Rusiya və Ermənistan liderləri Moskvada görüşüb" />

“Müəyyən pessimizmə rəğmən münasibətlərimiz çox dinamik inkişaf edir”, – Nikol Paşinyan

Rusiya və Ermənistan liderləri Moskvada görüşüb

Kremldə Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü baş tutub.

Rusiya lideri salamlama nitqində bəyan edib ki, ölkələr arasında münasibətlər əsrlər boyu xüsusi xarakter daşıyıb:

“Bu gün Ermənistan və Rusiya arasında münasibətlər bütün istiqamətlərdə davamlı inkişaf edir. Bu, siyasi münasibətlər, hərbi sahə, təhlükəsizlik məsələləri, iqtisadi əməkdaşlığı əhatə edir”.

Paşinyan isə öz  növbəsində tətərəflərin son zamanlar Yerevan və Moskva arasında yığılan bütün məsələləri müzakirə etməyə hazırlaşdığını təsdiqləyib:

“Tanrı o vəziyyətdən qorusun ki, heç bir sual qalmamış olsun. Bu o deməkdir ki, münasibətlərin özü də mövcud deyil. Rusiya və Ermənistanın həll olunmayan problemləri yoxdur. Ölkələrimiz maraqlara hörmət və bir-birinin işinə qarışmamaq prinsipinə əsaslanır. Biz yalnız ikitərəfli deyil, həm də Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı [AAİİ və KTMT – Rusiyanın rəhbərliyi altında mövcud olan strukturlar  –  JAMnews] çərçivəsində də münasibərtlərin inkişafına köklənmişik”.

Ermənistanın baş naziri həmçinin bəyan edib ki, problemlərə rəğmən ölkələr arasında münasibətlər dinamik inkişaf edir:

“Həm Ermənistan, həm də Rusiya mətbuatında, sosial şəbəkələrdə mövcud olan müəyyən pessimizmə rəğmən, düşünürəm ki, münasibətlərimiz çox dinamik və təbii inkişaf edir”.

Bu, Ermənistanda baş verən inqilabdan sonra Ermənistan və Rusiya liderlərinin üçüncü görüşüdür. Rusiya KİV-i daha əvvəl məlumat vermişdi ki, Kreml Nikol Paşinyanla Ermənistanın keçmiş rəhbərlərinin təqib olunmasını, o cümlədən də eks-prezident Robert Koçaryaana və keçmiş müdafiə naziri Mikael Harutunyana qarşı qaldırılmış cinaayət işlərini müzakirə edəcək.

Moskva həmçinin KTMT-nin baş katibi Yuri Xaçaturov ətrafındakı vəziyyətdən də narazıdır. O da Koçaryan və Harutunyan kimi səs-küylü “1 mart” işinin fiqurantlarından biridir və hakimiyyəti qəsb etməkdə ittiham olunur. KTMT-nın qalan üzvləri güman edirlər ki, insident qurumun nüfuzuna ciddi xələl gətirib.

2008-ci il 1-2 mart hadisələri 2008-ci il 19 fevralda keçirilmiş prezident seçkiləri ilə əlaqədardır. Seçkilərin nəticələri elan olunandan sonra ölkədə etirazlar başlayıb. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi siyasi blok tərəfdarları iddia edirdilər ki, seçkilərdə məhz o qalib gəlib və səsvermənin nəticələrinə yenidən baxılmasını tələb edirdilər.

Mərkəzi Seçki Komissiyası Serj Sarqsyanı qalib elan etmişdi. Amma həmin vaxt ölkə prezidenti Robert Koçaryan idi. O, fövqəladə hal elan etdi. 2008-ci il marın 1-də münayiş dağıdılarkən silah tətbiq olundu və səkkizi mülki, ikisi polis əməkdaşı olmaqla on nəfər həlak oldu.

Gündəmin başqa bir məsələsi Ermənistanın Rusiyadan silah almasıdır. Yuri Xaçaturovla bağlı hadisədən sonra Rusiyanın 100 milyon dollarlıq silah çatdırılması haqda kredit razılaşmasını yerinə yetirməkdən imtina edə biləcəyi informasiyası yayıldı. Bir qədər əvvəl isə Rusiya müdafiə naziri Aleksandr Fomin bəyan etmişdi ki, “bu doğru informasiya deyil”.

Ermənistanlı politoloq Aleksandr İskanddaryan ehtimal edir ki, bu görüş Moskva və Yerevan arasında ziddiyyətləri həll etmək üçün yaxşı imkandır:

“Postsovet ölkələrinin qarşılıqlı fəaliyyəti səfirlər və hətta xarici işlər nazirləri vasitəsilə deyil, birinci şəxslər səviyyəsində həyata keçirilir. Etibarlı əlaqənin qurulması üçün hələ çox səfərə ehtiyac var. Düşünmürəm ki, Rusiya-Ermənistan münasibətlərində hər şey gözəl olacaq. Amma görünür ki, silah təchizatı davam etdiriləcək. Bu isə onu göstərir ki, Rusiyada heç kim körpüləri yandırıb, emosional bəyanatlar etməyə hazırlaşmır”.


More on JAMnews