Yaxın Şərqdə vəziyyət böhran həddinə çatıb. İran və İsrail bir-birinə hücum edir" />

İran və İsrail bir-birinə raket zərbəsi endirib

Yaxın Şərqdə vəziyyət böhran həddinə çatıb. İran və İsrail bir-birinə hücum edir

İran İsrailin Holan yüksəkliyindəki mövqelərinə raket zərbələri endirir. İran hərbçiləri Suriyadan İsrail mövqelərinə 20-dən çox raket buraxıb.  CNN xəbər verir ki, bu raketlərin bir hissəsini raket əleyhinə batareyalar vasitəsilə yaxalamaq mümkün olub, qalanları isə Suriya ərazisinə düşüb.

İsrail ordusunun nümayəndəsi podpolkovnik Conatan Konrikus bildirib ki, İranın buraxdığı bütün raketlər ya İsrailin raket əleyhinə qurğuları vasitəsilə vurulub, ya da Holan yüksəkliyinə gəlib çatmayıb.

Holan yüksəklikləri İsrail və Suriya arasında yerləşən mübahisəli ərazidir. Hər iki ölkə onu özününkü hesab edir. Holan yüksəkliyinin böyük hissəsinə hazırda İsrail nəzarət edir.

Zərbələr nəticəsiində qurbanlar və ya texnika itkisi haqda məlumat verilmir.

İsrail ordusunun nümayəndəsi vurğulayıb ki, mayın 9-dan 10-a keçən gecə İsrailin İranla qarşıdurmasında ən iri miqyaslı hərbi əməliyyat həyata keçirilib. Zərbələr İranın Suriya ərazisindəki demək olar ki, bütün hərbi infrastrukturunu məhv edib.

Suriya ordusunun bildirdiyinə görə, İsrail ordusunun əməliyyatı nəticəsində üç nəfər həlak olub, üç nəfər yaralanıb.

Daha əvvəl, mayın 9-da İsrailin baş naziri Binyamin Netanyahu Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Putinlə söhbət zamanı Netanyahu vurğulayıb ki, İsrailin İranın təcavüzündən müdafiə olunmaq haqqı var və bunun üçün hansı tədbirlərin görülməsi ilə bağlı qərarı yalnız İsrail verə bilər.


More on JAMnews