Əlzamin Salayevin çevrəsi bildirir ki, o, qıza təcavüz edən polisi ifşa etməyə çalışıb " />

Polisi ittiham edəndən sonra həbs olunan azərbaycanlı müxalifətçi işgəncə gördüyünü bildirib

Əlzamin Salayevin çevrəsi bildirir ki, o, qıza təcavüz edən polisi ifşa etməyə çalışıb

Polis nəfərinin ünvanına səsləndirdiyi ittihamdan sonra həbs edilən müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Əlzamin Salayev işgəncəyə məruz qaldığını bildirib.

Salayev sərxoş vəziyyətdə ictimai asayişi pozmaqda və polisə müqavimət göstərməkdə ittiham olunur. Amma yoldaşlarının versiyasına görə, məsələ müxalifətçinin bir qıza təcavüz edən polis nəfərini işfa etmək və hadisəni ictimailəşdirmək cəhdi ilə əlaqədardır.

• Gürcüstanda deputatı seksual təcavüzdə günahlandıran qadın özü aqressiya obyektinə çevrilib

• Azərbaycanda nə dəyişir – cəmiyyət, hökumət, müxalifət?

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin sözlərinə görə, həbsdə olan müxalifətçi güc strukturları əməkdaşlarının onu döydüyü, alçaltdığı və bütün bunların telefona çəkdikləri haqda danışıb. Bundan başqa, o deyib ki, Salayev təcili əməliyyat olunmalıdır, amma hüquq-mühafizə orqanları buna imkan vermir.

Müxalifətçinin vəkili də müvəkkilinin səhhəti ilə bağlı problemlərinin olduğunu təsdiqləyib.

Daxili İşlər Nazirliyi isə bütün bunları inkar edir. “Bunları xalqın müdafiəsi ilə yox, canilərin tərəfini saxlamaqla məşğul olanlar uydurur”, – nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.

Bununla belə sosial şəbəkələrdə bu hadisə böyük rezonans doğurub. Çoxları həm Əlzamin Salayevin azad edilməsini, həm də sözügedən təcavüz hadisəsinin araşdırılmasını tələb edir.

Müxalifətin siyasi məhbusların müdafiəsi üçün keçirdiyi mitinq. Bakı, 19 yanvar 2019-cu il. Foto JAMnews


More on JAMnews