Parkda otun üstündə oturmaq, yaşıllığı seyr etmək – bütün bunlar Bakıda mümkündürmü " />

Mərmər çox deyil ki?

Parkda otun üstündə oturmaq, yaşıllığı seyr etmək – bütün bunlar Bakıda mümkündürmü

Bakıda isti yayı olan yarımsəhra iqlimi, yollarda maşınların sayının çox olması səbəbindən çirkli hava var, bununla belə hər yeni park tikildikcə şəhərdə ağac və ot deyil, mərmər çoxalır.

Parkda nə qədər yaşıllığın olacağı ilə bağlı kim qərar qəbul edir? Demə, Azərbaycanda mövcud olan normativ sənədə əsasən, hər şəhər sakininə 7-10 kvadrat metrlik park düşür, onlara qədər məsafə isə 15-20 dəqiqədən artıq olmamalıdır. Şəhər parklarının sahəsi 15 hektardan az olmamalıdır. Bu zaman park, bağ və bağçaların azı 70% ərazisi yaşıllıq olmalıdır.

Bakının parklarında bu qaydalara riayət olunurmu?

Bulvar

İndi bulvar “Milli park” adlanır və Bakı buxtasının bütün sahil xətti boyu uzanır. Onu dəfələrlə yenidən tikib, uzadıblar. Gənclər artıq sadə daş bordyurlar və asfaltdakı içindən su çıxan deşikləri xatırlamır.

Əlamətdar yerlər: keçmiş paraşüt qülləsi (indi isə burada yerləşdirilən tablo hava temperaturunu və saatı göstərir), məşhur “Mirvari” kafesi. “Bərəkətli neft illərinin” yenilikləri: “Park bulvar” Ticarət Mərkəzi, Bayraq Meydanı və 2012-ci ildə “Eurovision” yarışmasının keçirildiyi “Crystal Hall”. Müxtəlif ölkələrdən gətirilən cürbəcür ekzotik bitkilər də var. Burada həm də çox sayda kafe və bir neçə “elit” restoran da var. Sahil də həmin o bədnam mərmərlə döşənib.

Qazonlar da var, amma burada oturmaq və uzanmaq olmaz. Bu, heç bir qanun və qaydalarda yazılmasa da, mühafizəçi sizi buradan qovacaq.

Bu qadağanın səbəbini bizə izah etməyi tələb edəndə də dedilər ki, çim otu çox zərifdir, ona qulluq etmək çox çətindir, əzmək də olmaz.IMG_2254

Zabitlər parkı

Sovet dövründə, hələ ikinci Dünya Müharibəsi zamanı tikilən bu park total “mərmərləşmədən” qurtula bilib. Bəli, onu yenilədilər və daha sivil vəziyyətə saldılar, amma bu dəyişiklik ancaq onun xeyrinə işlədi. Burada nəhəng ağaclar və kolluqlar, geniş təmiz qazonlar qalıb.

Park İcra Hakimiyyəti deyil, Müdafiə Nazirliyinin nəzdindədir.1

Üçüncü bağ

Bu parkda isə bərpadan sonra hər şey dəyişib. Hətta köhnə “Üçüncü bağ” adı da “Dədə Qorqud adına park”a dəyişdirilib. Əvvəllər o təxminən yüz hektar ərazini tutub, indi altı. Hazırda bulvardan sonra ikinci ən böyük park sayılan bu yerdə süni göl yaratdılar, əyri-üyrü asfaltın yerinə mərmər plitələr düzdülər.

Şəhərlilərin bu cür dəyişikliklərlə bağlı fikirləri ayrılır. Yeri gəldi gəlmədi “dar küçələri”nin xiffətindən danışan yerli bakılılar yeni parkın sintetik görünüşündən narazıdırlar. Gənclər isə əksinə, məmnuniyyətlə otda uzanır, bu parkda bu, qadağan deyil.Кероглы

Molokan bağı

Şəhərin mərkəzindəki “Molokan bağı”nı da “təmir etdilər”. İndi o Xaqani adına park adlanır, görünür eyni adlı küçənin yanında yerləşdiyi üçün. XIX əsrdə bu bağ karvansaralarla əhatə olunmuşdu, burada kəndlərdən satış üçün ərzaq gətirən xristian molokanlar dayanırdı. Onun adı bir neçə dəfə dəyişib, “Marinski skver”, “Aşum Aliyev bağı”, “9 Yanvar bağı” olub, bununla belə xalq arasında o yenə də molokan bağı kimi tanınır. Sahəsi böyük deyil, cəmi 0,8 hektar.

İndi burada, fəvvarənin yanında ikimərtəbəli restoran, cığırlar boyu skamyalar, kiçik dırmanma divarı olan uşaq meydançası var. Restoranlara gəlincə, Bakı parklarında onlar ümumiyyətlə böyük asanlıqla peyda olur.

Qubernator bağı

Qubernator bağı şəhərin ən köhnə parklarından biridir. Çar Rusiyası zamanı burada Bakı quberniyasının yay iqamətgahı yerləşirdi (sonradan da İctimai Məclis Evi olub).

O, həm də Mixaylov bağı, İnqilab Bağı kimi tanınıb. Park “İçəri şəhər” metro stansiyasından başlayır, qala divarı boyu bulvar istiqamətində uzanır. Yayda burada tez-tez canlı musiqi səslənir, fəvvarələr işləyir. Yeni parklarla müqayisədə burada çox sayda ağaclar var. Yazda şabalıd ağacları gül açanda bura xüsusiylə gözəl olur. Burada hətta tutu quşlarına rast gəlmək olar. Deyirlər ki, quşlar bir dəfə 90-cı illərdə zooparkdan qaçıb və parkda məskən salıblar.

