Xalq müvəkkili dövlət qurumlarını təsirli ölçülərə müraciət etməyə çağırır və tövsiyələrlə müraciət edir" />

İşğal olunmuş ərazilərin sakinlərinə səhiyyə sahəsində xidmətlər açıq olmalıdır – ombudsmen hökumətə tövsiyə edir

Xalq müvəkkili dövlət qurumlarını təsirli ölçülərə müraciət etməyə çağırır və tövsiyələrlə müraciət edir

Gürcüstanın ombudsmeni hökumətə tövsiyələrlə müraciət edib, onların yerinə yetirilməsi işğal olunmuş ərazilərin sakinlərinin tibbi xidmətlərdən istifadəsini asanlaşdıracaq.

Müxtəlif qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş zamanı o, işğal olunmuş ərazilərin sakinlərinin səhiyyə sahəsiylə bağlı problemlərinə toxunub.

Onun sözlərinə görə, problemli işğal olunmuş ərazilərdə fəaliyyət göstərən tibb müəssisələrinin işçi heyətinin peşəkarlığı məsələsidir. Bu ərazilərin sakinlərinə Tbilisinin nəzarəti altında olan ərazilərdə tibb müəssisələrində xidmət heç də həmişə əlçatan olmur, onlar bir sıra federal proqramlarda iştirak edə bilmirlər. Neytral şəxsiyyət vəsiqəsi olmadığı halda, onlar müxtəlif tibb proqramlarına qoşula bilmirlər. Xalq müvəkkilinin hesabatında insanların  hepatit proqramına qoşula bilməməsi ilə bağlı nümunələr var.

Ombudsmen hökuməti, konkret olaraq da Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyini problemlərin həlli üçün aşağıdakı tədbirləri görməyə çağırdı:

·        Zuqdidi bələdiyyəsinin Ruxi kənd xəstəxanasında uşaq reanimasiya şöbəsini açmaq, regiona Abxaziyaya keçən uşaqlara xidmət üçün təcili tibbi yardım maşını vermək

·        İşğal olunmuş ərazilərdə işləyən tibbi heyət üçün maliyyə dəstəyi və onların peşəkar hazırlığı üçün əlavə ehtiyatlar ayrılmalıdır. İşğal olunmuş ərazilərdə fəaliyyət göstərən tibbi müəssisələri lazımi qaydada təchiz etmək.

·        Qal rayonunun Saberio kəndinə Təcili Tibbi Yardım Mərkəzinin təcili tibbi yardım maşınını ayırmaq.

·        Hökumət işğal olunmuş ərazilərdə qadınlara, uşaqlara, məhdud imkanlı şəxslərə, zorakılıq qurbanlarına kömək edən qeyri-hökumət təşkilatlarına yardım etməlidir.

·        Zuqdididə Abxaziyada yaşayan şəxslərə qulluq üçün ailə zorakılığı qurbanlarına sığınacaq açmaq  lazımdır.

·        Federal proqrama Gürcüstan vətəndaşlığı olan və işğal olunmuş ərazilərdə yaşayan şəxslərin qoşulması mexanizmini işləyib hazırlamaq və yaratmaq lazımdır. Hökumətin “Federal xidmət proqramı çərçivəsində tibbi yardım, qərarlar çıxaran komissiyanın yaradılması və onun iş qaydaları haqqında” qərara dəyişikliklər edilməlidir.

Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər

More on JAMnews