Bu, yenicə yaranmış Gənc Siyasətçilər Klubunun ilk diskussiya mövzusudur" />

Kataloniya və Cənubi Osetiya: ortaq nəsə varmı?

Bu, yenicə yaranmış Gənc Siyasətçilər Klubunun ilk diskussiya mövzusudur

Cənubi Osetiyada “Gənc Siyasətçilər Klubunun” – Cənubi Osetiya İnformasiya Komitəsi tərəfindən yaradılan yeni diskussiya meydanının ilk iclası baş tutub. Kluba üzv olmaq üçün artıq siyasətlə məşğul olan və Cənubi Osetiyadakı siyasi proseslərdə fəal iştirak etmək istəyən gənclər dəvət olunur.

“Respublikada artıq çoxdan bir növ ekspertlər birliyi yaratmağa çalışırlar, amma bu cəhdlər indiyə qədər uğurlu olmayıb. Ümid edirəm ki, b dəfə hər şey alınacaq və klub oturuşmuş və uzunmüddətli olacaq”, – Gənc Siyasətçilər Klubunun sədri Yuri Vazaqov JAMnews-a bildirib.

Klubun ilk diskussiya mövzusu Kataloniyanın müstəqilliyi haqda referendum və bu olayların Cənubi Osetiyadakı vəziyyətə mümkün təsiri olub. Müzakirə iştirakçılarının əksəriyyəti Kataloniyanın və Cənubi Osetiyanın müstəqillik mübarizəsi arasında oxşarlığın olması ehtimallarının yanlış olduğu qənaətində həmfikir olub.

“Vahid Alaniya” gənclər təşkilatının sədri Mixail Koçiyev diskussiya zamanı Kataloniya müstəqilliyi uğur qazanarsa, Avropanın Cənubi Osetiyanın müstəqilliyi ilə bağlı mövqeyinin dəyişməsi üçün presedent olacağı haqda düşüncələri illüziya adlandırıb.

Onun fikrincə, ümumiyyətlə Kataloniya və Cənubi Osetiyada keçirilmiş referendumları müqayisə etmək də yanlışdır.

“Onu da yadda saxlamaq vacibdir ki, bizim üçün referendum gürcü təcavüzündən xilas olmaq üçün yeganə vasitə idi – halbuki katalonların həyatı ölüm təhlükəsi altında olmayıb. Osetinlərin referendumunun SSRİ qanunlarına uyğun olduğu, Kataloniyada keçirilən referendumun isə İspaniya qanunlarını iqnor etdiyi də az əhəmiyyətli məsələ deyil”, – o əlavə edib.

Növbəti dəyirmi masanın mövzusu Cənubi Osetiyada beynəlxalq səviyyədə tanınmaq üçün görülən tədbirlərin müzakirəsi ola bilər.

Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır

More on JAMnews