Bununla əldə ediləcəyi düşündükləri 2 milyard dolları “hamının istifadə etdiyi təhsil, yollar, körpülər, tunellərə” xərcləmək təklif olunur " />

Nyu-Yorkun ən varlı sakinləri yoxsullara kömək üçün özlərinin vergilərini artırmağı xahiş ediblər

Bununla əldə ediləcəyi düşündükləri 2 milyard dolları “hamının istifadə etdiyi təhsil, yollar, körpülər, tunellərə” xərcləmək təklif olunur

Səksən nəfər, o cümlədən də Corc Soros, Stiven Rokfeller, Ebiqeyl Disney Amerikanın Nyu-York ştatının qanunvericilərinə və qubernatoru Endrü Kuomoya daha imkanlı vətəndaşlar üçün vergilərin artırılması xahişiylə müraciət ediblər.

Bu vəsait, məktubun müəlliflərinin fikrincə, infrastrukturun yaxşılaşmasına, yoxsul və evsiz insanlara dəstək üçün xərclənməlidir.

“Nyu-Yorkun iqtisadi həyat qabiliyyətinə uzunmüddətli dəstək proqramlarına sərmayə qoymaq vaxtıdır, – bu məktubda deyilir. – Həmvətənlərimizə yoxsulluqdan yuxarıya doğru, o cümlədən də təhsil hesabına yol tapmağa  kömək etmək lazımdır. Eyni zamanda da hamının istifadə etdiyi şeylərə – yollara, körpülərə, tunellərə vəsait qoymaq lazımdır”.

Məktubun müəllifləri daha imkanlı şəxslərin vergilərinin konkret artırılması planını təklif edirlər, onun realizəsi büdcəyə 2 milyard dollar gətirəcək.

Məktuba imza atanların əksəriyyəti milyonlarla hesablanan var-dövlət sahibləridir, illik gəlirləri isə 650 000 dollardan çoxdur.


More on JAMnews