, tələbələrin arasında qızların sayı oğlanlara nisbətən 2,1 dəfə azdır. Doğrudur, 2010-cu ildə onların sayı 2,4 dəfə az idi, buna görə də, müəyyən irəliləyişdən də danışmaq olar.

Bu statistika ona görə belə aktuallıq qazanıb ki, Azərbaycan cəmiyyətində son bir neçə gün ərzində qadın təhsili problemi fəal şəkildə müzakirə olunur.

Səbəb nə olub?

Məşhur tok-şouda qonaqlardan biri bildirib ki, qadına nə təhsil, nə də iş lazımdır, bu onun ev işlərini aparmasına yalnız mane olur. Misal kimi o, öz həyat yoldaşından danışıb və qeyd edib ki, onu hələ yeddinci sinifdə oxuyarkən bəyənib, gələcəkdə evlənmək niyyətinə düşərək, dərhal məktəbdən çıxarıb.

Bu fikri Azərbaycanda çox kişilər paylaşır. Yalnız regionlarda deyil, hətta Bakıda da ərlər müxtəlif bəhanələrlə arvadlarına işləməyi qadağan edirlər. Kimsə bunun üçün əsas gətirir ki, qadının ailəyə vaxtı çatmır, digərləri istəmirlər ki, qadını yad kişilərin əhatəsində olsun və ümumiyyətlə, evdən uzaqlaşmasın.

Azərbaycanlı müsəlman qadınlar islam qaydaları ilə iş arasında seçim etməli olurlar

Azərbaycanda yeganə “qadın çimərliyi” haradadır və bu kimə lazımdır

Qadınlar pambıq tarlalarında: Azərbaycanda “ağ qızıl” kimin əlləri ilə toplanır

Cəmiyyətin reaksiyası

Tok-şouda səslənmiş fikir həm sosial şəbəkələrdə, həm də mediada rezonans doğurub.

«Bu hələ alçaq hərəkəti ilə fəxr edir!»

«Bu axmağın təhsilli qadınla danışmağa bnə söhbəti ola bilər ki?»

«Əlbəttə ki, o günahkardır, amma qızın valideynləri də az günah yiyəsi deyillər ki, belə vəhşi şərtlərlə razılaşıblar».

«Bu cür kişilər fikirləşmirlər ki, başlarına bir iş gəlsə, həyat yoldaşları heç nəsiz qalacaqlar, pul qazana bilməyəcəklər ki, özlərini və uşaqlarını dolandırsınlar. Belə olarsa, qadın nə edəcək?»

Media daha təmkinli reaksiya verib və diqqəti ona cəmləşdirib ki, savadsız ananın elə bu cür də savadsız uşaqları böyüyəcək. Qadın təhsilinin əleyhdarını heç kim açıq müdafiə etməyib. Lakin bu mövqenin cəmiyyətdə populyar olmasını həm yuxarıda göstərdiyimiz statistika, həm də bir çox özəl hekayələr sübut edir.

Misal üçün, “Facebook”un qadın istifadçilərindən biri özünün bu yaxlnlarda taksi sürücüsü ilə etdiyi söhbəti nümunə göstərib. Sürücü yol boyu ona izah edirmiş ki, qadına oxumaq və işləmək gərək deyil: «Bax, mən uşaqlar böyüyənə qədər arvadımı heç çörək almağa da buraxmamışam. İşdən daha danışmıram. İndiki qızlar isə korlanıblar».

Gender məslələri üzrə fəal Gülnarə Mehdiyeva hesab edir ki, ərdə olan azərbaycanlı qadınlarda işləmək üçün kifayət qədər stimul yoxdur:

«Bir çox Azərbaycan ailələrində əmək bölgüsü yoxdur. Ərli qadınlar bilirlər ki, lap işləsələr də, ev işlərinin aparılması yenə onların çiyninə düşəcək. Buna görə də, onlar bu yüklərdən yalnız birini seçməyə üstünlük verirlər, hər ikisinin altına girmirlər. İşləyən qadın obrazının cəlbedici görünməsi üçün ölkədə iqtisadi vəziyyət dəyişməlidir. Qadınların karyerasının inkişafı yolunda əngəllər aradan qaldırılmalı, əməkhaqqı artırılmalıdır. Uğurlu qadın nümunələrinin sayı daha çox olmalıdır».

Facebook Comments

More on JAMnews