ABŞ “Skripalların işi”nə görə bir sıra malların Rusiyaya ixracatını qadağan etdi və onun maliyyələşməsini çətinləşdirdi" />

Kimyəvi silahın tətbiqinə görə ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları

ABŞ “Skripalların işi”nə görə bir sıra malların Rusiyaya ixracatını qadağan etdi və onun maliyyələşməsini çətinləşdirdi

Kimyəvi silahdan istifadəyə görə ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə BBC xəbər verib.

Sanksiyalar nədən ibarətdir?

Rusiya hakimiyyətinin Qərbdən pul borc almaq imkanları kəskin şəkildə çətinləşdirilib. Amerika banklarına rubldan başqa istənilən digər valyutada olan Rusiya borc kağızları ilə əməliyyatlarda iştirak birbaşa qadağan edilib.

Bundan savayı, Vaşinqton Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq maliyyə təşkilatları tərəfindən Rusiyaya istənilən kreditin, maliyyə və texniki yardımın ayrılmasına qarşı çıxacaq.

Eyni zamanda, Rusiyaya müasir texnologiyaların və avadanlığın ixracatına yeni qadağalar tətbiq edilib.

Sanksyalar niyə tətbiq olunub? Skripalların işi

Dövlət Departamentinin mətbuat katibi Morqan Ortaqus özünün “Twitter” mikrobloqunda qeyd edib ki, yeni sanksiyaların tətbiqi Rusiyanın “Skripalların zəhərlənməsinə görə məsuliyyəti öz üzərinə götürmədiyi və kimyəvi silahdan istifadədən imtina etmədiyi” ilə şərtlənib.

4 mart 2018-ci il tarixdə keçmiş QRU (Baş Kəşfiyyat İdarəsi) zabiti Sergey Skripal və onun qızı Yuliya Britaniyanın Solsberi şəhərində sinir-iflic maddəsi ilə zəhərlənmişdilər. Ətraf mühitin zəhərlənməsi üzündən ən azı daha iki nəfər xəsarət alıb, bir qadın dünyasını dəyişib.

Britaniya iddia edir ki, Skripalların zəhərlənməsində Rusiyanın əli var. Moskva bunu qəti şəkildə rədd edir və qeyd edir ki, Britaniya tərəfi inandırıcı dəlillər təqdim etməyib.

Sanksiyaların məticələri və onların ləğvi şərtləri

ABŞ Dövlət Departamentinin hesablamalarına görə, yeni sanksiyaların tətbiqi nəticəsində Ruiya ilə ABŞ-ın ticarət əlaqələri milyardlarla dollar həcmində azala bilər.

Sanksiyalar o zaman ləğv edilə bilər ki, Rusiya beynəlxalq müfəttişlərin nəzarəti altında kimyəvi silahdan istifadədən imtinaya zəmanət versin və zəhərlənmədən zərər çəkənlərə kompensasiyaların ödənilməsinə razılaşsın.


More on JAMnews