Sosial şəbəkələrdə insanları bu adətdən çəkindirməyin yolları müzakirə olunur " />

Pəncərədən siqaret tullamaq “ənənəsi” Bakıdakı çoxmərtəbəli binada yanğına gətirib çıxardı

Sosial şəbəkələrdə insanları bu adətdən çəkindirməyin yolları müzakirə olunur

Bakıda çoxmərtəbəli binada yanğın baş verib və bunun nəticəsində mənzillərdən biri yanıb. İlkin versiyaya görə, yanğına pəncərədən atılmış siqaret kötüyü səbəb olub. Bakıdakı çoxmərtəbəli binalarda söndürülməmiş siqaretlərin pəncərədən atılması adi haldır. Yanğın sosial şəbəkə istifadəçilərinin diqqətini bu zərərli adətin həqiqətən də təhlükəli olmasına yönəldib.

• Azərbaycanda meşə yanğınları: məmurlar hesab edirlər ki, günah istidə deyil, insanlardadır

• Bakı Şanxayı: zibilin qatarın altına atıldığı məhəllə tezliklə yoxa çıxacaq

İstintaqın ilkin rəyinə görə, yanğın belə başlayıb: yuxarı mərtəbələrdə yaşayan sakinlərdən biri aşağı söndürülməmiş siqaret tullayıb, siqaret kötüyü ikinci mərtəbənin eyvanına düşüb və alışıb.

Günahkarın kim olması və nəzəri olaraq buna görə ona hansı cəza verilə biləcəyi məlum deyil.

Azərbaycanda zibilin zibil qutusundan başqa hər hansı yerə atılmasını qadağan edən qanun mövcuddur, lakin əslində buna görə heç kim cəzalandırılmır. Qaydalara mərkəzi küçələrdə az-çox riayət olunursa da, çoxmərtəbəli binalarda bir çox sakinlər siqaret kötüklərini həyətə tullayırlar.

Sosial şəbəkələrdən şərhlər:

«Bu versiyaya inanıram. Özüm də neçə dəfə yanan siqaret kötüklərini eyvandan aşağı atan qonşularımla dalaşmışam»;

«Mən də inanıram. Bunu edənləri necə izləyib aşkarlamağın yollarını tapmaq lazımdır»;

«Bu cür siqaret kötüyünə görə bir dəfə bizdə eyvana qurumağa asdığımız döşək yanmışdı»;

«Bir dəfə yanan siqqaret kötüyü az qala başıma düşəcəkdi!».


More on JAMnews