İnsanlar küçəyə araşdırmaçı jurnalist İvan Qolunovun saxlanılması və döyülməsinin araşdırılmasını tələb etməyə çıxıblar. Video" />

Moskvada çoxminlik etiraz yürüşündə həbslər

İnsanlar küçəyə araşdırmaçı jurnalist İvan Qolunovun saxlanılması və döyülməsinin araşdırılmasını tələb etməyə çıxıblar. Video

İnsanlar küçəyə araşdırmaçı jurnalist İvan Qolunovun saxlanılması və döyülməsinin araşdırılmasını tələb etməyə çıxıblar. Video

Moskvada icazəsiz etiraz yürüşündə 150-dən çox adam saxlanılıb. Polis dəyənəklərdən istifadə edir.

Minlərlə insan narkotiklərin yayılmasında ittiham edilmiş araşdırmaçı jurnalist İvan Qolunovu dəstəkləmək üçün küçələrə çıxıb.

Saxlanılanların arasında “Meduza”nın, “Reuters”in, “Kommersant”ın, “Dojd” telekanalının müxbirləri, həmçinin aparıcı rusiyalı müxalifətçi Aleksey Navalnı da var.

Hadisənin ön tarixçəsi

“Meduza”nın araşdırmalar şöbəsinin müxbiri İvan Qolunovu iyunun 6-da gündüz vaxtı Moskvada saxlamışdılar, beyni silkələnənə qədər döymüşdülər və bir neçə gündən sonra ev dustaqlığına göndərmişdilər.

Polis əməkdaşları iddia edirdilər ki, jurnalistin üzərinə baxış və mənzilində axtarış keçirilərkən bir neçə narkotik bükümü tapıblar ki, guya o, bunları satmağa hazırlaşırmış.

Qolunov iddia edirdi ki, qadağan edilmiş maddələri onun dəfn biznesi haqqında araşdırmasına görə atıblar.

Moskvada və Rusiyanın bir neçə başqa şəhərində etirazlar – əsasən, təkadamlıq piketlər başlamışdı.

Sonradan tibbi ekspertizanın nəticələri elan edilmişdi: nə Qolunovun orqanizmində, nə də onun əllərində narkotik izləri aşkarlanmayıb.

İyunun 11-də İvan Qolunovun üzərindən bütün ittihamlar götürüldü.

DİN başçısı Vladimir Kolokoltsevin bildirdiyinə görə, bu işin daxili yoxlanması başlayıb. O deyib ki, Qolunovu saxlamış polis əməkdaşlarını “daxili yoxlama aparılan müddətdə vəzifələrindən kənarlaşdıracaqlar”

Moskva hakimiyyəti iyunun 12-bə elan edilmiş yürüşə icazə verməmişdi. Lakin onun təşkilatçıları bildiriblər ki, buna baxmayaraq onu keçirmək niyyətindədirlər.

“Meduza”nın redaksiyası onları planlarından imtina etməyə çağırıb.

Yürüş iştirakçıları “Polis – Rusiyanın ayıbıdır” şüarı səsləndirirlər.

Facebook Comments

More on JAMnews