Canlı efiri başqa media nümayəndələri təmin etdi, çünki binada elektrik enerjisi söndürülmüşdü" />

Müxalifət Ermənistanın İctimai radiosu binasına canlı efir tələbilə soxuldu

Canlı efiri başqa media nümayəndələri təmin etdi, çünki binada elektrik enerjisi söndürülmüşdü

Müxalifətçi deputat, “Vətəndaş müqaviləsi” partiyasının lideri Nikol Paşinyan özünün yüz tərəfdaşı ilə Ermənistanın İctimai radiosu binasına canlı efir tələbilə soxula bildi. Mühafizə buna mane olmağa çalışsa da, müxalif hərəkatı fəallarının təzyiqinə tab gətirə bilmədi.

Bu, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın yenidən hakimiyyətinin başlamasına qarşı aksiyanın davamıydı. Aksiya dünən axşam Azadlıq Meydanında başlayıb. Ətraflı JAMNews-un yazısında.

Ереван: оппозиция начала круглосуточные акции против продолжения власти Сержа Саргсяна

İctimai Radionun binasında Nikol Paşinyan canlı efir imkanı almaq üçün onun rəhbəri Mark Qriqoryanla görüşməyə çalışıb. Amma İctimai Radioda nə görüşə, nə də efirə nail olmayan Paşinyan başqa media nümayəndələri qarşısında çıxış etməyə başlayıb. Azadlıq radiosu o cümlədən də canlı efirdə binada baş verənlərin yayımını təmin edib.

Sonra da o, jurnalistlərdən çıxışa hazırlaşmağına imkan vermək üçün radio köçkündən çıxmağı xahiş edib. Çıxış qısa olub. Paşinyan o cümlədən insanlara növbəti çağırışla müraciət edib – küçələrə çıxsınlar, onlara, bu gün Yerevanın mərkəzində, Azadlıq meydanında davam edəcək aksiyaya qoşulsunlar. Əvvəlcədən bəyan edilmiş 24 saatlıq və uzun aksiyanın məqsədi keçmiş prezident Serj Sarqsyana yenidən ölkə rəhbəri olmağa imkan verməməkdir.

Nikol Paşinyan bir daha Serj Sarqasyanın vədlərini təkrar edib, o bildirmişdi ki, yenidən prezident postuna namizədliyini irəli sürməyəcək və baş nazir postunu tutmaq istəməyəcək. Sarqsyan vədlərinə əməl etmədiyinə görə də müxalifətçi və onun tərəfdarları onun bu dəfə də ölkə parlament üsul-idarəsinə keçəndən sonra əsas vəzifəyə çevrilən baş nazir postunda hakimiyyəti ələ keçirməsinə mane olmaq üçün əllərindən gələni etməyi özlərinə borc bilir.

Paşinyan öz nitqini bu sözlərlə bitirdi: “Öz addımını at və Serj Sarqsyan geri çəkiləcək… Övladlarımız azad ölkədə yaşamalıdır”.

Uzun aksiyanın məğzi bundan ibarətdir: küçədə mümkün qədər çox adam toplamaq, parlament binasını aprelin 17-də – baş nazir seçkiləri bu günə təyin edilib – mühasirəyə almaq və səsvermənin qarşısını almaq. Konstitusiyaya görə, baş nazir seçkiləri iki dəfə baş tutmasa, fəaliyyətdə olan parlament öz səlahiyyətlərini itirir və yeni parlament seçkiləri təyin olunur. Bununla da, müxalifətçilərin fikrincə, parlament çoxluğu dəyişəcək və Serj Sarqsyanın hakimiyyəti davam etməyəcək.

Nikol Paşinyan son günlərdə bəyan edir ki, bu etiraz hərəkatının məqsədinə nail ola bilməsə siyasətdən gedəcək.

Bu hərəkata o, iki həftə əvvəl “Mənim addımım” təşəbbüsündən başlayıb. O, öz tərəfdarları ilə birlikdə ölkənin iri icmalarını – Gümridən paytaxta qədər, təxminən 200 kilometr gəzərək, insanları Serj Sarqsyana hakimiyyətə qalmağa mane olmağa çağırıb. Dünən Yerevanda çox sayda insanın iştirak etdiyi mitinq baş tutub, iştirakçıları şəhərin mərkəzi hissəsində avtomobil hərəkatını dayandırıb, orada gecələyiblər.

Paşinyanın özünün sözlərinə görə, gecə onlar azıydı  – 200 nəfərdən az. Buna görə də hərəkat üçün, daha çox sayda insana informasiyanı çatdırmaq üçün, onları küçələrə çıxarmaq üçün bütün imkanlardan istifadə etməyi aktual sayır.

Ermənistanın Serj Sarqsyanın başçılığı altında hakim Respublika Partiyası bu gün səhər artıq onun namizədliyini baş nazir postuna irəli sürüb. Partiyanın iclası paytaxtdan bir qədər aralıda yerləşən Saxkadzor şəhərində baş tutub.


More on JAMnews