Buş və Obama prezident Trampı tənqid ediblər" />

Keçmiş ABŞ prezidentləri susqunluq vədini pozurlar

Buş və Obama prezident Trampı tənqid ediblər

ABŞ-ın keçmiş prezidentləri Buş və Obama hazırkı prezident Trampın ünvanına kəskin tənqidlə çıxış ediblər, bununla da istefada olan prezidentlərin öz xələflərinə münasibətdə susqunluq vədi ənənəsini pozular.

Buş və Obama Trampın adını çəkməyiblər, amma sözlərinin kimə ünvanlandığını anlamaq çətin olmayıb.

Foto: REUTERS/Lucy Nicholson

Nyu Yorkda çıxış edərkən Corc Buş gözlənilmədən millətçiliyi, populizmi və ticarətdə proteksionizmi pisləyib, o cümlədən də siyasətin “sui-qsd nəzəriyyəsi” qurbanı olduğu ilə bağlı təəssüfünü bildirib. Buş həmçinin ictimai həyatda “hədə-qorxu və xürafat” təhlükəsinin olduğu haqda xəbərdarlıq da edib.

Photo: REUTERS/Jonathan Ernst

Barak Obama bildirib ki, tonu və məzmunu Tramp üslubunda olan siyasi bəyanatlar təhlükəlidir. O, bunu son həftələrdə Trampın fəal şəkildə onun nailiyyətlərini (İranla nüvə sazişi və əlverişli səhiyyə sistemi) nümayişkaranə şəkildə dağıtmaq cəhdindən sonra edib. “Biz düşünürdük ki, bu cür siyasəti artıq zibilliyə göndərmişik”, – Obama deyib. – “Bu, əlli il əvvəlin 21-ci yox, 19-cu əsrin metodudur”.


More on JAMnews