Görünən odur ki, Gürcüstanın ən böyük kommersiya bankı olan TBC-nin həmtəsisçisi Mamuka Xazaradzenin hərəkatı yeni siyasi qüvvəyə transformasiya olacaq" />

Gürcüstan: hakimiyyətlə münaqişədə olan iri biznesmen ictimai hərəkat yaradır

Görünən odur ki, Gürcüstanın ən böyük kommersiya bankı olan TBC-nin həmtəsisçisi Mamuka Xazaradzenin hərəkatı yeni siyasi qüvvəyə transformasiya olacaq

Gürcüstanın ən böyük bankı TBC-nin təsisçilərindən biri, ölkəni qeyri-formal idarə edən hakim partiyanın lideri, milyarder Bidzina İvanişvili ilə münaqişədə olan Mamuka Xazaradze yeni ictimai hərəkat yaradır.

Hərəkat 2019–cu ilin sentyabrında yaradılacaq, mahiyyəti qərbyönlü, əsas məqsədi isə ölkənin siyasi birliyi və müstəqilliyinin qorunması  olacaq.

Bu haqda Mamuka Xazaradze Facebook sosial şəbəkəsində dərc olunan məktubunda bildirib.

Ekspertlər bildirirlər ki, 2020-ci ildə Gürcüstanda keçiriləcək parlament seçkiləri ərəfəsində biznesmenin bu qərarının xüsusi maraq doğurduğu haqda danışırlar.

• Gürcüstanda siyasi böhran. Oliqarxa xaricdən və daxildən zərbələr

 

________________________

Biznesmen öz məktubunda hakimiyyəti tənqid edir və bəyan edir ki, “son zamanlar ölkədə baş verən proseslər əndişəli forma alır”.

“Cəmiyyətin məqsədyönlü parçalanması və qarşı-qarşıya gətirilməsi prosesi göz qabağındadır”, – Xazaradze yazır.

Yaranmış vəziyyətin deeskalasiyası nə hakimiyyətin, nə də siyasi partiyaların  gücündə deyil, buna görə də bunun üçün cəmiyyətin birləşməsi vacibdir – Xazaradze deyib.

Sentyabrda o, “sağlam, qabaqcıl və qərbyönlü cəmiyyəti birləşdirmək” niyyətindədir və “Gürcüstanda müasir qərb dövlətinin  qurulması ideyasını” bölüşəninsanları bu birliyə dəvət edir.

Xzaradze deyir ki, öz “dostları və həmfikirləri, müxtəlif sahələrdən olan peşəkarlarla” hərəkat təsis edəcək. Amma biznesmenin konkret kimləri nnəzərdə tutduğu bəyanatda göstərilməyib. Yalnız o məlumdur ki, Xazaradzenin hərəkatında onun biznes tərəfdaşı və dostu Badri Caparidze olacaq.

Xazaradze deyir ki, onu bu addımı atmağa iyunun 21-nə keçən gecə sövq edib. Həmin günü o, parçalanma xətti adlandırır və mitinqçilərə görə məyus olur [iyunun 20-dən 21-ə keçənn gecə xüsusi təyinatlılar güc təətbiq edərək Rustaveli prospektində gedən aksiyanı dağıdıblar — JAMnews].

• Tbilisidə parlament binasına soxulmaq cəhdi və etirazçıların rezin güllələrlə və qazla dağıdılması. Video

“Bizim səmimi və azad gənclərimiz Rusiya işğalı və zorakılığına qarşı səmimi və qəti etirazını ifadə edib”, – Xazaradze yazır.

Xazaradze buna qədər də parlament binası qarşısında baş verən hadisələri Facebook-da şərh edib.

İyunun 20-də parlament qarşısında Sergey Qavrilov əleyhinə işğala qarşı mitinq keçiriləndə o yazmışdı:

“Yaşasın ölkə azadlığı uğrunda mübarizədə həmfikirlik!”

• Tbilisidə etirazları təhrik edən Rusiyalı pravoslav kommunist Qavrilov kimdir?

Rusiya Gürcüstanla hava əlaqəsini kəsəndən sonra isə Mamuka Xazaradze turizm industriyasına dəstək olmaq üçün “Airzena” şirkətinin ukraynalı turistlər üçün Kiyevdən Tbilisiyə on çarter reysini maliyyələşdirməyə hazır olduğunu bildirib.

Xazaradzenin hakimiyyətlə qarşıdurması

Gürcüstanın ən böyük bankı ətrafında qalmaqal ötən ilin yayında başlaylb.

Baş Prokurorluq TBS bankın son 11 ildə həyata keçirdiyi tranzaksiyaları araşdırır. Bütün bu proseslərdə artıq bankın müşahidə şurasının keçmiş sədri olan Mamuka Xazaradzenin və onun müavini Badri Caparidzenin adı hallanır.

Prokurorluğun bildirdiyinə görə, onlar bu yolla çirkli pulların yuyulmasında iştirak ediblər – söhbət 17 milyon dollardan gedir.

İstintaqın ən başından Xazaradzeyə qarşı işin siyasi motivli olduğuna dair şübhələr vardı.