Qubernator bağında torpaq başqa parklara nisbətən daha yaxşıdır, çünki bu park tikiləndə Abşeronun duzlu torpağını sevməyən Bakı qalasının komendantı Roman von Der Xoffenin xüsusi fərmanı ilə ölkəyə gələn tacirlərin üzərinə rüsum qoyuldu: özləriylə qara torpaq gətirmək. Bu gün park rəsmi olaraq XX əsrin məşhur azərbaycanlı şairi Əliağa Vahid bağı adlanır.IMG_9839

Qış bağı

Qış bağı 2013-cü ildə köhnə məhəllənin yerində şəhərin lap mərkəzində tikilib. O tikilənə qədər də köhnə evlər sökülüb, məhkəmə çəkişmələri və etirazlar olub: sakinlər evlərinə görə verilən pul təzminatından narazı idilər.

Hazırda Qış bağında demək olar ki, ağac yoxdur, ancaq perimetr üzrə şitillər var. Bağ əsasən, hamar qazon, mərmərdən və restoranlardan ibarətdir. Bağın altında avtomobil dayanacağı var. AzərTac dövlət informasiya agentliyinə inansaq, burada 2000 ağac bitir.

Heydər Əliyev parkı

Bu bir deyil bir neçə əkiz parklardır, əsasən də şəhərin qıraq rayonlarında yerləşirlər. Burada əsas yer girişdə üzərində ad yazılan monumental tağdır. Mərkəzi xiyaban boyu kiçik ağaclar əkilib, hər yerdə mərmər və səliqəli skamyalar, bir neçə pullu attraksion və kafe-çayxanalar var.

Razin parkı

Bəs təkcə skamyada oturmaq deyil, həm də qaçmaq və ya gəzişmək mümkün olduğu parklar necə, var? Bu cür park Bakıxanov qəsəbəsində olub. Qəsəbənin köhnə adı ilə buranı “Razin bağı” adlandırırlar. Onu 1970-ci ildə salıblar – ağac əkiblər, su çəkiblər və nəticədə kiçik meşə alınıb, burada hətta sincab kimi kiçik heyvanlar da varıydı, quşlar barədə isə heç danışmağa dəyməz.

Park o dərəcədə böyük idi ki, burada idman səmtləşdirməsi üzrə yarışlar keçirilib. Burada idmançılar, o cümlədən də qayalara dırmaşan idmançılar məşq edib, park ta qala massivinə qədər, yəni “Razin dağı”na qədər uzanıb. Son zamanlara qədər burada Nizami Rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzi nəzdində Gənc səyahətçi uşaq dərnəyinin dərsləri keçirilib.

42

Foto arxiv

43

Foto arxiv

Amma artıq neçə ildir ki, park davamlı olaraq məhv edilir. Villalar onun torpaqlarını zəbt edib, torpağı çıxarıb, quyuları inşaat tullantıları ilə doldurublar, sonra da bura kanalizasiya suları axıdılmağa başladı.

Yevgeniya Nəcəfova Gənc səyahətçi dərnəyinin rəhbəri və müxtəlif idman tədbirlərinin təşkilatçısıdır. Ona Razin parkının əsl meşədən zibilli bataqlığa necə çevrildiyini müşahidə etmək xüsusiylə çətiniydi. “Biz birtəhər öz gücümüzlə burada zibili təmizləməyə çalışırdıq, amma bu zibil təkrar-təkrar yığılırsa 20-30 uşaq nə edə bilər ki?”

Həvəskar idmançılar əvvəlcə birtəhər parkı qorumağa çalışırdılar, icra hakimiyyətinə müraciət edirdilər, parkın bərpasına nail olmağa çalışırdılar. Amma məmurlar problemə biganə qaldı və idmançılar şəhər ərazisində məşq üçün az qala yeganə münasib yerin məhvi ilə barışmalı oldular.

32

Foto: Aleksandr və Evgeniya Nəcəfovlar

34

Foto: Aleksandr və Evgeniya Nəcəfovlar

35

Foto: Aleksandr və Evgeniya Nəcəfovlar

Etirazlar

Bakılıların daha çox “düzgün olmayan” mərmər parkların salınması deyil, ağacların kəsilməsi narazılığına səbəb olur. Ötən yay Nərimanov rayonunun sakinləri hətta bu səbəbdən ağacların kəsildiyi yolu bağladılar. Səbəb Bakı üçün çox adi idi – burada tikinti nəzərdə tutulurdu. Tikinti şirkətinin hüquqşünası bildirdi ki, məhkəmə onların xeyrinə qərar çıxarıb.

Polis aksiyanı dağıtdı.

Sonra məlum oldu ki, tikintiyə icazəni icra hakimiyyəti verib, bu da Ekologiya Nazirliyini çox təəccübləndirdi: “Bunların hamısı çoxillik ağaclar idi, biz bu işin lazımınca araşdırılması üçün polisə müraciət edəcəyik”.

Azərbaycan Yaşıllar Hərəkatının sədri Fəridə Hüseynovanın sözlərinə görə, yaşıllaşma üzrə bütün iş İcra Hakimiyyətinin nəzdində olan bağ və bağçaların abadlaşdırılması üzrə komitə tərəfindən aparılır. Həyətinizdə hər an sakinlərin başına düşə biləcək qurumuş və ya xəstə ağac bitirsə məhz İH orqanlarına müraciət etmək lazımdır. Onlar da öz növbəsində bu haqda Ekologiya Nazirliyinə məlumat verir, nazirlik ekspertiza keçirir, sonra da ağacın kəsilməsinə icazə verir, Ekologiya Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova izah edir.

Əslində isə icra hakimiyyəti bu məsələləri daha çox Ekologiya Nazirliyinin başının üstündən həll edir.


More on JAMnews