Anakliya limanının inşasını ABŞ dəstəkləyirdi, Rusiya isə əleyhinə idi" />

Müxalifətlə mübarizə və Rusiyanın təsiri? Gürcüstanda yeni liman layihəsi ətrafında qalmaqal

Anakliya limanının inşasını ABŞ dəstəkləyirdi, Rusiya isə əleyhinə idi

Gürcüstan hökuməti Qara dəniz sahilindəki Anakliya şəhərində ölkənin ilk dərinsulu limanını inşa edən konsorsiumla bağlanmış müqaviləyə investisiya yatırmaqdan imtina edib.

Çoxları əmindir ki, bu, müxalifətlə mübarizənin, daha çox isə limanda öz maraqları üçün geosiyasi və iqtisadi təhlükə görən Rusiyanın təzyiqinin nəticəsidir.

Siyasi rəqiblə mübarizə?

Gürcüstan hökumətinin müqavilə imzaladığı “Anakliyanın inkişaf konsorsiumu” öz öhdəliklərini yerinə yetirmir – limanın tikintisi üçün ayrılmış müddət xeyli pozulub. İnfrastruktur və regional inkişaf naziri Maya Skitişvili belə deyib.

Amma mexalifət hesab edir ki, bütün məsələ rədd edilmiş konsorsiumun banisinin Gürcüstanın tanınmış biznesmeni Mamuka Xazaradze olmasıdır. O, 2019-cu ildə ölkənin kölgə lideri, milyarder Bidzina İvanişvili ilə siyasi qarşıdurma yaşayıb.

Xazaradze “Lelo” siyasi hərəkatını yaradıb və o, İvanişvili və “Gürcü arzisi” partiyasının əsas rəqiblərindən biri hesab olunur.

2020-ci ildə Gürcüstanda mühüm parlament seçkiləri keçiriləcək. “Lelo” hərəkatının hakimiyyətə qarşı ciddi opponent kimi çıxış edəcəyi gözlənilir. Pozulmuş müqavilə siyasətçi biznesmenə maddi cəhətdən ciddi zərbə olub və müxalifət hesab edir ki, ölkənin qeyri-formal rəhbəri İvanişvilinin məqsədi də elə bu olub.

• Niyə keçmiş baş nazir İvanişvili Gürcüstanın ən populyar bankı ilə mübarizə aparır?

• Gürcüstan: hakimiyyətlə münaqişədə olan iri biznesmen ictimai hərəkat yaradır

• ABŞ dövlət katibinin Gürcüstan hakimiyyətinə ismarıcları

Kreml niyə Anakliya limanı layihəsində özü üçün təhlükə görür?

Kreml təmsilçiləri Anakliyada yeni limanın tikintisi üzrə layihəni açıq şəkildə təbqid edirdilər.

Birincisi, Kreml bu layihədə geosiyasi təhlükə görür, çünki yeni limanda ABŞ və NATO-nun hərbi gəmiləri yerləşdirilə biləcək.

İkincisi, bu liman Rusiyanın Qara dəniz sahillərindəki limanları ilə rəqabət apara biləcək.

Rusiya xarici işlər nazirinin keçmiş müavini Qriqori Karasin liman tikintisini şərh edərkən Gürcüstanı təhdid etməkdən də çəkinməyib: 

“Tbilisi öz fikrini formalaşdırmalıdır – ya Cənubi Qafqazda regional sabitlik atmosferini, ya da Avroatlantik inteqrasiya gündəmini seçməlidir. Və əgər Gürcüstan ikincini seçərsə, Ukraynanın 2014-cü ildə üzləşdiyi problemlərlə qarşılaşa bilər”, – Karasin deyib.

Bütün bunların nəzərə alaraq, müxalifət bildirir ki, İvanişvili Moskvanın diktəsi altında layihəni təhlükəyə məruz qoymalı olub.

Gürcüstanda dərinsulu limanın tikintisi ilə bağlı layihəni Türkiyə də dəstəkləməyib. Sonuncu özünün Qara dənizdəki nüfuz dairəsinin zəifləyəcəyindən ehtiyat edir.

ABŞ-ın dəstəyi

Anakliya limanının inşası layihəsinin ən böyük beynəlxalq dəstəkçisi ABŞ-dır.

Belə ki, 2019-cu ilin iyununda ABŞ dövlət katibi Mayk Pompeo aşağıdakı sözlərlə layihəni dəstəkləyib:

“Bu və digər layihələr Gürcüstanın bazar iqtisadiyyatlı ölkələrlə münasibətlərini möhkəmləndirir, Rusiya və Çinin iqtisadi təsirinin qurbanına çevrilmək təhlükəsindən yan ötməyə imkan verir”.

 

Layihə nə üçün vacibdir?

Gürcüstanın Qara dənizdə iki limanı var – Poti və Batumidə. Amma kifayət qədər dərin olmadığı üçün bu limanlar Türkiyənin və Rusiyanın limanları ilə rəqabətə girə bilmirlər.

Anakliyada yeni liman 10 minə qədər konteyneri sığışdıra bilən gəmiləri qəbul edə biləcək (ölkənin əsas limanı olan Poti yalnız 1500 konteyner sığışdıra bilən gəmiləri qəbul etmək iqtidarındadır).

Liman Gürcüstan üçün çox mühüm infrastruktur layihəsi olacaq, çünki Mərkəzi Asiya və Avropa regionlarını birləşdirə biləcək.

Limanın tikintisi 2017-ci ilin dekabr ayında başladılıb. Layihənin ümumi dəyəri 2,5 milyard dollar təşkil edir.

Hazırda işlər dayandırılıb, layihənin gələcək taleyi bəlli deyil.

Anakliyada liman inşası ilə mübarizənin tarixçəsi

“Əsrin layihəsi” – “Gürcü arzusu” iqtidar partiyasının təmsilçiləri ən başda gələcək limanı belə adlandırırdılar. Tender elan olunmuşdu və bu tenderdə Conti International LLC Amerika şirkəti ilə tərəfdaş olan Mamuka Xazaradzenin şirkəti qalib gəlmişdi.

Amerika şirkətinin iştirakı hökumətin irəli sürdüyü tələblərdən biri idi.

Problemlər 2018-ci ildə, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin istefasından sonra başladı. Onun zamanında başladılan bütün layihələrlə, o cümlədən də Anakliya limanı ilə bağlı problemlər yarandı.

Mamuka Xazaradze 11 il əvvəl baş vermiş bəzi faktlarla bağlı çirkli pulların yuyulmasında ittiham edildi və müavini ilə birlikdə cinayəət məsuliyyətinə cəlb olundu.

Budur, indi də hakimiyyət onunla imzalanmış müqaviləni pozub.

Amma “Anakliyanın inkişafı konsorsiumu” təslim olmaq niyyətində deyil. Konsorsiumun direktoru Levan Axvlediani bəyan edib ki, şirkət hökumətə qarşı arbitraj məhkəməsində iddia qaldırmağı planlaşdırır.

İqtisadçı Qiya Xuxaşvili hesab edir ki, xarici investorlar da ayrıca iddia qaldıra bilərlər və bu, ölkəyə yüz milyonlarla dollara başa gələ bilər.


More on JAMnews