Bununla əlaqədar olaraq çox sayda versiyalar irəli sürülmüşdü. Məsələn, ölkənin kölgə lideri Bidzina İvanişvilinin TBC banka sahib olmaq niyyəti ilə bağlı ehtimal səslənib. o cümlədən də 2004-cü ildı Rusiyada cərəyan edən hadisələrlə paralellər də aparılıb, o zaman prezident Vladimir Putin öz potensial rəqiblərini – biznesmen və mediamaqnatlar – Qusinski, Xodorkovski və digərlərini zərərsizləşdirmişdi.

Heç kim inanmır ki, prokurorluq ölkənin ən əsas maliyyə institutlarından birini ölkənin qeyri-formal hakimi Bidzina İvanişvilinin razılığı olmadan “narahat edə bilər”.

Ekspertlərin bir qismi o zaman bildirirdi ki, İvanişvili Xazaradzedə siyasi rəqibini görür və 2020-ci ildə keçiriləcək parlament seçkilərində öz yolunu təmizləyir.

Digərlərinin fikrincə, Xazaradzeni bir vaxtlar İvanişvilinin favoriti olmuş, amma sonradan münasibətləri korlanmış və vəzifəsindən azad edilmiş keçmiş baş nazir Giorgi Kvirikaşvilinin yaxın dostu olduğu üçün cəzalandırırlar.

İvanişvili ilə korlanmış münasibətlərini düzəltmək və öz  loyallığını sübut etmək üçün Mamuka Xazaradze 2018-ci ildən – ötən prezident seçkilərində hakimiyyətyönlü namizəd Salome Zurabişvilini dəstəkləyib (bank hətta xüsusi bəyanatla öz əməkdaşlarını hakimiyyətyönlü namizədi dəstəkləməyə çağırıb).

• Gürcüstan prezidenti kürsüsü uğrunda kimlər mübarizə aparıb və seçkilər nə ilə yadda qalıb?

Amma o da bir faktdır ki, Xazaradzenin cəhdləri İvanişvili üçün yetərli və inandırıcı olmayıb.

Bank ətrafında istintaq hələ bitməyib, ekspertlərin çoxu hesab edir ki, Xazaradze özünü xilas etmək üçün siyasətə qatılıb.

Müasir Gürcüstanın ən mühüm layihələrindən biri də Xazaradzenin adı ilə bağlıdır – inşaatına “TBC Group”un qatıldığı Anakliya limanı.

Ekspertlərin və siyasətçilərin dəyərləndirməsi

Gürcüstan siyasətində ictimai hərəkatların yaradılması, sonradan isə siyasi partiyalara transformasiya olması hallarının tez-tez təkrarlandığını nəzərə alsaq [Bidzina İvanişvili əvvəlcə ictimai hərəkat yaratmışdı – JAMnews], heç kim Mamuka Xazaradzenin siyasi məqsədlərinin olduğuna şübhə etmir.

İqtisadi məsələlər üzrə ekspert Qia Xuxaşvili Xazaradzenin fəallaşmasını “qanunauyğun” adlandırır. Onun fikrincə, Xazaradzeni bu qərara hakimiyyət sövq edib.

“Faktiki olaraq hakimiyyət düşünülməmiş əməllərlə Xazaradzeyə başqa çıxış yolu qoymayıblar. Mən onun siyasi aləmə qoşulmasınıdəstəkləyirəm, çünki əhalinin etibarını itirən hakim komanda resursların inhisara alınmasına vurğu edir. Mamukanın timsalında isə alternativ resurs mərkəzi yaranır və bu hakimiyyət üçün aşılmayacaq problem ola bilər”, – Qia Xuxaşvili “Kommersant” agentliyinə müsahibəsində bildirib.

Parlament çoxluğunun nümayəndəsi Sofo Kiladze də əmindir ki, Xazaradzenin hərəkatı siyasi məqsədlər daşıyır.

“Amma düşünmürəm ki, onun böyük dəstəyi olacaq”, – deputat deyib.

Müxalif Milli Hərəkat Partiyasının liderlərindən biri, deputat Roman Qotsiridze deyib ki, Mamuka Xazaradze siyasi oyunçu kimi formalaşmaq üçün yaxşı başlanğıc götürüb, amma onun fikrincə, təkcə bu kifayət deyil.

Deputat hesab edir ki, Xazaradzenin fəallaşması “bir oliqarxın digəri ilə əvəz olunması” demək olmamaldı

“Xazaradze böyük maliyyə kapitalı olan insan kimi biznes dairələrinin lobbiçiliyi ilə assosiasiya olunmamalıdır. Əksinə, vurğulamaq lazımdır ki, Gürcüstanda sağlam siyasi sistem formalaşmalı və varlıların dominantlığı həmişəlik yığışdırılmalıdır”, – Qotsiridze deyib.

TBC bankın təsisçisi yeni ictimai hərəkatında Mamuka Xazaradzenin yanında kimlərin olacağını açıqlamayıb. Müxtəlif mənbələrdə keçmiş baş nazir Giorgi Kvirikaşvilinin Xazaradzenin komandasında ola biləcəyi haqda məlumatlar yayılır.


More on JAMnews