Giorgi Kvirikaşvilinin sözlərinə görə, Gürcüstan “sürünən işğal” deyil, işğal nəticəsində 135 kənd itirib " />

“İşğal gündəmimizdə həmişə birinci olub və olacaq” – Gürcüstanın baş naziri

Giorgi Kvirikaşvilinin sözlərinə görə, Gürcüstan “sürünən işğal” deyil, işğal nəticəsində 135 kənd itirib

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bildirib ki, işğal hökumət üçün həmişə ən vacib məsələ olub və olacaq. Jurnalistlər üçün bu bəyanat Sxinval regionunda işğal xəttinin dəyişdirilməsi və müxalifətin hakimiyyətin ünvanına səsləndirdiyi ittihamlarından sonra verilib.

Giorgi Kvirikaşvilinin sözlərinə görə, hökumət ərazi bütövlüyünün bərpası üçün mütləq tədbirlər görəcək.

“Hakimiyyətin ünvanına səsləndirilən ittihamlara emosiyasız reaksiya verməyə çalışıram, amma getdikcə bunu etmək daha da çətinləşir. Bir dəqiqəmizi də bu məsələ gündəmimizdə birinci yerdə olmadan keçirməmişik”, – deyə Kvirikaşvili vurğulayıb.

Gürcüstanın baş naziri bildirib ki, məhz işğal mövzusu onun ABŞ-ın vitse-prezidenti ilə son danışıqlarında əsas mövzu olub. Kvirikaşvilinin sözlərinə görə, o, həmsöhbətinin diqqətinə çatdırıb ki, bu məsələ Gürcüstan əhalisini hər şeydən daha çox narahat edir.

“Mən onu israrla gürcülər üçün işğal məsələsinin birinci yerdə olmadığı heç bir məlumata inanmamağa çağırdım. Gürcüstanda nələrin baş verməsindən, hansı uğurlara nail olmağımızdan asılı olmayaraq, bu məsələ vətəndaşlarımızın düşüncəsində ən vacib məsələ olacaq”, – Kvirikaşvili deyib.

Baş nazirin sözlərinə görə, “Gürcü arzusu” hakimiyyətə gələndə ona işğal kimi ağır bir miras qalmışdı. O bildirdi ki, Gürcüstan müxalifətin bildirdiyi kimi, 135 kəndini “sürünən işğal” deyil, konkret olaraq işğal nəticəsində itirib.

Sxinval rayonunda işğal xətti boyu bannerin quraşdırılması ilə bağlı xüsusi bəyanatla iyulun 10-da mətbuat konfransında Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze çıxış edib.

“İşğal xəttində bannerin quraşdırılması işğal xəttində baş verənləri göstərir və Gürcüstan tərəfini de-fakto Cənubi Osetiya hökuməti ilə qondarma sərhədin demarkasiyası məsələsi ilə bağlı danışıqlara getməyə vadar etmək məqsədini daşıyır ki, bu da bizim üçün mümkünsüzdür”, – deyə Abaşidze bildirib.

Onun sözlərinə görə, Gürcüstan tərəfi bu məsələ ilə bağlı danışıqlara başlamayacaq, bu prosesi beynəlxalq ictimaiyyətin köməyi, Qərbdəki tərəfdaşların təzyiqi ilə dayandırmağa və həmin problemi nizamlamağa çalışacaq.

 

Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır.

More on JAMnews